Fransa və Ermənistan, regiona sülhün gəlməsinə qarşı çıxır

- 27-02-2024 17:57
- 1281

BAKI, Azərbaycan
“Fransanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı "X" hesabında etdiyi paylaşımda “Bu gün Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının qəminə şərikik. Belə vəhşiliklərin bir daha təkrarlanmaması üçün regionda sülhün bərqərar olması üçün çalışmaq lazımdır” yazılıb.
Xalqımızın qəminə şərik olduğuna görə Fransa səfirliyinə təşəkkür edirəm. Amma Fransa səfirliyi və Fransa dövləti paylaşımdakı ifadələrdə səmimi olsaydı, daha yaxşı olardı.
Xalqımızın qəminə şərikdirlərsə, Xocalı soyqırımını tanısınlar və bu soyqırımı törədənlərin cəzalandırılması üçün Azərbaycana dəstək versinlər”.
Bu barədə Milli Məclisin deputatı Azər Badamov danışıb.
Deputat qeyd edib ki, Fransa səfirliyi sülhün bərqərar olmasına çalışmaqdan danışdığı halda, Fransa dövləti Ermənistanı silahlandırır və müharibənin yenidən baş verməsi üçün çalışır.
Fransa dövləti soyqırımların və müharibələrin yenidən baş verməsini istəmirsə, Ermənistanı silahlandırmağa və Azərbaycana qarşı qərəzin nümayiş etdirilməsini dayandırmalıdır.
Bu gün Ermənistanın işğal edərək, soyqırımlar törətdiyi əraziləri işğaldan azad etmişdir.
-Azər Badamov
“Xocalıya həyat yenidən qayıdır. Azərbaycan bir daha müharibənin təkrarlanmasını istəmir və sülhü dəstəkləyir.
Fransa və Ermənistan, regiona sülhün gəlməsinə qarşı çıxır. Unutmasınlar ki, Azərbaycan heç də 90-cı illərin Azərbaycanı deyil.
Biz həm ölkəmizin suverenliyinin qorunmasına, həm də Xocalı soyqırımı törədənləri beynəlxalq məhkəmə qarşısına çıxartmağına qadirdir.
Fransa səfirliyinin paylaşımında “Cinayət cəzasız qalmamalıdır” ifadəsini də yazsaydılar yenə başa düşülən olardı”-deyə deputat əlavə edib.
.
İradə Cəlil, dikGAZETE.com