‘Böyük Qayıdış’ ilə 34500 ailənin geri qaytarılması planlaşdırılır

‘Böyük Qayıdış’ ilə 34500 ailənin geri qaytarılması planlaşdırılır ‘Böyük Qayıdış’ ilə 34500 ailənin geri qaytarılması planlaşdırılır

BAKI, Azərbaycan

-Bu ilin sonlarından soydaşlarımızın öz yurdlarına qayıtmasının şahidi olacağıq

Böyük Qayıdış”... Ən strateji rayonlardan biri olan Laçının ZabuxSus kəndləri öz sakinlərini qəbul etməyə hazırdır...

Böyük Qayıdış proqramı da uğurla həyata keçirilir. Artıq bir sıra şəhərlərdə tikinti işləri geniş vüsət alıb. İlk növbədə Şuşada, eyni zamanda Ağdamda, Füzulidə, Zəngilanda, Laçında geniş quruculuq işləri aparılır, xəstəxanalar, məktəblər, yaşayış binaları tikilir”.

Bu barədə Prezident İlham Əliyev çıxışı zamanı deyib. O, qeyd edib ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma yurdlarına qayıdacaq...

Bir müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” üzrə birinci Dövlət Proqramını təsdiq edib. 

Proqram geniş və əhatəlidir. Burada hər bir vətəndaşın normal yaşaması üçün şəraitin yaradılması nəzərədə tutulub. 

Qeyd edək ki, proqram 2026-cı ilə qədər nəzərdə tutulub. Üç ilin qalmasına baxmayaraq, demək olar ki, proqram çərçivəsində əsaslı işlər həyata keçirilib. 

Keçən il iyul ayında yeni qurulan “ağıllı kəndAğalıya artıq xeyli sayda qaçqın köçürülüb. Onlar üçün lazımi infrasturuktur yaradılıb.

Azərbaycan öz hesabına artıq böyük işlər görüb. Belə ki, işğaldan azad edilmiş rayonlarda mina təmiləmə işlər aparılır, yollar çəkilir, yaşayış komplekslərinin tikintisinə başlanılıb. 

2026-cı ilə qədər 280 hektar ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi nəzərdə tutulub. 

Proqram çərçivəsində Ağdam, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, TərtərXocalı rayonlarında 34,5 min mənzil və fərdi yaşayış evinin tikilməsi planlaşdırılır.

Xüsusi olaraq qeyd edək ki, 2024-cü ilə qədər yeddi şəhərin baş planları hazırlanmalı və təsdiq edilməlidir.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki, işğaldan azad olunmuş rayonlara “Böyük qayıdış”la bağlı işlər, Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş qrafik üzrə fasiləsiz olaraq aparılır.

Ərazilər minalardan təmizlənir. İnfrastruktur layihələri icra olunur. Yolların, körpülərin, tunellərin, dəmiryollarının, Laçın beynəlxalq hava limanının, inzibati və yaşayış binalarının, xəstəxanaların, məktəblərin, mədəniyyət obyektlərinin, uşaq bağçalarının, muzeylərin tikintisi davam edir. 

Artıq bir çox iri layihələr, Füzuli, Zəngilan beynəlxalq hava limanları, “Zəfər” yolu, elektrik stansiyaları, içməli və texniki su, qaz təchizatı sistemləri, hərbi hissələr istismara verilib.

-Nəsib Məhəməliyev

Deputatın sözlərinə görə, dini, tarixi abidələr restavrasiya olunur.

Şəhər əhalisinin məşğulluq problemlərinin həlli üçün, sənaye parkları, istehsal müəssisələri, kənd camaatı üçün aqroparklar yaradılır.

Görülən işlər, ən müasir standartlara uyğun, “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyasına uyğun aparılır. Zəngilan rayonunun Ağalı kəndinin timsalında demək olar ki, “Böyük qayıdış” prosesi başlanmışdır. Özünəməxsus arxitekturası, insanların rahat, komfort şəkildə yaşaması üçün ən yüksək məişət şəraitinə, ekoloji tələblərə cavab verən Ağalı kəndi xüsusi zövq verir. Hər kəsdə xoş əhval-ruhiyyə yaradır”-deyə Nəsib Məhəməliyev vurğulayıb.

Deputat bildirib ki, Ağdam, Füzuli, Şuşa, Zəngilan, Cəbrayıl, Qubadlı, LaçınKəlbəcər rayonlarının hər birində, həmin rayonların spesifik xüsusiyyətləri nəzərə alınmaqla, baş planlarına uyğun tikinti-quraşdırma işləri aparılır. Bütün bunlar, təbii ki, “Böyük Qayıdış”ı sürətləndirir.

Düşünürəm ki, bu ilin sonlarından başlayaraq, mərhələli şəkildə soydaşlarımızın öz yurdlarına qayıtmasının şahidi olacağıq. Ən strateji rayonlardan biri olan Laçının ZabuxSus kəndləri isə, öz sakinlərini qəbul etməyə hazırdır”,- deyə Nəsib Məhəməliyev əlavə edib.

Ölkə başçısı qeyd edir ki, “Biz artıq “Böyük Qayıdış” adlı dövlət proqramına start vermişik. Biz artıq proqram hazırlamışıq və artıq ilk pilot layihəni həyata keçirmişik və müharibə başa çatdıqdan sonra cəmi bir il yarım ərzində 400-dən çox keçmiş qaçqını məskunlaşdırmışıq. Və biz daha yüz minlərlə keçmiş qaçqını yerləşdirməyi planlaşdırırıq”.

Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində 2026-cı ilə qədər 34500 ailənin geri qaytarılması planlaşdırılır. Ölkə başçısı çıxışlarında bildirir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yeni, müasir standartlara əsaslanan layihələr həyata keçirməyi planlaşdırır.

Biz artıq QarabağıŞərqi Zəngəzuruyaşıl” enerji zonası elan etmişik. Yalnız bərpa olunan enerji mənbələri olacaq ki, onlar nəinki əhalinin və sənayenin tələbatını ödəyəcək, həm də ölkənin qalan hissəsi üçün çox faydalı olacaq”, - deyə dövlət başçısı inamla qeyd edir.

.

İradə Cəlil, dikGAZETE.com