Həsrətin və vüsalın yaşandığı şəhərdə son gün: Xoşca qal, İstanbul...

- 10-03-2019 11:02
- 47
- 10-03-2019 11:02
- 47
- Səndən ayrılmağa məcbur olsam da, yenə qayıdacağam, sevimli şəhərim
Səhər yuxudan oyanıb, otağımın pəncərəsindən dənizə baxırdım. Narın yağan yağış, pəncərəmin qarşısına qonmuş qağayı, gəmilərin səsi və mən...
İstanbulda son günümü necə keçirəcəyimi düşünürdüm.
Sevgilidən ayrılmaq qədər acı idi İstanbuldan ayrılmaq... Bu gün də bacardığım qədər gəzəcəkdim sevimli küçələrini, bir gün də nəfəs alacaqdım bu şəhərin havasında...
Kapalı çarşı
Kapalı çarşı (örtülü bazar) İstanbulun mərkəzində, Bəyaziddə yerləşən ən böyük bazarlardan biridir. Məlumatlara görə, burada 4000-ə yaxın mağaza var və bu mağazalarda 25000-ə yaxın insan çalışır.
Deyirlər ki, bura hər gün yarım milyondan çox insan gəlir. Kapalı çarşı nəinki Türkiyənin, bütün dünyanın ən çox ziyarət edilən məkanı hesab edilir.
Kapalı çarşını gəzdikcə insana elə gəlir ki, bazar bitməyəcək. Burada qızıldan tutmuş, çaya qədər hər şey satılır.
Bazar iki hissədən ibarətdir.
Daxili - köhnə hissə, yəni Cəvahir hissəsi. Bu hissə, ehtimala görə, Bizans dövründən qalıb.
Sandal adlandırılan yeni hissə isə 1460-cı ildə Fatih Sultan Mehmet tərəfindən tikilib. Kapalı çarşının müəyyən hissəsi keçmişdən qalma olsa da, Fatih Sultan Mehmetin Kapalı çarşının yeni hissəsinin tikintisinə başlaması bazarın tarixi kimi qəbul edilib.
Bazar bağlı bir şəhəri xatırladır, 24 qapısı var. Dar küçələrdən ibarətdir, sonradan bu küçələrin üzəri örtülüb. Əvvəllər burada hər küçədə müxtəlif sənətkarların mağazaları olub. Bazarda bütün mağazalar eyni böyüklükdə və eyni şəkildə inşa edilib.
Əvvəllər burada rəqabət qadağan olub. Hətta heç bir usta öz məhsulunu mağazanın qarşısına yığıb, alıcı çağıra bilməzmiş.
Məhsullara dövlətin müəyyən etdiyi qiymətdən artıq qiymət qoymaq olmazmış.
İndi isə Kapalı çarşıdakı bütün satıcılar məhsullarını mağazalarının qarşısında reklam edirlər.
Çayçı səni çay içməyə, çərəz satan çərəz yeməyə, qızıl satan isə zinyət əşyalarını taxıb baxmağa dəvət edir.
Qısacası, indi Kapalı çarşıya girib hər şeyin dadına baxıb, ala bilərsən.
Gəzi parkı
Taksim Gəzi parkında yəqin ki, Türkiyəyə gedənlərin hər biri olub. Çünki İstanbula gedən azərbaycanlılar öncə Taksimi görməyə can atırlar.
Taksimə gəldinizsə, Gəzi parkına getməmək mümkün deyil.
Gəzi Parkının da xüsusi tarixi var.
1806-cı ildə burada Halil Paşa Topçu kışlası (ərazisi) adı ilə rus və hind memarlığının izlərini daşıyan bir bina tikilib. 1909-cu ilin 31 mart hadisələri zamanı həmin bina üsyançıların qərargahına çevrilib. Hərəkat ordusunun müdaxiləsindən sonra bina top atəşinə tutulub və üsyan yatırılıb.
1922-ci ildə ərazi Taksim stadionu kimi fəaliyyətə başlayıb. 1940-cı ildə İnönü stadionu tikildikdən sonra Taksim stadionu sökülüb və yerində park salınıb. Bu da İstanbulda Cümhuriyyət dönəmində salınan ilk park olub.
2013-cü ildə Taksim Gəzi parkının bir divarı dağıdılıb və bir neçə ağac yerindən çıxarılıb. Ölkənin bir çox hissəsində xalq buna qarşı aksiyalar keçirməyə başlayıb. Minlərlə insan yaralanıb, həmçinin dünyasını dəyişib. Bir müddət sonra sakitlik yaranıb. İstanbulluların uğrunda ayağa qalxdıqları park yerində qalıb.
Taksim meydanı
Gəzi parkından bir qədər aralıda Taksim meydanı yerləşir. Ərazi turistik baxımdan çox önəmli hesab edilir. Osmanlı dövründə Taksim meydanı olaraq bilinən bu ərazidə su anbarı tikilib.
Anbardan suyu paylamaq üçün (taksim etmək) kiçik bir yer quraşdırılıb. Sonradan isə ərazi meydana çevrilib.
Taksim meydanın işarəsi halına gəlmiş abidə 1928-ci ildə italiyalı heykəltəraş Pietro Canonica tərəfindən hazırlanıb.
Daş və bürüncdən hazırlanmış abidənin tikilməsi 2 il yarım davam edib. Atatürkü xatırladan abidə 11 metr hündürlüyündədir.
İndi isə Taksim bütün millətlərdən olan turistlərin ilk gəldiyi yerə çevrilib. Küçə musiqiçiləri, fala baxanlar, simit satanlar küçə boyunca düzülüb öz xidmətlərini təklif edirlər.
Bu yerdə əlində salfet tutub, dilənən suriyalı dilənçiləri də unutmamaq lazımdır. Demək olar ki, onlar da indi Taksimin bir parçasına çevriliblər.
Bu dəfə İstanbul insanını daha çox sevdim. Türk milləti fərqlidir.
Məsələn, yeməkdən sonra kafedən çıxan zaman, "telefonunu və çantanı möhkəm tut, buralarda oğru çoxdur" deyən kafe sahibləri, "xidmətimizdən razı qaldınızmı?" deyə soruşan ofisiantlar, bir çayın pulunu verdiyin halda ikinci çaya qonaq edən insanlar, "soyuqdur, hoteldən çıxmayın" deyən hotel idarəçilərini necə sevməyəsən axı?!
Səndən ayrılmağa məcbur olsam da, yenə qayıdacağam, sevimli şəhərim. Hələlik isə salamat qal. Sevgilərlə…
.
İradə Cəlil, dikGAZETE.com
Twitter'da bizi takip edin: @IradeHS , @dikgazete