Azərbaycan qadını hər zaman yüksəkdədir...

BAKI, Azərbaycan

Hamı bilsin ki, bu cümlə pafoslu cümlədir.

Buna başımla cavabdehəm. Soruşarsınız niyə?

İndi sizə bir-bir Azərbaycandakı qadınların vəziyyəti haqqında danışacağam. 

Bu ilin əvvəlindən bu günə qədər  Azərbaycanda olan KİV-lərin məlumatına görə, 35 -ə yaxın qadın öldürülüb.  

Qadınları öldürənlər isə elə öz yaxınları, tanışları, həyat yoldaşlarıdır.

Maraqlısı da budur ki, bu qadınlar öz yaxınlarndan “canlarını qutarmağa” çalışarkən öldürülüb. 

Öz ani hissləri, tətmin edilə bilməmə duyğusu kişiləri qadınlarını öldürməyə aparb çıxarır.

Öldürüldükdən sonra isə, həyatları əllərindən alınmış qadınlara damğa da vurulur. “Aldadırdı, xəyanət edirdi”...

Çünki namus cinayətkarları həbsxanalarda belə hörmətlə qarşılanır. Kişilər “mən acizəm”, “mən gücsüzəm”, “cinsi hisslərimi tətmin edə bilmək üçün pulum yoxdur pulsuz hiss yaşamaq istəyirəm” deyib günahlarını etiraf etmək əvəzinə öldürdükləri qadınlarını suçlayırlar.

Bu gün Azərbaycanda qadın döyülür, söyülür, təhqir edilir, təhdid edilir, şantaj edilir, şərə-böhtana məruz qalır.

Bu gün Azərbaycanda qadına xəsarət yetirilir.

Bu gün Azərbaycanda qadın intihara sövq edilir. 

Bu gün Azərbaycanda  qadınlar öldürülür.

Azərbaycanda qadının hansı yerdə olduğu göz önündədir. Acınacaqlısı isə budur ki, qadın haqqlarını müdafiə edən qadınlar  meydanlara çıxıb aksiyalar təşkil etdikləri zaman onlara da şər-böhtan atılır. Aşağılanır, təhqir olunurlar.

Bəs Azərbaycanda hüquq mühafizə orqanları nə işə yarayır.

Bu yerdə qara bir yumor ada düşür. Bir gün bir mollapolis söhbət edərkən görürlər ki, iki nəfər dava edir. Polis ayırmağa getmək istəyəndə molla deyir ki, “dəymə, qoy bir-birini öldürsünlər”.

Bir qədər sonra dava edənlərdən biri öldürülür. Molla polisə deyir, “hə indi gedək, biri sənin biri mənim”.

Azərbaycanda hüquq mühafizə orqanları qadınlar öldürüldükdən sonra, intihar etdikdən sonra məsələlərə ciddi yanaşmağa başlayır. Nə qədər ki, sağsan, sadəcə çağırıb izahatını alırlar və gözləyirlər. 

Çox uzağa getmirəm…

2020-ci ilin may ayında adıma saxta səhifələr açıldı. Səhifələrdə şərəf və ləyaqətim alçaldıldı, mənə “erməni cəsusu” dedilər, “HİV daşıyıcısı” dedilər güya “ailə dağıdan qadın...”, dedilər, dedilər…

Düzünü desəm, 37 illik həyatımda ilk dəfə idi ki, belə qarayaxma il qarşılaşırdım. Buna görə də psixoloji vəziyyətim gərginləşmişdi.

Hətta intihar həddinə çatmışdım. Keçmişdə yaşadığım, sevdiyim insanla olan özəl görüntülərim belə yayınlanırdı.

Qarşısını ala bilmirdim. Sağ olsun dostlarım, sevdiyim insanlar mənə dayaq olub, yıxılmağa gücdən düşməyə, intihara qoymadılar. 

Başa saldılar ki, kim sənin haqqında nə deyirsə, öz ailəsində gördüyünü  sənə ləkə kimi yaxmağa çalışır. Başa saldılar ki, gözəl qadınların başına bu gəlir. Başa saldılar ki, hansısa axmağa, anasının əmcəyini kəsən birinə görə intihara dəyməz. 

Başa saldılar ki, bu gün Azərbaycanda hüquq mühafizə orqanları bu məsələ qarşısında “sus” olsalar da həmin şəxs gec-tez cəzasına çatacaq, başa saldılar ki, bu həayt da, bu bədən də sənin özünündür. Onu istədiyin kimi, istədiyin insanla yaşamalısan.

Və nəhayət başa saldılar ki, bir qədər vecsiz ol, səni müdafiə etməyən Azərbaycan hüquq müdafiə orqanlarının, səni alçaltmağa, qaralamağa çalışan o insanın, düşmənlərinin acığına ayağa qalx və de ki, “vecimə də deyilsiniz”.

Mərkəzi Araşdırma Bürosu rəhbəri Ranjit Sinha, iştirak etdiyi bir konfransda ölkədəki qeyri-qanuni şans oyunlarını tamamilə qarşısının alınmasının imkansız olduğunu söyləmək istəyərkən bu sözləri deyib: “Madam ki, qarşısını ala bilmirik, onda şans oyunlarını qanuniləşdirib heç olmasa vergi yığa bilərik. Yəni, başqa bir deyimlə desək, təcavüz qaçınılmazdırsa zövq almaq lazımdır”. 

Mən də qərar vermişəm, daha qanunların aliliyinə güvənmədiyim üçün, qarşılaşdığım bu “təcavüzdən” zövq almağa qərar vermişəm.

Yəni artıq haqqımda deyilənlər, pis-yaxşı fərq etmir mənə zövq verir. Haqqımda olan paylaşımlara baxıb, daha gözyaşı axıtmıram, içdən qəh-qəhə ilə gülürəm. Hətta uşaqlarıma da göstərirəm ki, “gəlin baxın görün bu gün bu şərəfsiz nə paylaşıb”. Onlar da baxır, deyirər “ana bu ruhi xəstədir”...

Bu xəbərləri əvvəllər uşaqlarım oxuyanda qisas hissi ilə qarşılayır, həmin şəxsi gələcəkdə öldürəcəklərini deyirdilər. İndi isə deyirlər “ay ana, heç adam da əlini it qanına batırar?”. Və beləcə hər paylaşımda gülüb-əylənirik…

Daha hər şey bizə adi gəlir. 

Bəli mən orda yazdığın kimi gözəl, bəli seksualam, bəli hər şeydə professioanlam. Bəli mənimlə yaşayan kişi xoşbəxtdir. Çünki onun mənim kimi qadını var. Və hətta o səhifəyə baxanda deyir ki, “mənim qadınıma nə qədər kişi aşiqdir”...

Qısacası davam elə, əlində materialın bitəndə yaz, fotoqrafım yeni fotolarımı çəkib, göndərə bilərəm... Bu arada sevgilimlə yeni videoda çəkmişik, dedik yenilik olsun, ürəyindən keçsə, xəbər et, göndərim bax. Gör əsl sevgi, əsl romantik necə olur.

Ötən il xatrlayıram, bir müəllimə sosail şəbəkələrdə şantaja məruz qaldığı üçün intihar etmişdi.

Düzdür o xanımı qınamıram, əvvəllər mən də o halda idim. Amma keçdi.

Və bu gün buradan sosial şəbəkələrdə şantaj edilən qadınlara səslənirəm.

Qorxmayın, çəkinməyin, mənə yazın. Biz bir ola bilərik.

Sizi hüquq mühafizə orqanları öldükdən sonra müdafiə edəcək. Amma mən bu gün sizin müdafiənizə qalxacaq gücdəyəm! 

Sevgilərlə.

.

İradə Cəlil, dikGAZETE.com