Esma Özdaşlı: Ermənilər Türkiyə və Azərbaycana qarşı çox ciddi qarayaxma kampaniyaları aparırlar

Esma Özdaşlı: Ermənilər Türkiyə və Azərbaycana qarşı çox ciddi qarayaxma kampaniyaları aparırlar Esma Özdaşlı: Ermənilər Türkiyə və Azərbaycana qarşı çox ciddi qarayaxma kampaniyaları aparırlar

-Esma Özdaşlı

BAKI, Azərbaycan

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında qeyd edib ki, “bir millətin iki diasporu olmaz”. Yəni AzərbaycanTürkiyə diaspor təşkilatları birgə fəaliyyət göstərməlidir. 

Zaman-zaman bu istiqamətdə müəyyən addımlar atılıb. Hətta İkinci Qarabağ Müharibəsində qələbədən sonra da Türk diaspor təşkilatları sədrlərinin Azərbaycan yönümlü fəaliyyətlərinə şahid olmuşuq.

Bu gün Azərbaycan qalib ölkədir. 

Amma qalib olmaq, yaralarımızın hələ tam sağalması, Azərbaycana qarşı törədilən cinayətlərin, soyqırımların məsuliyyətini daşıyanların cəzasız qalması demək deyil. 

Ötən gün Xocalı soyqırımının 31-ci ili tamam oldu. Amma görünən odur ki, biz hələ də Azərbaycan reallıqlarını dünyaya lazımi səviyyədə çatdıra bilməmişik. 

Buna səbəb nədir?

Niyə səsimizi dünyaya çatdıra bilmirik?

Bu barədə sualları beynəlxalq müansibətlər mütəxəssisi doktor Esma Özdaşlı cavablayıb.

- 35 il öncə Xocalı soyqırımı yaşandı. Biz uzun illər bu soyqırımı dünyaya çatdırmağa çalışdıq. Amma realıq budur ki, dünya görmək istədiyini görür. Siz necə düşünürsünüz, biz bu soyqrımı dünyaya çatdıra bilmədik, yoxsa dünya görmək, eşitmək istəmədi?

- Əslində cavab elə sualınızdadır. Biz nə Xocalı soyqırımını, nə Qarabağın işğalını, nə də 19-cu yüzillikdən etibarən ermənilərin eyni zamanda AnadoluAzərbaycan coğrafiyasında həyata keçirdiyi vəhşilikləri anlada bilmədik. 

Qərb ölkələri isə tarixi səbəblərlə var olan Türkofobiyanınermənilərlə eyni dindən olmaları səbəbi ilə bizim batmış səslə anlatmağa çalışdıqlarımızı eşitmək istəmədilər. Dolayısıyla bu sıxıntılı vəziyyət çox mərhələlədir. 

Əvvəlcə qeyd edək ki, ermənilərin təəssüf olsun ki, çox güclü diaspor təşkilatları var və bu təşkilatlar həm beynəlxalq səviyyədə, həm də olduqları ölkələrdə TürkiyəAzərbaycana qarşı çox ciddi qarayaxma kampaniyaları aparırlar. 

Başda Qərb ölkələri olmaqla, bir çox ölkədə aktiv olan erməni diaspor təşkilatları, xüsusilə “antitürk” mövzusunda uzun zamandır ki, ortaq və aktiv hərəkət etmək qabiliyyətindədirlər. 

Eyni zamanda ermənilərin reallıqdan kənar iddiaları xirstian olmaları səbəbilə Qərb ölkələrində rahatlıqla qarşılıq ala bilir. Buna görə, Erməni qara təxribatına qarşı istər beynəlxalq, rəsmi, istərsə də ictmiai səviyyədə lobbi fəaliyyəti həyata keçirilməlidir. 

Dövlətlərin həyata keçirdikləri xarici siyasətin müəyyən edilməsində sosial təzyiq əhəmiyyətli olduğundan xalq diplomatiyasının daha aktiv işlədilməsinə ehtiyac var. 

Erməni lobbisinin aktiv fəaliyyətinə baxmayaraq, lobbi fəaliyyəti mövzusunda bizim çatışmazlıqlarımız erməni qara təbliğatının yayılmasına asanlaşdırıcı təsir göstərir.

- Həll yolunu nədə görürüsünüz?

- İlk növbədə TürkiyəAzərbaycanın qarşıdakı illərdə digər türk respublikalarının diaspor təşkilatları ilə birgə fəaliyyət göstərməsi, hətta gələcəkdə tək bir mərkəzdə biraraya gəlməsi lazımdır. 

Məlum olduğu kimi, Türk Dövlətləri Təşkilatının2040 Vizyonu Sənədi"ndə təşkilatın ən mühüm məqsədlərindən biri də üzv ölkə diaspor təşkilatları arasında əməkdaşlığın artırılması olaraq qeyd edilib.

Qısacası Türk Dövlətləri tərkibində ortaq diaspor təşkilatlanmasının daha fəal və sürətli şəkildə həyata keçiriləcəyinə inanıram. 

Bu təşkilatlanma dövrü ilə əlbəttə təkcə Erməni problemi mövzusunda deyil, Türk dünyasını maraqlandıran hər mövzuda ortaq hərəkət etmə imkanını ortaya çıxaracaqdır. Bu baxımdan Erməni qara təbliğatına qarşı daha aktiv mücadələ edilməsi ortaq lobbi fəaliyyəti ilə mümkün ola bilər. 

Bu zamana qədər açıqlamağa çalışdığımız problemi qısaca olaraq, Azərbaycan Prezidenti İlham Əliyevinbir millətin iki diasporu olmaz” aforizmi daha aydın şəkildə ifadə edir.

Biz Qarabağ müharibəsi ilə bunu gördük, sadəcə erməni lobbisi ilə deyil, Ermənipərəst Qərb liderləri və yayın orqanlarının təktərəfli açıqlama və iftiraları ilə də birgə mübarizə aparmaq məcburiyyətindəyik. Bu mövzu ilə bağlı Fransa nümunəsi üzərindən danışmaq istəyirəm. 

Qarabağ problemini həll etmək üçün vəzifələndirilmiş ATƏT-in Minsk qrupunun bərabərhüquqlu rəhbəri hesab edilən Fransa istər İkinci Qarabağ müharibəsi zamanı, istərsə də müharibədən sonra addığı addımlarla Qarabağ probleminə təktərəfli mövqe sərgilədiyini sübut edib.

Müharibə vaxtı Fransadakı media təşkilatları Azərbaycana açıq və qapalı şəkildə senzura tətbiq etmiş və Erməni məlumatlarını təktərəfli və “mütləq” doğru kimi əks etdirmiş və hətta rahatlıqa yalan xəbərlər də hazırlayaraq ictimaiyyəti aldadıblar. 

Məsələn; AFP, France 24RFİ kimi xəbər agentlikləri Ermənistanın Bərdəyə etdiyi hücumlara aid görüntülərdən istifadə edərək, Azərbaycanın Xankəndidə mülki vətəndaşlara hücum etməsi kimi reallıqdan kənar iddialar irəli sürüblər.

Hətta İkinci Qarabağ Müharibəsində qələbədən sonra 25 noyabr 2020-ci ildə Fransız senatı 3 dekabr 2020-ci ildə "Dağlıq Qarabağ Respublikası”nı tanıyan qərarı təsdiq etmiş və hökümətə bununla bağlı çağırış etmişdi. 

Fransada 2022-ci il noyabrın 16-da Senatdekabrın 1-də Milli Məclis Azərbaycana sanksiya tətbiq edilməsinin yer aldığı başqa bir qərara da imza atmışdı. Parisin ermənipərəst mövqeyinə aid bir çox fərqli nümunələr göstərilə bilər. Ancaq buradakı əhəmiyyətli nöqtə Parisin bu qədər açıq və qəti şəkildə Ermənipərəst mövqe sərgiləməsinin səbəbidir.

- Bəli, niyə Fransa bu qədər qəti və ermənipərəst mövqe sərgiləyir?

- Öncə qeyd etmək lazımdır ki, 700 mindən çox erməninin yaşadığı Fransa Avropada Erməni lobbisinin ən güclü olduğu ölkədir. Və bu lobbi idarəetməsi, siyasi partiyaları, akademikləri, ictimai təşkilatları və mediayaya təsiretmə gücünə sahibdir. Belə ki, Erməni lobbisinin istəmədiyi proqramlar belə Fransız yayın orqanlarında yayımlanmır. 

Məsələn, İkinci Qarabağ müharibəsi davam edərkən 2020-ci il oktyabrın 22-də "TF1" kanalında yayımlanan tərəfsiz Qarabağ xəbəri kanalın saytlndan, sosial şəbəkələrdən və digər platformalardan silinmişdi.

Erməni dərnəklərinin əsas mərkəzi Fransız Erməni Təşkilatları Şurası Həmsədri Frank Murad Papazyan “Twitter” hesabından, "TF1" kanalı və xəbəri hazırlayan jurnalist Liseron Boudoulu hədəf göstərmişdi. 

Fransız xəbər agentliyi "AFP"və “Le Figaro” qəzeti isə Azərbaycanın o dövrdəki Paris səfiri Rəhman Mustafayevin Qarabağla əlaqəli müsahibəsini yayımlamaqdan imtina etmişdi.

Onu da qeyd edim ki, Fransada Ermənilərə aid sadəcə qeydə alınmış 575 dərnək və təşkilat var. 

Fransada təsirli siyasi fiqru olan Ermənilər də var. 

Fransız Məclisinə erməni əsilli şəxslərin vəkil olaraq seçilməsi mümkündür. Bununla yanaşı Fransadakı türklərin siyasi həyatda irəliləməsi əngəllənir. Məsələn, keçmiş Fransa Prezidenti Sarkozinin siyasi məsləhətçisi erməni əsilli Patrik Deveciyan Fransada deputat olmaqla yanaşı nazir kimi də fəaliyyət göstərib.

Açıq türk düşməni olan Deveciyan ASALA ilə yaxın münaisbət yaratmış və ASALA üzvü olan terrorçuların vəkili olmuşdu. 

Açıq şəkildə terror təşkilatına dəstək verən bir şəxsin Fransada vəkil, nazir və siyasi məsləhətçilik edə bilməsi Erməni lobbisinin bu ölkədəki gücünü və Fransanın rəsmi səviyyədə ermənilərə verdiyi açıq dəstəyi göstərir. 

2022-ci ildə keçirilən seçkilərdə isə 3 erməni əsilli vəkil məclisə seçilib. Bundan əvvəlki dönəmlərdə erməni əsilli şəxslərin Fransada vəkil deputat seçildiyini görmüşdük. Ancaq bir milyona yaxın türkün yaşadığı Fransada bu zamana qədər deputat seçilmiş bir nəfər də olsun Türk yoxdur. 

Bu həm türklərin siyasi baxımdan təşkilatlanma gücünün və lobbi fəaliyətlərinin zəif olması, həm də Fransada türklərin siyasi həyatda olmalarını əngəlləyən görünən və görünməyən əngəllərin olması ilə əlaqəlidir. 

Bu sadəcə siyasi həyatla məhdudlaşmır. Məsələn, Türk uşaqlarının keyfiyyətli təhsil müəssisələrinə girmələrinin müxtəlif formada əngəlləndiyi Fransada yaşayan türklər tərəfindən tez-tez dilə gətirilən problemlər arasındadır.

.

İradə Cəlil, dikGAZETE.com