Ermənistan müxalifətinin etiraz aksiyaları böyük itkilərlə nəticələnəcək

- 07-05-2024 16:41
- 1550
- 07-05-2024 16:41
- 1550
-Ermənilərin İrəvana etiraz yürüşü
Ermənistan müxalifətinin etiraz aksiyaları böyük itkilərlə nəticələnəcək
BAKI, Azərbaycan
Erməni ruhanilər Ermənistanın Tavuş rayonundan İrəvana etiraz yürüşü keçirib. Yürüşün iştirakçıları ərazilərin Azərbaycana güzəştə getməsinə qarşı oluqlarını dilə gətirirlər.
Etiraz aksiyaları apreldə Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə işlərin bu bölgədə başlamasından sonra başlayıb. Geodeziya ölçmələrinə əsasən, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi işlərinin bir hissəsi olaraq, 29 aprel 2024-cü il tarixinə planlaşdırılan işlərin yarısından çoxu tamamlandı, 35 sərhəd sütunu quraşdırıldı.
Ermənistan hakimiyyəti qeyd edir ki, onlar etirazçıların konkret nə istədiklərini başa düşmürlər.
“Ermənistan birtərəfli güzəştə getmir, Ermənistan sərhəddini müəyyənləşdirir və bu proses davam edəcək. Qanuni əsası olan xəritələrlə… və biz bu xəritələrə və hüquqi bazaya tam malikik”, - Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan mayın 6-da jurnalistlərə bildirib.
“Ağ Partiya”-nıln sədr müavini Əhəd Məmmədli bildirib ki, erməni müxalifəti -daşnaklar, “Qarabağ” klanı, rusiyayönümlülər, digər qüvvələr və Paşinyanı "istəməyənlər"in fikrincə, Paşinyan güzəştə gedir və 4 kənd axırıncı güzəştdir:
"Birbaşa deyilir ki, bu ərazilər Azərbaycan əraziləri sayılır, amma edilənlər güzəştdir, bundan sonra heç bir güzəşt olmaz. Bizim ərazilərimizdən çıxmalarını belə ən böyük və ən son güzəşt sayırlar. Və buna uyğun olaraq, etiraz edirlər".
-Əhəd Məmmədli
Politoloqun fikrincə, Paşinyan bu cür aksiyalara öyrəşib.
“Qarabağ müharibəsi bitəndən sonra aksiyalar oldu, sonra yenə oldu. İndi yenə aksiyalar var. 1 günlük lokal antiterror əməliyyatı qurtarandan sonra da aksiyalar oldu. İndiyə qədər çox sayda aksiyalar olub və Paşinyan iqtidarda qalıbsa, bu o demək deyil ki, elə bundan sonra bütün aksiyaların davamında iqtidarda qalacaq.
İndi görünür ki, Ermənistan müxalifətinin bu aksiyaları hələlik istənilən nəticəni vermir və görünür ki, Ermənistan cəmiyyətində də Azərbaycanla müharibə etməyə əhval-ruhiyyəsi yoxdur. Və digər müxalif qüvvələrin də iqtidara gəlsə, “Ermənistanın vəziyyəti yaxşılaşdırılacaq” deyə bir ciddi ümidi də yoxdur.
Əksinə böyük ehtimalla çəkinirlər ki, gəlib “Azərbaycanın əlində bayraq olacaqlar” və növbəti konfranstasiya baş verəcək, Ermənistan üçün daha böyük itkilərlə nəticələnəcək. Bütün bunlar Paşinyan iqtidarının hələlik dayanıqlı olduğunu və aksiyalara qarşı ayaqda durduğunu göstərir”-deyə Əhəd Məmmədli vurğulayıb.
“Yeni bir video paylaşılmışdı, “Paşinyan həyat yoldaşı ilə maşında gedirlər”. Səhv etmirəmsə, bu da Azərbaycan sərhəddinə yaxın bölgədə idi. Bununla da Paşinyan, “mən ayaqdayam və öz işimlə məşğulam, məni heç bir etiraz aksiyaları yerimizdən edə bilməz” kimi bir fikir formalaşdırmışdı”-deyə politoloq əlavə edib.
.
İradə Cəlil, dikGAZETE.com