Ermənistanda Azərbaycan və Türkiyə bayrağını yandırmaq…

Ermənistanda Azərbaycan və Türkiyə bayrağını yandırmaq… Ermənistanda Azərbaycan və Türkiyə bayrağını yandırmaq…

Ermənistanda Azərbaycan və Türkiyə bayrağını yandırmaq…

BAKI, Azərbaycan

"4 kəndin geri qaytarılması həqiqətən də həm Ermənistan-Azərbaycan münasibətlərində danışıqların, həm də sülh danışıqlarının yeni və mühüm bir mərhələsi kimi önəm daşıyır. Həm də daha çox Azərbaycanın öz qarşısına qoyduğu məqsədlərə addım atmasının bir nümunəsidir.

Bununla yanaşı, mövcud proseslər Azərbaycanın hansısa beynəlxalq normalara uyğun olmayan və yaxud Azərbaycan dövlətinin, Azərbaycan siyasətinin qarşısına qoyduğu hansısa bir maksimalist ideyaya çatmasının bir nümunəsi kimi yox, əslində ədalətin təntənəsidir. Çünki biz özümüzün olanı tələb edirik və kimsənin torpağında gözümüz yoxdur. Kimsəyə qarşı da bir ərazi iddiamız yoxdur”.

Bu barədə Milli Məclisin deputatı Müşfiq Məmmədli danışıb. Deputat qeyd edib ki, Azərbaycan beynəlxalq normalara uyğun şəkildə öz sərhədlərinə çıxıb.

-Müşfiq Məmmədli

"4 kəndin qaytarılması əminlik yaradır ki, bundan sonrakı mərhələdə də cənab prezidentin söylədiyi kimi ankalavların da müzakirəsində Azərbaycan tutacağı yol bəllidir. Bu, həm də Alma-Ata bəyannaməsinə uyğun şəkildə sovetlər birliyindən ayrılmış respublikaların müstəqil dövlətlər olduqdan sonra beynəlxalq tanınmış sərhədlərinin hər kəsə və hər kəsin sərhədlərə hörmətlə yanaşılması istiqamətində bir mesajdır.

Eyni zamanda Azərbaycan dövlətinin və Azərbaycanın prezidentinin qətiyyətli mövqeyinin bir nümunəsidir. Bundan sonra da hər kəs bizim bu qətiyyətli mövqeyimizlə hesablaşmaq zorunda qalacaqdır. Təbii ki, Ermənistanda hər zaman radikal fikirli və destruktiv düşüncə tərzi, xəstə təxəyyüllü insanlar hər zaman var. Digər ölkələrə nəzərən kifayət qədər də var"-deyən deputat hesab edir ki, bu bədnam tarixçilərin və ideoloqların erməni xalqının beynini zəhərləməsinin bir misalıdır.

Keçən əsrin əvvəllərindən başlayaraq və hətta mən deyərdim ki, son 150 ildə müxtəlif “vay-şüvənlərin” bir nümunəsi kimi bu cür beyni zəhərlənmiş nəslin formalaşmasıdır. Bunlar müxtəlif “soyqırımlar”, “erməni xalqına qarşı haqsızlıqlar” iddiası ilə hay küy edərək, axırda da öz ölkələrini bu cür acınacaqlı və bərbad duruma gətirib çıxarmışdılar.

Təbii ki, provokasiya elementləri də var. Müxtəlif siyasi qrupların və müxtəlif ölkələrin əlində alət olmuş siyasi qüvvələrin AzərbaycanTürkiyə bayrağını yandırmaq kimi çirkin bir addım atması bunun nümunəsidir.

Biz buna provokasiya tədbiri kimi baxmalıyıq və təbii ki, Ermənistan höküməti də dərin-dərin düşünməlidir ki, bu cür addımlar və bu cür düşüncələr onları hansı vəziyyətə gətirib çıxardı. Bundan sonra daha ağır vəziyyətə də gətirib çıxara bilər.

Azərbaycanın mövqeyi qətidir. Kimlərsə ucuz şou və dar təfəkkürünün sərhəddi daxilində "qəhrəmanlıq" göstərərək, Azərbaycanı öz mövqeyindən daşındıra bilməz. Bizim torpaqlarımız bölünməzdir, bütündür və hər kəs də bölünməz bütünlüyün varlığını qəbul edəcək”-deyə deputat əlavə edib.

.

İradə Cəlil, dikGAZETE.com