Azərbaycan-Türkiyə təhsil məkanının inteqrasiyası bu gün milli təhsilimizin xilas yoludur

Azərbaycan-Türkiyə təhsil məkanının inteqrasiyası bu gün milli təhsilimizin xilas yoludur Azərbaycan-Türkiyə təhsil məkanının inteqrasiyası bu gün milli təhsilimizin xilas yoludur

Azərbaycan-Türkiyə təhsil məkanının inteqrasiyası bu gün milli təhsilimizin xilas yoludur

-100 il əvvəl Qafqaz Türk ordusu gəlib bizi erməni-rus işğalından xilas etdiyi kimi, indi də Türkiyənin elm-təhsil "ordu"su təhsilimizi gəlib tənəzzüldən xilas etsin.

BAKI, Azərbaycan

Bir millətin vahid təhsil məkanı… Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimində “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb.

Memorandum Azərbaycanın Elm və Təhsil naziri Emin ƏmrullayevTürkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar tərəfindən imzalanıb.

Təhsil məsələləri üzrə ekspert İlham Əhmədov bildirib ki, Azərbaycan-Türkiyə təhsil məkanının inteqrasiyası bu gün milli təhsilimizin xilas yoludur.

-İlham Əhmədov

Bu memorandumdan sonra “Türkiyə-Azərbaycan Universiteti”nin yaradılması prosesi yəqin ki, sürətlənəcək”-deyə İlham Əhmədov xatırladıb ki, keçən il Elm və Təhsil Nazirliyinin nümayəndələri bu məsələnin hüquqi tərəflərini müzakirə etmək üçün Ankarada olmuşdu.

Ekspert inanır ki, yeni yaradılacaq bu universitet digər ali təhsil müəssisələrimiz üçün bir model və qabaqcıl təcrübə məktəbi olacaq. Çünki, Türkiyə universitetləri bizim universitetlərdən daha çox inkişaf edib.

Ümumiyyətlə, biz dəfələrlə yazmışıq ki, AzərbaycanTürkiyənin təhsil məkanının inteqrasiyası bizim üçün çox zəruridir. Bu addım bəlkə də indiki durumda bizim təhsilin yeganə xilas yoludur.

Bu məqsədlə Türkiyədən müasir təhsilin təşkili, idarə edilməsi, modern təhsil texnologiyalarını bilən 300-400 nəfər təhsil tədqiqatçısı və təhsil menecerini ölkəmizə müqavilə əsasında işləməyə dəvət etməliyik. Onlar Elm və Təhsil NazirliyindəAzərbaycanın təhsil mərkəzlərində müşavir qismində çalışa bilərlər.

Vaxtı ilə ATU prof. Çetin Yılmaz, Elm-İnnovasiyalar üzrə prorektor kimi 1 il ərzində çalışmışdı. Hesab edirik ki, hər universitetə 3-4 nəfər belə müşavir lazımdır, heç olmasa 4-5 il işləsinlər. Onlar uzaq məsafədən də işləyə bilərlər, daim Bakıda olmalarına ehtiyac yoxdur”-deyə İlham Əhmədov əlavə edib.

Professorun fikrincə, eyni ilə Elm və Təhsil Nazirliyinin də belə kadr dəstəyinə ehtiyacı var. Son 10 ilin təcrübəsi göstərdi ki, təhsil və elmi sahəsində zəngin təcrübəsi olmayan məmurların təhsilə faydası azdır. Biz onsuz da bu məsələdə 30 il vaxt itirmişik.

Bu gün belə bir təhsil desantına ciddi ehtiyac var. Menecerlərimiz təhsildəki real vəziyyətə nə dəqiq diaqnoz qoya bilir, nə də mövcud problemləri sistemləşdirə bilmirlər. Verilən təkliflər də eşidilmir.

Ekspert hesab edir ki, təhsilin inkişafı üçün düzgün elmi infrastruktur yaratmalıyıq, universitetlərin maliyyələşməsini 3-4 qat artırmalıyıq, təhsildəki problemlərin həlli üzrə strateji yol xəritəsi yaratmalıyıq və s.

Təəssüf ki, 30 ildə müvafiq qurum təhsil üzrə səmərəli strategiya və peşəkar komanda yığa bilmədi. Öz ümudimizə qalsaq, təhsildə heç nə də dəyişməyəcək və əksinə, geriyə addımların sayı daha da artacaq.

100 il əvvəl Qafqaz Türk ordusu gəlib bizi erməni-rus işğalından xilas etdiyi kimi, indi də Türkiyənin elm-təhsil "ordu"su təhsilimizi gəlib tənəzzüldən xilas etsin.

Çünki, professor Əziz Səncərin dediyi kimi: "Təhsildəki boşluqlar digər sahələrdəki üstünlüklərlə doldurula bilməz. İlk növbədə təhsil problemləri həll edilməlidir"”-deyən İlham Əhmədov bildirib ki, bunun göstəricilərindən biri isə təhsilimizin qlobal reyrinqlərdə yüksəlməsidir.

Yeni eraya keçid təhsildə ciddi inkişaf olmasa mümkünsüz görünür.

Ekspertin fikrincə, iki qardaş ölkənin təhsil məkanlarının inteqrasiya, həm də Qarabağ Universitetinin müasir tələblər səviyyəsində yaradılmasına da bizə ciddi dəstək olacaq.

P.S. 

Xatırladaq ki, ölkəmizdə Azərbaycan-Fransız, İtaliya-Azərbaycan universitetləri modelləri var. Azərbaycan-Türkiyə Universitetinin yaradılması da müsbət effekt verəcək.

Bu universitetdə tələbələr Türkiyə modelində təhsil ala biləcəklər. Universitetin yaradılması iki qardaş ölkə arasında təhsil əlaqələrini də genişləndirmiş olacaq.

Universitetdə yüksək nəticə toplamış abituriyentlər təhsil ala biləcəklər. Bu, həm də Azərbaycan təhsil sahəsində yeni bir mərhələ olacaq. Görək, bəlkə bundan sonra təhsilimiz “ağ günə” çıxar...

.

İradə Cəlil, dikGAZETE.com