Oruc insanı dünya bəlalarından qoruyar və axirət əzabından xilas edər

Oruc insanı dünya bəlalarından qoruyar və axirət əzabından xilas edər Oruc insanı dünya bəlalarından qoruyar və axirət əzabından xilas edər

Allahın Rəsulu buyurdu: Oruc insanı dünya bəlalarından qoruyar və axirət əzabından xilas edər

BAKI, Azərbaycan

Uca Allahın bəndələrinə vacib etdiyi bütün ibadətlər arasında, şübhəsiz ki, “oruc” xüsusi yer tutur. Çünki müqəddəs kəlamda Allah bu böyük işi özünə aid etmiş və onun mükafatını da Öz üzərinə götürmüşdür.

Allah-Təala buyurdu: “Oruc mənə məxsusdur və oruc tutanın mükafatını mənə layiq olduğu kimi mən özüm verərəm.”

Həmçinin, bu ibadət dünyanın müsibət və təhlükələrindən, axirətdə isə Cəhənnəm odundan qorunma kimi təqdim edilmişdir. Belə rəvayət olunur ki, Peyğəmbər (s) buyurmuşdur: “Oruc insanı dünya bəlalarından qoruyar və axirət əzabından xilas edər.”

"Riya və ücb ibadəti kölgədə qoymamalıdır"

Bu barədə Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev danışıb.

İlahiyyatçı bildirib ki, oruc İslam ibadətləri arasında bu qədər yüksək mövqeyə malik olsa da, bu əməl müxtəlif aspektlərdən və bir çox amillərdən zərər və təhlükəyə məruz qala bilər.

Əgər qeyd edəcəyimiz təhlükələrdən xilas edilməsə, nəinki yuxarıdakı savablardan heç birini almır, əksinə, insanın özü də dünya və axirətin əzabına düçar olur.

Bu ibadəti təhdid edən əməl və sifətlər arasında aşağıdakıları qeyd etmək olar:

1. Riya (ikiüzlülük)

RiyaAllah Rəsulunun (s) kəlamında “kiçik şirk” adlanıdırlıb və böyük günahlardan biridir.

Bir rəvayətdə deyilir:

Həqiqətən, sizin üçün qorxduğum ən pis şey şirki-əsğərdir, yəni riyadır. Uca Allah Qiyamət günü insanları əməllərinə görə mükafatlandırdıqda riyakarlara belə deyəcəkdir: “Gedin dünyada kimə xatir iş görmüşsünüzsə, onlar da sizin mükafatınızı versin. Öz mükafatlarınızı onların yanında tapa biləcəksinizmi?

2. Ücb

Təəccüb” mənasını verən “ücb” sözü “Yaxşı bir işin qədrini bilib, ondan razı qalmaq və özünü təqsirdən kənar saymaq” deməkdir.

Odur ki, “ücb” insanın ibadətini təhdid edən ən mühüm zərərlərdəndir və insanın qəlbinə və ruhuna nüfuz etməklə onun Allaha bəndəlik yolundakı səylərini məhv edən haldır.

Bu ibadət digər ibadətlərdən fərqli olaraq daha çox çətinlikməşəqqətlə (xüsusən ilin isti fəsllərində) bağlı olduğu üçün insan sadəcə bu çətinliklərə dözməklə bir iş gördüyünü və savaba layiq olduğunu düşünür.

Ücbün kökü bir neçə şeydən qaynaqlanır və aşağıdakı zərərləri var:

1. Cəhalət. İmam Əli deyir: “Ücb (özünübəyənmək) cəhalətin başıdır.”

2. Nifrət etmək. İmam Əli buyurur: “Nifrətin kökü özünü bəyənməkdir.”

3. İnsanın həlakına səbəb olar. İmam Əli buyurur: “Ücb insanı həlak edər.”

Müsəlman olmaq təkcə namaz qılmaq, ibadət etmək, Həccİslamın dini əsaslarını yerinə yetirmək deyil...

"Orucun fəlsəfələrindən biri də onun ictimai ölçüsüdür. Peyğəmbər (s) buyurur: “Ramazan şəfqət ayıdır.” Ramazan ayında oruc tutmaq İslam dininin gözəl təlimlərindəndir.

Onun özünəməxsus adət və şərtləri vardır. Orucluq malik olduğu bir çox fiziki və mənəvi faydaları ilə yanaşı, insanı həqiqi bir varlığa çevirir.

Aclıqməhrumiyyət təcrübəsi özündə möhtaclara rəğbət və mərhəmət hissi verir".

İbrahim Quliyev qeyd edib ki, orucun faydalarından biri də varlıları kasıbların əhvalından xəbərdar etməkdir.

-İbrahim Quliyev

Hişam bin Həkəm deyir: İmam Sadiqdən (ə) orucun nə üçün vacib olduğunu soruşdum. İmam (ə) buyurdu:

"Çünki qüdrətli və varlı insan heç vaxt aclıq hissini, kasıba, ehtiyacı olana rəhm etmək kimi başa düşməmişdir. Zəngin nə istəsə, nə vaxt istəsə, ixtiyarında olanlardan faydalanır və əziyyət çəkmir.

Buna görə də Allah-Təala oruc tutmaqla bəndələri arasında bərabərlik bərqərar etmək və zənginlərə aclığın dadını daddırmaq və bu ağrını onun üçün hiss etdirmək istəyirdi. Onun ürəyi kasıblara yumşalsın, aclara yazığı gəlsin deyə orucu vacib etdi".”-deyən ilahiyyatçı vurğulayıb ki, orucun ən mühüm faydalarından biri də insanlara xəbərdarlıq etməsidir ki, müsəlman olmaq təkcə namaz qılmaq, ibadət etmək, Həccİslamın dini əsaslarını yerinə yetirmək deyil.

Daha doğrusu, kasıb və möhtacların vəziyyətindən də xəbərdar olmaq və onların qayğısına qalmaq lazımdır. Çünki kasıbları düşünən hər bir cəmiyyət yoxsulluqməhrumiyyət görməz və bu, orucun faydalarından biridir.

Orucluğun aşağıdakı sosial faydaları vardır:

1) Sosial normaların gücləndirilməsinə xidmət edir

İslamda vaxta çox böyük dəyər verilir. Orucun cəmiyyətdə dini normaların yaranmasında və möhkəmlənməsində mühüm rolu olduğu kimi, həm də vaxtın düzgün bölüşdürülməsində ciddi yeri vardır.

Orucluq ayının ictimai təzahürləri (iş vaxtının və insanların yuxu və oyaqlığının dəyişməsi, gün ərzində ləzzətli yeməklərin bağlanması, siqaretin qadağan edilməsi, iftar və dini məclislərin təşkili və s.) ümumi insana təsiri ilə yanaşı, cəmiyyətin ab-havasını gücləndirmək, dini normaları və insanların dini mədəniyyətə (daxili və ya zahiri) dəvətini gücləndirmək, dini etika və davranışa uyğunlaşdırmaq kimi faydaları vardır.

2) Dostluq və ailə əlaqələrinin möhkəmləndirilməsi

Şübhəsiz ki, dostlar, qohumlar, qonşular qrupunda xüsusi sosial münasibətləri gücləndirən amillərdən biri də emosional ehtiyacların ödənilməsi və şəxsiyyətin inkişafı baxımından faydaları ilə yanaşı, yeməyə dəvət və səfərlərdir.

Bu hər kəs üçün çox faydalıdır və insanların psixi sağlamlığı üçün həyati əhəmiyyət kəsb etdiyini söyləmək olar.

İndi insanların bir-birindən fərdiliyinə və emosional məsafəsinə doğru sürətlə irəliləyən, ailə-qohumluq əlaqələrinin getdikcə zəiflədiyi bir dünyada müqəddəs Ramazan ayı müasir dünyanın bu problemlərini düzəltmək üçün bir fürsətdir.

Din xadimlərinin bir tərəfdən bu mübarək ayda iftarla bağlı tövsiyələri, digər tərəfdən də başqalarının dəvətinə cavab verməyi vurğulaması fərdlərin və ailələrin dostluq və qohumluq əlaqələrini xeyli yaxşılaşdıran və möhkəmləndirən amillərdəndir.

İslam cəmiyyətində Ramazan ayı belə faydalı şeylərə səbəb olur. Hər kəs Peyğəmbərinməsum imamların (ə) iftara təşviqdə əsas məqsədinin nə olduğunu bilir.

3) İctimai səbrin güclənməsinə səbəb olur

Heç bir cəmiyyət müsibətlərə dözməsə, müxtəlif problemlərə və onun düşmənlərinə qalib gələ bilməz.

Məhz səbirmüqavimətlə zalımlara qarşı vuruşmaq, müstəmləkəçilərin əlini qısaltmaq olar.

Oruc tutmaq, xüsusən də yayın isti və uzun günlərində susuzluğun təzyiqinin dözülməz hala gəldiyi vaxtlarda - insana xeyli səbirmüqavimət qazandırır və insanın əzabsıxıntıya tab gətirməsini asanlaşdırır.

Buna görə də Qurani-Kərimdə oruc tutmaq səbir kimi təfsir olunur: “Səbir və namazdan kömək alın...

İbrahim Quliyev bildirib ki, məsum imamlar bu ayədə “səbir”i “oruc” kimi təfsir etmişlər.

Oruc tutmağın faydaları... Oruc tutmaq bir çox xəstəliklərin qarşısını alır...

"Orucun sağlamlığa bir çox faydası vardır. Oruc orqanizmi toksinlərdən təmizləyir. Şəhərlərin, xüsusilə sənaye şəhərlərinin havasını çirkləndirdiyini və tənəffüs havası ilə birlikdə ağciyərlər vasitəsilə bədənə daxil olan qurğuşun, civə, dəmir kimi bəzi ağır metal qazlarının olduğunu, digər tərəfdən qurğuşunun qırmızı qan hüceyrələrinə zərər verdiyini nəzərə alsaq, onun sümükdə qan azlığı, qəzəb, arıqlama və sümük ağrılarına səbəb olduğu sübut edilmişdir.

Oruc, bu zəhərli maddələrin yerlərini tərk edərək qana daxil olmasına və böyrəklər vasitəsilə xaric olmasına səbəb olur".

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, ilahiyyatçı İbrahim Quliyev bildirib ki, oruc tutmaq bir çox xəstəliklərin qarşısını alır.

Allahın Rəsulu (s) buyurur: "Sağlam olmaq üçün oruc tutun".

Yeni və köhnə tibbi kitablarda və həkimlərin tövsiyyələrində qəbizlik məsələsi xüsusi əhəmiyyət kəsb edir. Çünki bir çox xəstəliklərin səbəbi həddindən artıq yemək və müxtəlif qidaların həddindən artıq qəbuludur.

Həddindən artıq yemək artıq maddələrin orqanizm tərəfindən sorulmamasına və bədənin müxtəlif yerlərində yağlar və ya qanda artıq yağ və şəkər şəklində qalmasına səbəb olur.

Bədənin əzələlərində olan bu əlavə maddələr əslində hər cür mikrobların böyüməsi üçün zəmin hazırlayır və bu xəstəliklərlə mübarizənin ən yaxşı yolu oruc tutmaqla onları məhv etməkdir.

Oruc tutmaq bədəndəki tullantıları, artıq və sorulmamış maddələri yandırır və əslində bədəni rahatlayır.

Bundan əlavə, il boyu daim məşğul olan həzm sistemi üçün əhəmiyyətli bir istirahət növüdür və eyni zamanda təsirli bir amildir.

Doktor Frits Becker deyir: “Oruc aclıq deyil, şəfa üsulu deyil, bədənin daxili təmir və təmizlik üçün özünü səfərbər etməsinə və narahatedici maddələri atmasına və özünü yenidən qurmasına imkan verən bir istirahət növüdür.”

O, həmçinin deyir: "Xəstəliyin qarşısının alınması baxımından oruc tutmağın nəticələri ağlasığmazdır və məncə orqanizmi cavanlaşdırmaq və təmir etmək üçün ən dəyərli üsuldur və müalicə üsulu ilə müqayisədə ehtiyacı olan bir insana təzə hüceyrələrin transplantasiyası müqayisə oluna bilməz"”-deyə ilahiyyatçı bildirib.

Oruc tutan insan İslam dininin əmrinə əsasən, bu sağlamlıq təsirindən faydalı və təsirli nəticə əldə etmək üçün iftarsahurda yeməkdən çox istifadə etməməlidir, əks halda nəticə əksinə ola bilər.

.

İradə Cəlil, dikGAZETE.com