ADNA terroru aradan 15 il keçsə də, unudulmur. Vəhşiliklərin kökündə hər zaman erməni izi olub

ADNA terroru aradan 15 il keçsə də, unudulmur. Vəhşiliklərin kökündə hər zaman erməni izi olub ADNA terroru aradan 15 il keçsə də, unudulmur. Vəhşiliklərin kökündə hər zaman erməni izi olub

ADNA terroru aradan 15 il keçsə də, unudulmur. Vəhşiliklərin kökündə hər zaman erməni izi olub

BAKI, Azərbaycan

15 il əvvəl 2009-cu il Azərbaycan Dövlət Neft Akademiyasında qətliamla silkələndi. Qətliamı etnik azərbaycanlı olan Gürcüstan vətəndaşı Fərda Qədirov törətmişdi.

Qətliam zamanı 12 nəfər qətlə yetirilmiş 13 nəfər yaralanmışdı. Ölənlərdən 10 nəfəri başından, biri də sinəsindən güllələnmişdi. Bir nəfər də özünü pəncərədən atdığı üçün həlak olmuşdu.

Təəssüflər olsun ki, hadisəsinin səbəbkarı Fərda Qədirov polis tərəfindən mühasirəyə alındığını görüb, sonda özünü də öldürmüşdü.

Fərda Qədirov həmin gün qara geyinərək Akademiyaya daxil olub. Əvvəlcə xadiməni və mühafizəçini öldürüb, sonra da tələbələrə atəş açıb. İntihardan sonra onun meyidinə baxış keçirilən zaman üzərindən “Makarov” tapançası üçün 71 patron aşkarlanıb.

Bir neçə il öncə ADNA terroru zamanı qətlə yetirilən 1980-ci il təvəllüdlü Taleh Məmmədovun evində olmuşdum. Anası, qardaşı ilə danışmışdım. Onları unutmayıblar, indi Talehin adı qardaşının oğlunun adı ilə yaşadılır.

Qətliamdan sonra Fərdanın ailəsi ilə də müsahibələr hazırlanıb. Atası deyirmiş ki, Fərda sakit xarakterli biri olub. Eyni zamanda pis vərdişləri olmayan Fərdanın silah istifadə edə bilmədiyi də dilə gətirilib.

Fərda uzun müddət Rusiyada yaşayıb. Qətliamdan 1 ay əvvəl Gürcüstana qayıdıb. Bakıya da iş dəvəti aldığı üçün gəlibmiş. Sonradan məhkəmədə qətliamın Gürcüstanda yaşayan çörəkçi Mardun Qiqoriyeviç Qumaşyan tərəfindən sifariş olduğu ortaya çıxır. O, Fərdaya azərbaycanlılara qarşı terror aktının törədilməsi üçün 50 min ABŞ dollar vəd etmişdi.

Azərtacın 2010-cu il 11 avqust 8 tarixində yayımladığı məqalədə qeyd edilir ki, 2009-cu il aprelin 30-da Dövlət Neft Akademiyasında törədilmiş terror faktı ilə bağlı başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsində 4 cinayətkar - Nadir Əliyev, Cavidan Əmirov, Nəcəf SüleymanovAriz Qabulov barəsində hökm oxunub. İstintaq müəyyən edib ki, Gürcüstan vətəndaşı Mardun Qumaşyan Neft Akademiyasının binasına silahlı basqın edərək insanları qətlə yetirmiş Fərda Qədirov və təqsirləndirilən şəxslərlə birlikdə Bakıda terror aktı törətmək üçün əlbir olub.

Razılığa gələn Fərda Qədirov, Cavidan Əmirov, Nəcəf SüleymanovNadir Əliyev Bakıya gəlmək qərarına gələrək Marneuli-Bakı avtobusunun sürücüsü Ariz Qabulovun köməkliyi ilə “Makarov” markalı tapança və patronları qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçiriblər.

Cinayət aprelin 30-na planlaşdırılıb və Neft Akademiyasının binasına silahlı basqın nəticəsində 12 nəfər həlak olub.

Cinayətkar Fərda Qədirov həbs olunacağından ehtiyat edərək, eyni silahla özünə atəş açıb. Məhkəmə araşdırmalarının faktları əsasında hökm oxunub. Cavidan Əmirov, Nəcəf SüleymanovNadir Əliyev ömürlük, Ariz Qabulov 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, ADNA terrorunda qətlə yetirilənlər arasında müəllimlər, tələbələr, süd satan qadın və mühafizəçi və xadimə olub. Aradan 15 il keçsə də, tarix unudulmur. Başımıza gətirilən bütün vəhşilikıərin kökündə hər zaman erməni izi olub.

.

İradə Cəlil, dikGAZETE.com