Fransanın Azərbaycana təpkiləri Ermənistan sevgisindən çox Türkiyə düşmənliyindən…

Fransanın Azərbaycana təpkiləri Ermənistan sevgisindən çox Türkiyə düşmənliyindən… Fransanın Azərbaycana təpkiləri Ermənistan sevgisindən çox Türkiyə düşmənliyindən…

BAKI, Azərbaycan

"Fransa bir çox regionlarda mövqelərini Türkiyəyə uduzub"... Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski BMT Təhlükəsizlik Şurasının Fransanın Laçın dəhlizi ilə bağlı bəyanatının qəbul edilməməsinin səbəblərindən danışıb.

O bu barədə öz Teleqram kanalında yazıb.

Dmitri Polyanski qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizi ilə bağlı bəyanatı onu hazırlayan Fransanın hərəkətləri səbəbindən qəbul edilməyib.

BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizi ətrafındakı vəziyyətlə bağlı bəyanatını qəbul etməməsinin səbəbləri tamamilə yalan məlumatın təqdim edilməsi ilə əlaqəlidir. İrəvanın xahişi ilə bu prosses fransızlar tərəfindən əlaqələndirilib. Təhlükəsizlik Şurasının digər üzvlərinin düzəlişlərini nəzərə alaraq, bizim təkliflərimizin böyük əksəriyyətinə məhəl qoyulmadı. Parisin bu cür üsullarının natəmizliyi göz qabağındadır”,- deyə Polyanski bildirib.

Ümumiyyətlə Fransa 30 illik müharibə dövründə öz ikiüzlü siyasətindəndən geri qalmayıb. 

Hər zaman müxtəlif şəkildə Polyanskinin də qeyd etdiyi kimi İrəvanın xahişi ilə addımlar atıb.

Milli Dirçəliş Hərəkatı” Partiyasının sədi Fərəc Quliyev bildirib ki, Fransanın Azərbaycana qarşı belə ardıcıl "fəaliyyət" göstərməsi Ermənistan sevgisindən daha çox Türk düşmənliyindən irəli gəlir.

-Fərəc Quliyev

Tam 100 il əvvəl Türkiyə ilə bağlı ortaya qoyulan layihələrdə məşhur bir şərq vəsiləsi var idi. Türk etnosunun yaşadığı ərazilərdə Ermənistan dövləti yaratmaq və Türk dünyasını parçalamaq, Türkiyəni yer üzündən silmək planları. 

Bu gün də onların planları dəyişməyib. Sadəcə, Fransa Aralıq dənizində, Qara dənizdə, yaxın şərqdə, Orta Şərqdə demək olar ki, mövqelərini Türkiyəyə uduzub. Buna görə o cinah hücumları edir və Azərbaycana olan təpkiləri də buradan qaynaqlanır”,- deyə F. Quliyev bildirib.

Onun sözlərinə görə, onlar Ermənistanı özlərinin “kiçik bacısı” adlandırırlar. Amma bu “kiçik bacıları” məğlub olandan sonra Fransa bu maşadan istifadə edib, bölgəyə ayaq qoymaq istəyir

Münaqişəni alovlandırmaq, yeni bir problem yaratmaq və problem olan yerdə peyda olmaq arzusundadır. Amma Azərbaycan diplomatiyası çox yaxşı çalışdı və bu gün artıq çox ciddi müttəfiqlərimiz var. Təkcə Türk Dövlətləri Təşkilatında deyil, Avropanın özündə də İngiltərə, İtaliya və digər dövlətlər kimi ciddi tərəfdaşlarımız var",- deyən partiya sədri Fərəc Quliyev vurğulayıb ki, Fransanın bu hərəkətləri mövsümü xarakter daşımayacaq.

Bu səbəbdən də Azərbaycan həmişə hazır olmalıdır.  

Onlar imkanları düşdükcə hər zaman hücum edəcəklər. Azərbaycan da o duruşu davam etdirməlidir. 

F.Quliyev hesab edir ki, Azərbaycanın müttəfiqləri ilə haqlı mövqelərimizi çox qəti şəkildə, geri çəkilmədən müdafiə etməklə nəticə əldə edə bilərik.

Biz yumşalarıqsa, onların qoyduğu şərtləri qəbul edəriksə ayaqları yer alar. Biz haqlıyıq, güclüyük və hesab edirəm ki, bölgədə öz sözünü deyən dövlət kimi də nüfuzumuzu və mövqelərimizi qoruya biləcəyik”.

.

İradə Cəlil, dikGAZETE.com