Azərbaycanlı bir gənc Türkiyədə özünü yad hissi edə bilməz

Azərbaycanlı bir gənc Türkiyədə özünü yad hissi edə bilməz Azərbaycanlı bir gənc Türkiyədə özünü yad hissi edə bilməz

BAKI, Azərbaycan

Uzun illərdir ki, Azərbaycanla Türkiyə arasında təhsil mübadiləsi var.

Azərbaycanda gənclərin çoxu Türkiyədə təhsil almağa önəm verir. Hətta bir müddət əvvəl IV ixtisas qrupu üzrə 700 bal toplayan Bakı şəhər 125 saylı orta məktəbin məzunu Nigar Ağazadə Türkiyədə təhsili seçdi.

Gənclərimiz niyə Türkiyədə təhsili seçir?

Türkiyə ilə Azərbaycan təhsili arasında nə kimi fərqlər var?

Sualları Metropol kurslarının Azərbaycan üzrə rəhbəri Cəlaləddin Polad cavablayıb.

-Cəlaləddin Polad

“Təhsil sistemi baxımndan Türkiyədə ibtiadi təhsil 4+4+4 (ibtidai təhsi l+ orta məktəb + lisey) il müddətlə 12 illik məcburi təhsil var.

Azərbaycanda isə, 4+5 il icbari təhsil var. 10 və 11-ci sinif Türkiyədə lisey təhsilinin qarşılığıdır.

İlk 4 il AzərbaycanTürkiyə bənzərdir.

Birinci sinif müəllimi tərəfindən bütün dərslər tədris edilir. Orta məktəb dediyimiz 5-ci sinifdən etiarən isə, hər dərsi fərqli müəllim keçir.

Lisey təhsilində Azərbaycandakı kimi sahələrə bölünmələr var. TexnikiPeşə liseyləri, Elm liseyləri, Sosial Elmlər liseyləri (Fizika, Riyaziyyat, Kimya-Biologiya Təmayüllü, İnformatika Təmayüllü, Humanitar Fənnlər Gimnaziyası) Türkiyədə Universitet və Peşə Ali Məktəblərinə başlaya bilmək üçün lisey bitirmək məcburiyyəti var”

Cəlaləddin Polad qeyd edib ki, azərbaycanlı gənclər çox zaman Türkiyədə daha yaxşı bir təhsil ala biləcəklərini düşündükləri, coğrafi və mədəni yaxınlıq olduğu üçün universitet seçimlərini Türkiyədə seçilər.

Cəlaləddin Poladın sözlərinə görə, Türkiyə geopolitik yeləşmə etibarı ilə çox önəmli bir ölkədir.

ŞərqQərb dünyası arasında körpü rolu oynamaqdadır.

Müasir Qərb dünyasının elmi dəyərlərini qavramış bir çox universitet var.

Dünyanın əhəmiyyətli univeristetlərində yüksək dərəcə və doktorluq dərəcəsi almış akademiklər universitetlərdə çalışırlar. Universitetlərdə, xüsusilə 2000-ci ildən sonra sürətli şəkildə artan araşdırma və texnoloji inkişaf mərkəzləri qurulmaqdadır.

Bu gün aktiv və hazırlşama mərhələsində olan fərqli şəhər və bölgələrdə 90-a yaxın mərkəz var.

Cəlaləddin Polad qeyd edib ki, Türkiyə həqiqətən də Azərbaycanı həm özünə çox yaxın hiss edir, həm də qardaş gözü ilə baxır.

Təhsil sayəsində çox sayda tələbə ölkələrimizi yaxından tanımaqda və qardaşlıq əlaqələri möhkəmlənməkdədir.

“Azərbaycanlı bir gənc Türkiyədə özünü yad hissi edə bilməz. Dil və mədəni yaxınlıq olduğuna görə, adaptasiya müddətini tez keçə bilirlər. Həm qardaş Türkiyənin təhsil potensialından özlərini inkişaf etdirə bilər, həm də iki ölkə arasında gələcəkdə bağların daha möhkəm qurulmasında vasitəçi olacaqdır” - deyə kurs rəhbəri əlavə edib.

Cəlaləddin Polad bildirib ki, iki ölkənin səlahiyyətli qurumları arasında olan ikili anlaşmalara görə, Türkiyədən bəzi tələbələr gəlməkdədir.

Xüsusilə, tibb bölmələri üçün müraciətlər daha çox olur.

Türkiyədə baza ballarının və çoxlu alternativlərin azalmasından irəli gələn bəzi səbəblərə görə, əvvəlki illərlə müqayisədə rəqəmlər azalıb.

Onun sözlərinə görə, Azərbaycanda ailələr həqiqətən də övladlarına yaxşı təhsil vermək üçün çox çalışırlar və hər cür maddi və mənəvi fədakarlıq edirlər.

“Bu gün bir çox ailələr övladlarına xaricdə yaxşı təhsil vermək üçün müxtəlif yollar axtarırlar və onlar büdcələrinə uyğun və övladlarına yaxşı təhsil verən ölkələr axtarırlar. Gənclərimiz onlara verilən bu imkanlardan maksimum yararlanmalıdır. Azərbaycanda yüksək potensiala sahib tələbə sayı çoxdur. Ölkənin insan resurslarını daha yaxşı təhsilə yönəldə bilərik. Bu gün onların həm xarici ölkələrin təqaüdlərindən, həm də Azərbaycanın Dövlət proqramından yararlanaraq yaxşı universitetlərdə yaxşı təhsil almaq şansı var. Gənclərin oxumaq istədikləri sahələri yaxşı seçmələrini faydalı hesab edirəm, gələcəkdə hansı peşələr ön planda olacaq, onların məzmunu nədir, özləri üçün uyğun sahədirsə araşdırsınlar, sadəcə gələcəkdə maddi gəlirlər gətirə biləcək peşə düşünməməlidirlər. Zövqlə edə biləcəkləri bir peşəni seçməlidirlər və zövqlə etdikləri hər işdə uğur qazanacaqlarını unutmamalıdırlar” - deyə Cəlaləddin Polad vurğulayıb.

Metropol kurslarının Azərbaycan üzrə rəhbəri açıq təhsil sistemindən də danışıb.

O, qeyd edib ki, açıq təhsil sistemi – uzaqdan təhsil Türkiyədə 1980-ci illərdən etibarən müəyyən bölmələrdə tətbiq edilir.

Anadolu Universitetinin başladığı bu təcrübə illər keçdikcə böyüyərək bu gün də bir çox universitetlərdə davam edir.

Ümumiyyətlə, iqtisadi və inzibati şöbələr əsasən açıq təhsildir.

Türkiyənin uzun illərdir ki, bu sahədə təcrübəsi var.

Azərbaycanda universitetlər bu təcrübədən yararlanıb bu sahədə özlərini inkişaf etdirə və bu təhsil modelini tətbiq edə bilərlər.

Bu təhsil formasına ancaq ölkənin qanunları da uyğun olmalıdır.

“Öyrənmə prosesi insan həyatının əvvəlindən sonuna kimi davam edir, təhsil hissəsi onun bir parçasıdır. Bu gün dünyanın müxtəlif ölkələrində müxtəlif təhsil modelləri tətbiq olunur.

Ölkələr öz mədəni strukturlarına uyğun olaraq universal elmi dəyərlərə əsaslanan modellər hazırlamalıdırlar. Son zamanlar daha çox Fin modeli ilə bağlı fikirlər səslənir, bu modelləri yaxşı araşdırmaq olar və biz ölkələrimizin sosial-iqtisadi quruluşuna uyğun modellər hazırlaya bilirik.

Uşaqların hansı sahədə uğur qazandığını əvvəlcədən müəyyən edib, ona uyğun təhsil verməliyik.

Mövcud sistemdə olduğu kimi fizika, kimya və riyaziyyatı hamıya öyrətməyə çalışmaq, məncə səhv bir yanaşmadır. Təbii ki, ilkin riyaziyyat, fizika və kimya bilikləri verilməlidir” - deyən Cəlaləddin Polad hesab edir ki, əgər uşaq humanitar sahədə bacarıqlıdırsa, təhsil rəqəm sahəsində və ya incəsənət mənasında istedadlıdırsa, onların təhsili həmin sahələr əsasında aparılmalıdır.

.

İradə Cəlil, dikGAZETE.com