Rusiyada prezident seçkiləri Rusiya-Ukrayna müharibəsi fonunda keçiriləcək

- 13-12-2023 00:12
- 1511

BAKI, Azərbaycan
2024-cü ilin martın 17-də Rusiyada prezident seçkiləri keçiriləcək.
Bu barədə dekabrın 7-də Rusiya Federal Məclisinin Federasiya Şurası qərar qəbul edib. Federasiya Şurasının spikeri Valentina Matvienko qeyd edib ki, bu qərar əsas etibarilə seçki kampaniyasının başlanğıcını göstərir.
Rusiyada prezident seçkiləri Rusiya-Ukrayna müharibəsi fonunda keçiriləcək.
Bu seçkidən nə gözləyə bilərik.
Etiraf etməliyik ki, Vladimir Putinin yenidən prezident seçilməyəcəyi də heç inandırıcı deyil...
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiyada keçirilən prezident seçkiləri hazırkı Rusiya-Ukrayna müharibəsi fonunda xüsusi əhəmiyyət kəsb edir.
Təbii ki, burada Vladimir Putinin növbəti dəfə prezident olması gözlənilir. Amma sürpriz qərarlar olması da istisna edilmir.
-Məhəmməd Əsədullazadə
“Rusiyada prezident seçkiləri vaxtıdır və buna uyğun vaxt təyin olunaraq, seçkilər keçiriləcək. Ukrayna müharibəsində Rusiyanın geri çəkilməməsi, Putin üçün müəyyən uğur düsturudur. Və bu istiqamətdə də seçkilərə gedilir.
Hazırda Rusiya yeni bir hücum dalğası həyata keçirmək istəyir ki, seçkilərə qədər Putin öz nüfuzunu daha da artırsın. Beynəlxalq konyukturda vəziyyət böhranlı şəkildə davam edir. Rusiyanın Qərb koalisiyası tərəfindən sıxışdırılması da həyata keçirilir”-deyə Məhəmməd Əsədullazadə əlavə edib.
Politoloq hesab edir ki, seçkilərə kimi əgər Ukrayna geniş şəkildə əks hücumlar həyata keçirsə və rus ordusunu vursa, bu hadisə Putinin də nüfuzuna ciddi zərbə vura bilər.
Məhəmməd Əsədullazadə vurğulayıb ki, bu günlərdə Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-a səfər edib.
“Görünən odur ki, yeni hərbi yardımlar, maliyyə və hücum silahları, ballistik raketlərin də verilməsi müzakirə olunacaq.
Əgər Qərb koalisiyası Rusiyada seçkiyə qədər vəziyyəti dəyişərsə, yəni Ukrayna Rusiyaya böyük zərbə vurarsa, bu hadisə seçkilərdə Putinin reytinqini yüksək dərəcədə aşağı salacaq”-deyə politoloq vurğulayıb.
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, ölkənin müasir tarixində ilk dəfə prezident seçkiləri belə “zəhərli” geosiyasi atmosferdə keçiriləcək.
Rusiya Konstitusiyasına görə, dövlət başçısı altı il müddətinə seçilir.
.
İradə Cəlil, dikGAZETE.com