Həqiqətən, bir fincan qəhvənin 40 il xətri varmı? Bu rəvayətin tarixi nədir?

- 05-12-2023 11:12
- 1281

BAKI, Azərbaycan
Türkiyədə olmaq, İstanbulu gəzmək hər kəsin arzusudur.
Tarixi abidələri, adət-ənənələri ilə Türkiyə azərbaycanlıların da sevdiyi bir bölgədir.
Hətta bu bölgəni o qədər sevirik ki, xalqını qardaş bilirik. Türkiyəyə getdiyin zaman dostunla, tanışınla görüşdüyün zaman səni qəhvə içməyə dəvət edirlər.
Və qəhvə içərkən hamı eyni sözü deyir, “Bir qəhvənin 40 il xətri var”.
Bizim də dost-tanış bildiyimiz, dəyər verdiyimiz, 40 il xətri qalsın deyə qəhvə içdiyimiz insanlar oldu.
Həqiqətən, bir fincan qəhvənin 40 il xətri varmı?
Bu rəvayətin tarixi nədir?
Deyilənə görə, İstanbulda çox məhşur qəhvə hazırlayan Üsküdarlı bir müdrik varmış.
Hər dindən olan insanlar onun qəhvəxanasına gəlir, söhbətini dinləyir, məsləhətini alır, qəhvəsini içirdilər.
Bir gün bu qəhvəxanaya yeniçəri gəlir.
Yeniçərilər gələn kimi varlıqlarını hiss etdirməyə başlayırlar.
Qəhvədə bir yunan kapitan da olur.
Yeniçəri “hamıya mənim hesabıma qəhvə verin”, içəridə tək oturan yunan gəmi kapitanını göstərərək, “ona verməyin” deyir.
Hamıya qəhvə verilir.
Müdrik daha iki qəhvə hazırlayıb, yunan kapitanın yanında oturur.
Bu vəziyyətə qəzəblənən yeniçəri, “Sənə demədimmi, ona vermə” deyir.
Müdrik qoca “o, mənim qonağımdır, sənin deyil”-deyə cavab verərək kapitanla söhbətini davam etdirir.
Bu hadisədən düz 40 il keçir.
Samos adasında böyük bir yunan üsyanı başlayır.
O zaman yunanlar qul bazarında tutduqları adamları satırdılar.
Əslində, Üsküdardan olan müdrik də qul bazarında satılan adamlar arasında idi və yaşlı bir yunan tərəfindən satın alınmışdı.
Qəhvə sahibi onu alan adamın onu öldürəcəyini düşünür və həyəcan keçirirdi.
Yunanın, ona mehriban baxdığını görüb təəccüblənir.
Qoca yunan Üsküdarlı müdrik şəxsi azadlığa buraxır və “sən 40 il əvvəl məni qəhvəyə qonaq etdin və mən o qəhvəni də, səni də unutmamışam” deyir.
Beləcə, bir fincan qəhvənin 40 il xətri qalır.
Qəhvənin qoxusunu, dadını, hətta özünəməxsus təqdimatını nə qədər sevsək də, iki dost bir araya gələndə “qəhvə bəhanədir” deyir və əsl məsələnin söhbət olduğunu vurğulayırıq.
Qəhvə içə-içə söhbət edir, günün ağırlığından bir az dincəlir, içdiyimiz qəhvə ilə özümüzə gəlir, söhbətin bitməsini istəmirik.
Əslində içdiyimiz qəhvə eyni qəhvədir, amma ona söhbət əlavə olunduqca onun dadı və həzzi fərqli olur.
Odur ki, uzun zamandır görmədiyiniz dostlarınızı bir fincan qəhvəyə qonaq edin.
Türkiyədə bir atalar sözü var. Deyir ki, “Ürək nə qəhvə istəyir, nə də qəhvəxana. Ürək söhbət istəyir, qəhvə bəhanədir”.
5 dekabr “Dünya Türk Qəhvəsi Günü”dür. Qəhvə içdiklərinizin çox olması diləyi ilə...
.
İradə Cəlil, dikGAZETE.com