-Qubadlı rayonunun Məmər kəndi: tarixi məscidi ermənilər tövlə etmişdilər

30 ildə Qarabağda məscidlər, ibadət yerləri darmadağın oldu. Amma ABŞ bunu görməzdən gəldi

-ABŞ-ın dini azadlıqlar üzrə beynəlxalq komitəsinin başında erməni əsilli şəxs durur

BAKI, Azərbaycan

ABŞ Azərbaycanı “din azadlığının ciddi şəkildə pozulması” iddiası ilə “xüsusi nəzarətdə olan” ölkələr siyahısına daxil edib.

Siyahıya 12 dövlət - Rusiya, Şimali Koreya, Kuba, Eritreya, İran, Myanma, Nikaraqua, Pakistan, Səudiyyə Ərəbistanı, Türkmənistan, Tacikistan və Çin daxildir.

Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ-ın dini azadlıqlar üzrə beynəlxalq komitəsinin başında erməni əsilli şəxs durur.

2013-cü ildən başlayaraq, Azərbaycana qarşı belə qərəzli absurd iddialar səsləndirilir.

-Məhəmməd Əsədullazadə

“Azərbaycan, ümumiyyətlə dünya üçün bir nümunədir. Dini tolerantlıq Azərbaycan xalqının bir dəyəridir. Və bu, tarixdən gəlir. Azərbaycanda əsrlərdir ayrı-ayrı dinlərə mənsub olan insanlar sülh içində və təhlükəsiz şəraitdə birgə yaşayırlar.

Təəssüf ki, ABŞ yenə də bu kimi məsələlərdə öz siyasi təzyiq aləti kimi istifadə edir.

İlk növbədə 30 il ərzində Azərbaycanın Qarabağ bölgəsində məscidlər, ibadət yerləri darmadağın oldu. Amma ABŞ tərəfi bunu görməzdən gəlməyi seçdi.

Hətta Azərbaycandan bu vəhşi münasibətə dözümlülük nümayiş etdirməsi istənildi.

Azərbaycanda, ümumiyyətlə dini ibadət abidələri müxtəlif dini icmalara məxsusdur və dövlət tərəfindən yüksək səviyyədə qorunur.

Təəssüf ki,bundan siyasi məqsədlər üçün istifadə edilərək, bir təzyiq metodu kimi istifadə olunması ABŞ-ın ənənəvi siyasətidir”-deyən politoloq qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda qeyri-müsəlmanlara qarşı çox tolerant yanaşır.

Avropa ölkələrinin, elə Amerikanın özünün də müsəlmanlara və digər dinlərə qarşı dözümsüzlüyü var.

Bu gün Avropada islamafobiya, ksenofobiya və Amerikanın özündə islamafobiya dövlət tərəfindən himayə olunur.

“İran kəşfiyatı Azərbaycanda uzun illər din pərdəsi altında fəaliyyət göstərib. Azərbaycan, radikal və terroru dəstəkləyən müəyyən dini məzhəblərə qarşı öz milli maraqlarından çıxış edərək, bu məsələləri ifşa edib. İndi ABŞ bu halları nəzərdə tutaraq qərəzli bəyanatlar verirsə, bu qərar da həmin qrupların maraqlarına xidmət edir”- deyə politoloq vurğulayıb.

İradə Cəlil, dikGAZETE.com

-Qubadlı rayonunun Məmər kəndi: tarixi məscidi ermənilər tövlə etmişdilər

https://www.youtube.com/watch?v=lCZZ-5UUy9c