Kasıbçılıq varlıların zülmü nəticəsində meydana gəlib

Kasıbçılıq varlıların zülmü nəticəsində meydana gəlib Kasıbçılıq varlıların zülmü nəticəsində meydana gəlib

BAKI, Azərbaycan

Şahin Əhmədoğlu 1973-cü ildə Azərbaycanın Saatlı rayonunda anadan olmuşdur.

1998-ci ildə Türkiyə Respublikası Ankara Dövlət Universitetinin İlahiyyat fakültəsini bitirmişdir.

Eyni universitetdə 2001-ci ildə “Sâsâni Kültürü’nün Şîa’nın Teşekkülündeki Rolü” adlı elmi işi ilə magistr təhsilini tamamlamış, 2005-ci ildə isə “Azerbaycan’da Şiiliğin Yayılma Süreci” adlı elmi işi ilə İlahiyat doktoru alimlik ünvanı almışdır.

2010-cu ilə qədər Azərbaycanın paytaxtı Bakı şəhərində müxtləlif məktəblərdə müəllim kimi işləmişdir.

Eyni il Türkiyə Respublikası Iğdır Dövlət Universiteti İlahiyat fakültəsi İslam Məzhəbləri Tarixi kürsüsündə işə başlamışdır.

2015 yılında dosent olmuşdur. 1 iyun 2017-ci ildə Türkiyə Respublikası Qırıqqala Dövlət Universiteti İslami Elmlər fakültəsi Kəlam və Etiqadi İslam Məzhəbləri kürsüsünə dosent təyin edilmişdir.

Professor Şahin Əhmədoğlu bu dəfə “Qəza və qədər, kasıblıq və biz” mövzusunda danışıb.

O, qeyd edib ki, Müsəlman dünyasının indiki vəziyyəti heç də ürək açan deyil.

Belə ki, bir neçəsi istisna olmaqla, bu ölkələrin əksəriyyətində qan su yerinə axır, sosial ədalətsizliklər ən üst səviyyəyə yüksəlib və məzhəblərarası münaqişələr şiddətli şəkildə davam edir.

-Professor Şahin Əhmədoğlu

Yaxşı, bəs niyə müsəlman ölkələri bu haldadır?! ....

Şahin Əhmədoğlu qeyd edib ki:

“Yaşadıqları dözülməz hal “əvvəlcədənmi müəyyən edilib?!”

Buna cavab əgər “” isə onda ən sadə ifadə ilə müsəlmanlar əvvəlcədən planlanan “oyunun” oyunçularıdırmı?!

Hər şey əvvəlcədən müəyyən edilibsə, bəs insanın ağlı, dərrakəsi, qabiliyyəti, iradəsi və məsuliyyəti nə işə yarayır?

Gördüyünüz kimi suallar çoxdur.

Bəşər övladı bu suallara min illərdir ki, cavab axtarır.

Bir tərəfdə dünyada kiçik bir qrupun var-dövlət içində yaşaması, digər tərəfdə isə milyonlarla insanın aclıq və səfillik içərisində yaşaması sizə də qəribə gəlmirmi?

Belə olan təqdirdə bu ədalətsizlik deyilmi?!

Bəri başdan deyim ki yer üzərində insan üçün hər cür nemət var.

Əgər bu nemətlər ədalətli şəkildə paylaşılarsa, hamıya çatacaq miqdardadır.

Demək ki, bu işdə bir problem var” 

Onun sözlərinə görə, “Qəza” kəlməsi “yerinə gətirmə, hökm, bir işi bitirmək, yaratmaq, çatdırmaq, ölmək, icra etmək, bildirmək, təqdir etmək, ehtiyacı ortadan qaldırmaq, borcu ödəmək, tamamlamaq, həll etmək, əmr və qanun” mənalarında işlədilir. (Bax. Fussilət 41/12).

Bununla birlikdə qəza insanın müəyyən vaxtda həyatında baş verəcək hadisələr kimi də xarakterizə edilir.

““Qədər” kəlməsi isə “təqdir, hökm, gücü çatmaq, planlamak, ölçü ilə görmək, bir şeyin şəklini və keyfiyyətini müəyyən etmək, hikmətə görə görmək, ölçü və həcm” kimi mənaları ifadə edir (Bax. Furqan 25/2; Qamər 54/49).

Zamanla müsəlman alimlər tərəfindən fərqli şəkillərdə yozumlanan bu ifadələrin yeri dəyişdirilmiş, qəzaya qədər, qədərəqəza deyilmişdir.

Bu, Allahın qədəridir demək, sünnətüllah -yəni ilahi qayda-qanun deməkdir.

Kainatda olan hər şey bir qayda-qanuna görə əmələ gəlir.

Bütün bunların hamısı Allahın elmi daxilində baş verir.

Əgər hər şey əvvəlcədən yazılmış olsaydı, insanın heç bir məsuliyyəti olmazdı.

Məsuliyyəti olmayanlar isə heyvanlardır.

Bizə indiyə qədər aşılanan rəsmi ideologiyaya görə yaşadıqlarımızın, başımıza gələnlərin hamısının qəza və qədər olduğudur.

Yəni başımıza nə gəlirsə gəlsin bu əvvəlcədən müəyyən edilib, biz də bunu yaşamalıyıq, qəza və qədərə boyun əyməliyik” - deyə professor qeyd edib.

Onun sözlərinə görə, İslamın gəlişindən əvvəl də bu mövzu uzun əsrlər boyu mübahisə və müzakirə edilmişdir.

Ancaq müsəlmanların tarixində Əməvilərin (Bəni-Uməyyə) vaxtında bunun siyasi şəkildə tətbiq edildiyi haqqında məlumatlar var.

Belə ki, Əməvilər xalqa zülm edib, sonra da “bu, sizin qəza və qədərinizdir” deyirdilər.

Yəni bunlar sizin üçün Allah tərəfindən təqdir (münasib) edilmişdir.

Buna qarşı gəlmək Allaha qarşı gəlməkdir.

Bu da öz növbəsində cəzasız qalmamalıdır.

Beləcə Əməvilər demək istəyirdilər ki, bizim etdiyimiz zülmü əslində biz etmirik. Bu sizin alın yazınızdır.

Elə isə qəza və qədərə qarşı (oxu bizə) gəlmək, Allaha qarşı gəlməkdir.

Onlar xalqa etdikləri zülmləri bu şəkildə məhurlaşdırmaq istəyirdilər.

Onların törətdiyi zülmlərin Allahın qəza və qədər olmadığını söyləyən və Əməviləri tənqid edən Məbəd əl-Cühəni Əməvi valisi Həccac tərəfindən işgəncələrə məruz qalmış, xəlifə Əbdülməlik bin Mərvanın əmri ilə hirci 83-cü ildə edam edilmişdir.

Şahin Əhmədoğlu bildirib ki, elə o vaxtdan etibarən bu kimi məsələlər mübahisə predmetinə çevrilmişdir.

Hətta Cəbriyyə (insanda iradə azadlığının olmadığını müdafiə edənlər), Qədəriyyə (insanda iradə azadlığının olduğunu müdafiə edənlər) və sırf əqli dəlillərə söykənən Mötəzilə kimi bir çox firqə-cərəyan bu proseslərdə ortaya çıxmışdır.

Sonradan gələn sultanlar, xəlifələr, padişahlar da bu və buna bənzər məsələləri öz hakimiyyətlərini qorumaq və davam etdirmək üçün istifadə etdilər.

Məsələn, Quranınməxluq (yaradılmış) olub-olmadığıAbbasilər dövrünün ən çox mühabsiə edilən mövzusudur.

Və yaxud Əməvilər dövründən başlayan və yenə Abbasilər dövründə davam edən Mihnə hadisələri.

Xüsusilə, alimlərə qarşı siyasi iqtidarların şiddətli basqıları müsəlmanların tarixində həmişə prioritet məsələlərdən olmuşdur.

Əslində qismət, tale, müqəddərat, qədər, qulun tədbiri-Allahın təqdiri, cüzi iradə-küllü iradə kimi məsələlərin geniş şəkildə izahına ehtiyac vardır ki, bir köşə yazısına bütün bunları sığdırmaq mümkün deyil” - deyə Şahin Əhmədoğlu qeyd edib.

Professorun fikrincə, Uca Yaradan bu məmləkətə yeraltı, yerüstü, qara qızıl və ağ qızıl kimi onlarla nemət bəxş etmişdir.

“Qalır, bu nemətlərin adil şəkildə paylaşılması.

Bu ölkədə icra başçılarının gizli kassalarında milyonlar tutulursa, hansısa nazirin oğlu Amerikada milyonlarla dollar dəyərində villa alırsa, ölkədəki "maaşlı" məmurların əksəriyyətinin milyonluq villaları və ya bağ evləri varsa, demək ki, bu məmləkətdə ədalətsizlik var.

Bu, qəza və qədər ola bilməz.

Əgər biri çıxıb desə ki, “bunlar Allahın qəza və qədəridir”, bilin ki, bu, xalqı Allah adına aldatmaqdır və eyni zamanda bir ilahlıq iddiasıdır.

Bu dünyada hamı eyni dərəcədə kasıb, eyni dərəcədə varlı ola bilməz.

Kasıblıq və ya kasıb olmaq isə, Allahın qəza və qədəri deyildir.

Belə olsaydı, bu, Allahın ədalətli olduğu ilə ziddiyyət təşkil edərdi.

Əksinə, Allah adildir, heç kimə ədalətsiz davranmaz və zülm etməz. 

Kasıbçılıq, bu ölkənin sərvətini haqsız və ədalətsizcə mənimsəyən ədalətsiz milyonçuların kasıblaşdırdığı insanlara geyindirdiyi paltardır.

Qısası, kasıbçılıq varlının zülmünün nəticəsində meydana gəlib.

Dövləti idarə edənlər bunun məsuliyyətini daşıyırlar.

Bu məsuliyyət dərk edilməli, ədalət vətən torpağının hər qarışında bərpa edilməli və bütün xalqımız da bunun müsbət nəticəsini görməlidir” - deyə professor Şahin Ədmədoğlu əlavə edib.

.

İradə Cəlil, dikGAZETE.com