Vətəndən kənarda yaşayan azərbaycanlıların təşkilatlanması və icma kimi formalaşması çox önəmlidir

Vətəndən kənarda yaşayan azərbaycanlıların təşkilatlanması və icma kimi formalaşması çox önəmlidir Vətəndən kənarda yaşayan azərbaycanlıların təşkilatlanması və icma kimi formalaşması çox önəmlidir

Vətəndən kənarda yaşayan azərbaycanlıların təşkilatlanması və icma kimi formalaşması çox önəmlidir

BAKI, Azərbaycan

"Ölkəmiz müstəqillik əldə etdikdən sonra ən vacib məsələlərdən biri də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məsələsi idi. Çünki torpaqlarımız işğal olunmuşdu, böyük problemlər yaşayırdıq.

Ümumilli lider Heydər Əliyev o dövrdə neft kontaktlarını bağlamaqla, ölkədə fəaliyyətsiz qalmış sahələrin inkişafına start vermişdi.

Bununla yanaşı, ümumilli lider Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı. O, xarici səfərlərdə Azərbaycanın mövqeyinin bəyan edilməsinə, Azərbaycan ərazilərinin işğalda olunması və onun səbəbləri haqda informasiyanın təşkilinə çalışırdı.

Coğrafi mövqeyimiz və s. müxtəlif siyasi-iqtisadi mövzulardakı çıxışlar ilə dünya ölkələrini məlumatlandırmaq missiyasını da yerinə yetirirdi".

Bu barədə Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Deputat qeyd edib ki, bir müddət sonra dünyada az ölkələrdə olan azərbaycanlılar mütəmadi əlaqələrin qurulması məqəsədilə diasporla iş üzrə dövlət komitəsi yaradılır.

-Vüqar İskəndərov

Heydər Əliyev bilirdi ki, kiçik bir ölkənin dünyada tanıdılması və onun tanınaraq səsinin eşidilməsinə çox ehtiyac var. Çünki hamıya aydın idi ki, dünyada ədalət prinsipi pozulub.

Hətta bu gün də, dünyadakı yanaşmalarda böyük, güclü dövlətlərin kiçik dövlətləri istismar etməsi hallarına rast gəlinir. Burada dövlətlərin özünü qoruması çox vacib məsələdir”-deyə deputat qeyd edib.

Vüqar İskəndərov hesab edir ki, xalqın və dövlətin duruş gətirməsi, eyni zamanda layiqli yaşaması bütün bunlar əsasən bir neçə parametrlərə bölünüb.

Bu parametrlərdən çox vacib olanlarından biri də həmin ölkənin dünyada tanınmasıdır. Diaspor fəaliyyəti bu çərçivədə ən vacib institutdur.

Bu səbbədən də, Vətəndən kənarda yaşayan azərbaycanlıların təşkilatlanması və icma kimi formalaşması çox önəmlidir.

Azərbaycan diasporu 90-cı illərdə xaricdə olan Türk dərnəklərinintəşkilatlarının tərkibində fəaliyyət göstərməyə başladı.

Bir müddət sonra isə, Azərbaycan diaspora təşkilatları da formalaşdı. Uğurlarımız da oldu. Amma bu fəaliyyətin son illərə qədər Azərbaycan dövlətini və xalqını tam qane etdiyini deyə bilmərik.

Erməni diasporu və xaricdə yaşayan erməni fəalları yaşadıqları ölkələrdə dövlət orqanlarına inteqrasiya olaraq, müəyyən təsirlər göstərirdi. Azərbaycan diasporunun o dövrdə olan fəaliyyəti isə, sadəcə Azərbaycana qarşı təxribatlara cavab xarakteri daşıyırdı”-deyə deputat vurğulayıb.

Vüqar İskəndərov hesab edir ki, son illərdə cənab İlham Əliyevin xarici siyasətdə fəaliyyəti özünü diaspor fəaliyyətində də, onlarla iş fəaliyyətində də ən yüksək səviyyədə göstərməkdədir.

Dəfələrlə Azərbaycanda - Bakıda, Şuşada diaspor təşkilatlarının nümayəndələrinin görüşləri, onların Azərbaycanla bağlı tədbirlərdə iştirakı, xarici ölkələrdə Azərbaycanın tanınması ilə bağlı tədbirlərin keçirilməsi, Xarici İşlər Nazirliyinin fəaliyyəti, Azərbaycan evlərinin və Azərbaycanın xarici ölkələrdə səfirliklərinin sayının artırılması, milli vətənpərvər ruhlu diplomatların səfirliklərdə çalışması, ölkəmizin böyük beynəlxalq platformalarda iştirakı, ölkəmizdə keçirilən qlobal mədəniyyət, humanitar, idman yarışlarının keçirilməsi və bu mənada dövlətin çox düzgün seçilmiş mövqeyini özündə ehtiva edir.

Qeyd edilən nüanslar Azərbaycanın tanınması üçün çox önəmli rol oynayır.

Bu gün Azərbaycanı demək olar ki, dünyada tanımayan çox az ölkə var. Bütün dünya Azərbaycanı tanıyıb bu bizim uğurlarımızı şərtləndirir. Bu gün Azərbaycan BMT-dən sonra ikinci platforma olan “Qoşulmama Hərakatına” rəhbərlik edir. 120 ölkəni özündə birləşdirən bu platforma və oradakı fəaliyyətimiz çox uğurlu olub və düşünürük ki, bu aktivlik ölkənin tanınması üçün çox vacib bir təşkilatdır”-deyə deputat bildirib.

Vüqar İskəndərov əlavə edib ki, Azərbaycanın Vətən müharibəsində qələbə çalması və ümumiyyətlə bütün ərazilərini, 100 faiz suverenliyini təmin etməsi ölkəmizin tanıdılmasında rol oynadı.

Eyni vaxtda bu müharibəyə qədərki proseslərdə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması tərəfdən baxsaq burada Azərbaycan diasporunun nümayəndələri kifayət qədər fəallıq göstərirdilər.

Post müharibə dövründə də, bu gün də bu proses davam edir. Çünki müharibənin isti fazası bitib, artıq bu səhifə qapanıb.

Münaqişə, müharibə bitib. Diplomatik masada bu müharibə hələ bitməyib, hələ bitməsi gözlənilmir. Çünki erməni və onların dünyadakı sütunları və digərləri aktiv fəaliyyət göstərirlər. Azərbaycan əleyhinə təbliğat aparırlar.

Buna müqavimət göstərmək üçün isə, dövlətlə bərabər Azərbaycan diasporunun nümayəndələri, dünya azərbaycanlıları və təşkilatları, xaricdə yaşayan Azərbaycanılar fəaliyyət göstərməlidirlər”- Vüqar İskəndərov fikrini yekunlaşdırıb.

.

İradə Cəlil, dikGAZETE.com