Azərbaycanda bir zamanlar "Şanxay" var idi, indi xarabalıqları

- 23-01-2021 09:22
- 548
- 23-01-2021 09:22
- 548
BAKI, Azərbaycan
Bir zamanlar Bakıda "Şanxay" adlı qəsəbə var idi.
Qəsəbə 1950–ci illərdə Beton zavodunun işçiləri tərəfindən salınmışdı.
Dəmiryolu relsinin hər iki tərəfində tikilmiş kiçik gecəqondular, insanlar üçün təhlükəli olsa da, 1990-cı illərdə genişləndi.
Yurd-yuvalarından didərgin düşən məcburi köçkünlərin bir qismi də bu qəsəbəyə üz tutdu.
“Şanxay" böyüsə də, inkişaf edə bilməzdi. Çünki, qəsəbənin düz ortasında dəmiryolu relsi var idi və burada dəfələrlə ölüm hadisəsi baş vermişdi.
-Bakıda Şanxay qəsəbəsi-
"Şanxaylılar" da, burada qalıb, yaşamaq üçün əldən-ayaqdan getmirdi.
Onlar da rahat, təhlükəsiz həyat arzulayırdı.
Qəsəbəyə "Şanxay" adının verilməsinin isə qəribə bir tarixçəsi vardı.
Qəsəbə sakinlərinin sözlərinə görə, əvvəllər burada Hacı adlı bir sakin olub.
Həmin dövrlərdə qəsəbənin adı yox imiş.
Hacının Çinə səfəri baş tutur və orada Şanxay şəhərini gəzir.
Şanxayda onun qarşısına içində dəmiryolu olan bir bazar çıxır.
Qatar gəlməzdən əvvəl xəbərdar olan satıcılar məhsullarını yoldan kənarlaşdırır.
Qatar gedən kimi bazar yenidən fəaliyyətinə davam edir.
-Bakıda Şanxay qəsəbəsi-
Bunu görən Hacı kişi evinə qayıdanda gördüyünü qəsəbə sakinlərinə danışır və onların qəsəbəsinin həmin bazara bənzədiyi üçün “Şanxay” adlandırılmasını təklif edir.
Həmin vaxtdan qəsəbə qeyri-rəsmi olaraq, “Şanxay” adlandırılır.
İllər sonra isə, rəsmi mənbələrdə belə qəsəbənin adı “Şanxay” kimi qeyd edilir.
-Bakıda Şanxay qəsəbəsi-
Ötən il qəsəbənin sökülməsinə qərar verilir.
Bura “Azərbaycan Dəmir Yolları” QSC–nin ərazisi olduğu üçün qurum yüzlərlə qeyri-qanuni evin sahibinə kompensasiya verərək onları köçürüb.
Şanxay evlərinin əksəriyyəti sökülüb.
Hazırda ərazidə sökülmüş, söküntüsü yarım qalmış evlər üstünlük təşkil edir.
Lakin Azərbaycan Şanxayının xarabalıqları içərisində yaşayış olan evlər də var.
Orada kimlərin hansı əsaslarla yaşadığı hər kəsə qaranlıqdır, elə ADY-yə də.
.
İradə Cəlil, dikGAZETE.com
.
.
.
.
.
.
.
Fotolar: İradə Cəlil