Ən qədim dinlərdə, inanclarda, ayinlərdə orucun izlərini görmək mümkündür

- 01-04-2023 07:04
- 2289
- 01-04-2023 07:04
- 2289
BAKI, Azərbaycan
-Müxtəlif inanc sistemlərində orucluq ibadəti
Ramazan ayının gəlişi ilə birlikdə müsəlmanlar bu aydakı oruc ibadətini yerinə yetirməyə başlayırlar.
Ərəb dilində bu ibadətə “savm” deyilir.
Bizim istifadə etdiyimiz oruc kəlməsinin isə farsca olduğu bilinir. Oruc tutmağın, bir başqa ifadə ilə pəhriz saxlamağın tarixi insanlığın yaşı qədər uludur.
Ən qədim dinlərdə, inanclarda, ayinlərdə orucun izlərini görmək mümkündür. Məsələn, Buddizmin qurucusu Budda, Nirvanaya yəni “qurtuluşa” varmağın arzulardan uzaqlaşmaqla mümkün olduğunu söyləyir.
Qədim Misirdə oruc dini bayramlarda tutulardı.
Avropanın yerli dinlərində də oruc adəti mövcuddur. Belə ki, keltlərin oruc tutduğu, qədim romalıların və yunanların da orucu fəlakətlərdən qorunmaq üsulu kimi qəbul etdikləri haqqında məlumatlar var.
Çinlilər də böyük bayram günləri, mənfi xüsusiyyətlərin çoxaldığı dövrlərdə qorunmaq üçün oruc tutardılar.
Orucluğun bu qədər yayğın olduğunu görüncə müxtəlif inanc sistemlərindəki oruc ibadətini incələməyə çalışdıq.
Türkiyə Kırıkkale Universiteti İslami Elmlər Fakültəsinin dosenti, əslən Azərbaycandan olan professor Şahin Əhmədoğlu müxtəlif dinlərdəki orucluq haqqında danışıb.
-Türkiyə Kırıkkale Universitetinin dosenti, professor Şahin Əhmədoğlu
Hinduizmdə orucluq
Professor Şahin Əhmədoğlu qeyd edib ki, qədim Hind dinlərindən biri olan Hinduizmdə nəfsi tərbiyə etmək üçün ilin müəyyən aylarında, günlərində və bayramlarda oruc tutulur.
Bu inanc sistemində oruc tutmaq bəzi qida maddələrini yeməməklə icra olunur.
Bu inancın mənsublarının dua və ibadətlə məşğul olduqları xüsusi günlər var. Həmin günlərdə əksəriyyət yemək yemir, bütün gecəni müqəddəs kitablarını oxuyaraq və Tanrını təfək-kür edərək keçirirlər.
Bu inanc sistemində qadınlara da məxsus oruc var.
Qadınlar “Tanrının “qadınlıq” sifətinin təcəlligahı” olan tanrı-ça/ilahəyə dua edər və oruc tutarlar. Bu günlərə xüsusilə əhəmiyyət verildiyi üçün “And” günləri deyilir və nəfsi təmizləməyə ayrılır. Burda əsas məqsəd ruhu ruhani və mənəvi qida ilə qidalandırmaqdır.
Brahmanizmdə orucluq
Şahin Əhmədoğlu bildirib ki, Cənubi Asiya Hind dinlərindən Brahmanizmdə hər ayın müəyyən günlərində oruc tutulur.
Brahmanizmdə uşaqlar, yaşlılar və xəstələr də oruc tutmalıdırlar.
Bəziləri insani nəfslərinə qalib gəlmək üçün 15 gün oruc tutarlar. Bu 15 gün ərzində sudan başqa bir şey istifadə etmələri orucu pozar.
Brahmanlar hələ də özlərinin yerli aylarının 11-ci və 12-ci günlərində oruc tuturlar. Bu isə ildə 24 gün edir.
Taoizmdə orucluq
Şərq inanclarından biri olan Taoizmdə oruc ibadəti sağlamlığı qorumaq və yaşlanmağı gecikdirmək üçün yerinə yetirilir.
Caynizmdə orucluq
Hind dinlərindən Caynizmdə orucun qaydaları daha sərtdir.
Caynistlər 40 gün oruc tuturlar. Bu dinin qurucusu Mahaviranın (Mi-laddan sonra 599-527) özünə əziyyət edərək dində yüksək mərtəbəyə çatmaq üçün çalışdığı, ət və yumurta yemədiyi, hətta ölənə qədər oruc tutduğu məlumdur.
Buddizmdə orucluq
Cənub-şərqi Asiya dinlərindən biri olan Buddizm oruca ən çox əhəmiyyət verən inanclardandır.
Buddizmin qurucusu Buddaya görə, nə dünyaya bağlanmaq, nə də dünyadan uzaqlaşmaq lazımdır.
İnsanı öz məqsədinə çatdıran prinsiplərin ilki isə iki aydan bir oruc tutmaq və bu müddət ərzində cəmiyyət içində bütün günahlarını etiraf etməkdir.
Buddaya görə əbədi qurtuluşa, yəni Nirvanaya çatmağa mane olan tək şey nəfsani arzulardır.
Qurtuluş, məhz, nəfsani arzuları tərk etməklə mümkündür və bunun yolu da oruc tutmaqdır.
Maniheizmdə orucluq
İlahiyyatçı qeyd edib ki, Maniheizm inancında ilin müxtəlif vaxtlarında oruc tutulur.
Cəmiyyətin seçilmişləri 30 gün Bema mərasimlərindən əvvəl və Bazar günləri tutulan "Həftəlik Oruc"dan ibarət olan 100 günlük oruc tutarlar.
Hamı həftənin ilk günü (Bazar günü) Günəş üçün, seçilmişlər də həftənin ikinci günü Ay üçün oruc tutmalıdırlar.
Sabiilikdə Orucluq
Professorun sözlərinə görə, Sabiilikdə oruc tutmaq, günah və xoşa gəlməyən şeylərdən uzaq durmaq şəklində başa düşülür.
Sabiilərin müqəddəs kitabı Gin-zada insanlar, günah, pis əməl və davranışlardan uzaqlaşmaq üçün oruc tutmağa çağırılır.
Ginzada eyni zamanda “Böyük Oruc” tutmağa da dəvət edilir.
“Böyük Oruc” isə belə izah olunur:
“Bu dünyanın yeyəcəklərindən, içəcəklərindən uzaq durmaq oruc tutmaq deyildir.
İffətsiz göz vurmalara qarşı gözlərinlə oruc tut, pis əməllərə baxma və onu etmə.
Sənə aid olmayan qapıları dinləməkdən uzaq durmaq üçün qulaqlarınla oruc tut.
Pis yalanlara qarşı ağzınla oruc tut, yalan-çılığı və fırıldaqçılığı sevmə.
Pis fikirlərdən uzaqlaşmaq üçün qəlbinlə oruc tut və qəlbində pis şeylərə, qısqanclığa və savaşa yer vermə.
Cinayət işləməkdən və oğurluqdan uzaq durmaq üçün əllərinlə oruc tut.
Sənə aid olmayan evli qadına yaxınlaşmaqdan uzaqlaşaraq vücudunla oruc tut.
Sənə aid olmayan şeylərin arxasınca gizlicə getməkdən uzaqlaşaraq oruc tut.”
Günümüzdə sabiilər müqəddəs kitablarında olmamasına rəğmən ilin bəzi günlərində ət yeməyərək oruc tuturlar.
Yəhudilikdə Orucluq: Yom Kippur
Professor bildirib ki, yəhudilərin müqəddəs kitabı Tövratda bəzi günlərdə oruc tutulması əmr edilir. Bu inanc sistemində oruc tutmaq, bəzən nəfsi tərbiyə etmək və acı çəkmək, bəzən də Allaha yaxınlaşmaq üçün bir vasitə olaraq qəbul edilir.
Tövrata görə Həzrəti Musa Tur dağında 40 gün 40 gecə qalmış və bu vaxt ərzində oruc tutmuşdur.
Ərəbistanın müxtəlif bölgələrində yaşayan yəhudilər oruc tutarkən yatsı vaxtından sonra bir şey yeməzlərdi.
Müəyyən qaynaqlarda ilk dövrdə bəzi müsəlmanların da orucla bağlı ayələr tamamlanmadan əvvəl yəhudilər kimi hərəkət etdikləri haqqında məlumatlar var.
İlahiyyatçının sözlərinə görə, Babil dönəmində oruc, matəm və hüzn simvolu olaraq tutulur-du.
Yəhudilər, Allahın onlara fəlakətlər verdiyinə inandıqları vaxtlarda həmişə oruc tutardılar.
Yəhudilikdə uşaqlar oruca 13 yaşları tamam olandan bir ay sonra başlayırlar.
Yenə yəhudilikdə tutulması vacib bilinən tək oruc Yom Kippur adı verilən kəffarət orucudur.
Kippur, yaxud da Kaparotun mənası peşman olmaqdır. Bu, ibrani dilində “Tövbəgünü” kimi bilinir.
Yəhudilər bu gün günahlarından peşman olub, tövbə edir, Allahın da onları bağışladığına inanırlar.
“Yom Kippur 19 apreldə başlayır. Bir həftə çəkən Pesax Bayramı orucu isə Xamırsız Bayramından sonrakı bazar ertəsi və cümə axşamı günləri tutulur.
İmsaq, bir öncəki axşam günəş batarkən başlayır. O gecə və ertəsi gün ilk iki ulduz görünənə qədər yemək və içmək qadağandır. Bu müddət 25-26 saatdır.
Yəhudilər Babildən qayıtdıqdan sonra Qüdsün xarabaya çevrilməsi və digər fəlakətlər səbəbiylə dörd ayrı oruc daha icad etmişdilər.
Talmud təfsirçilərindən bəziləri bu dörd orucun, başqa dövlətlərin himayəsi altındaki yəhudilər tərəfindən tutulmalı olduğunu, yoxsa bu orucun gərəkli olmadığını ifadə edirlər”-deyə professor qeyd edib.
Xristianlıqda orucluq
İlahiyyatçı bildirib ki, oruc ibadəti xristianlıqda da var.
Eyni zamanda Oruc ibadəti kilsənin üçüncü əmridir. Quranın bildirdiyinə görə oruc xristianlara da fərz qılınmışdır.
“Orucla əlaqədar xristianların dini mətnlərində məlumat var. Məsələn Mattada belə deyilir:
“İsa qırx gün-qırx gecə oruc tutandan sonra acdı.” (Matta 4/3).
“Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün üzlərini tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. Amma sən oruc tutanda başına yağ çək və üzünü yu. Belə ki insanlara deyil, gizlində olan Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.” (Matta 6/16-18).
Xristianlıqda orucun məqsədi işlənmiş günahların cəzasını bu dünyada çəkməyə başlamaqdır. İncildə də oruc ibadətinə böyük əhəmiyyət verilir. Ancaq orucun vaxtı və qaydaları haqqında xristian sektaları arasında müxtəlif fikirlər mövcuddur. Ümumi olaraq xristi-anlıqda oruc ibadəti 21 yaşında başlayır, 60 yaşına qədər davam edir. Oruc mövzusunda 1966-cı ildə Romada alınan qərarlarda bunlar yazılı olaraq müəyyən edilmişdir”-deyə Şahin Əhmədoğlu əlavə edib.
İlahiyyatçının sözlərinə görə, bununla birlikdə xristianlıqda iki növ oruc var.
Birincisi, Okaristik Orucu (Jeûne Eucharistique) - yəni şükran orucu, ikincisi isə Ekleziyastik Orucu (Jeûne Esslesiastique) - yəni kilsə orucu.
Bu iki növ orucu katoliklər tutur, protestantlar isə yox.
Xristianlıq çərşənbə, cümə və şənbə günləri ilə bəzi yortuların* ərəfə günlərində oruc tutmağı təşviq edir. Bu inanca görə, Həzrəti İsa, çərşənbə günü ələ verilmiş, cümə günü çarmıxa çəkilmiş və şənbə günü dəfn edilmişdir.
Xristianlıqda Həzrəti İsanın öldükdən sonra dirildiyinə və göyə çıxarıldığına inanılan Pasxada oruc tutmaq önəmlidir. Pasxadan əvvəl iki gün oruc tutmaq dindar xristianlar arasında geniş yayılmışdır.
İslamda orucluq
Şahin Əhmədoğlu qeyd edib ki, müsəlmanlar üçün Ramazan ayı müqəddəs ay kimi qəbul edilir. Bunu da demək lazımdır ki, İslamdan əvvəl Qüreyş qəbiləsi və bölgədə yaşayan xalqlar arasında bu ibadət yayğın idi. Hətta cahiliyyə dövrü olaraq bilinən İslamdan öncəki vaxtlarda “Sükut Orucu” tutulurdu ki, bu, başqaları ilə danışmamaq şəklində icra edilirdi və sonralar qadağan olunmuşdu.
Həzrəti Peyğəmbərin (S) də Quranda əmr edilməmişdən qabaq bəzi günlərdə oruc tutduğu haqqında məlumatlar var.
“İslam dini gəldikdən sonra hicri təqviminin ikinci ilində orucluq fərz qılınmışdır. Bu əmrlə bağlı Quran-i Kərimdə belə buyurulur:
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (Bəqərə 2/183). Bundan başqa oruc haqqında çox sayda ayələr vardır.
Müsəlmanlar Ramazan ayı xaricində Rəcəb və Şaban aylarında da oruc tuturlar. Buna “üç aylar” deyilir.
Müsəlmanlar oruc ibadətini obaşdanlıqdan** (imsaq) vaxtından axşam günəşin batışına qədərki vaxt ərzində yerinə yetirirlər. Bu vaxt haqqında da Quranda “…Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın…” (Bəqərə 2/187) buyurulur.
Orucu belə tərif etmək mümkündür: Oruc; Allah rizası üçün obaşdanlıqdan günəşin batışına qədər olan müddət ərzində, nəfsi ən çox arzu etdiyi şeylərdən uzaq tutmaqdır.
Mövzunu “Qabusnamə”nin müəllifi Keykavus ibn İsgəndərin oğluna nəsihəti ilə bitirmək istəyirəm.
Müəllif belə yazır: “Ey oğul, onu da bilməlisən ki, oruc ildə bir dəfə edilən ibadətdir, onu yerinə yetirməmək insafsızlıq olar.
Ağıllı adamlar belə bir şeyi özlərinə rəva görməzlər, gərək sən də görməyəsən. Orucluq ayı ifratsız keçə bilmir, lakin sən çalış ifrata yol vermə.
Gördün ki, beş mötəbər, inanılmış üləma oruc tutub, sən də onlarla birlikdə oruc tut, onlar oruclarını yeyəndə, sən də ye!
Nadanların sözünə uyma, bil və agah ol ki, Allah-Təalanın sənin ac və ya toxluğuna ehtiyacı yoxdur.
Oruc Allah tərəfindən sənin var-dövlətinə və özünə vurulan möhürdən ibarətdir.
Bu möhür mal və bədənin yalnız bir hissəsinə deyil, bəlkə bütün üzvlərinə vurulur: əl-ayağa, gözə, dilə, qulağa, qarına.
Ey oğul, bil və agah ol: orucluğun ən böyük məqsədi ondadır ki, sən gündüz yemədi-yini ehtiyacı olanlara verəsən ki, zəhmətinin faydasını görmüş olasan, elə bu zəhmət ona görə lazımdır ki, onun xeyri ehtiyacı olana çatsın.””-deyə Şahin Əhmədoğlu izah edib.
İlahiyyatçı bildirib ki, nəticə olaraq, oruc insan iradəsini gücləndirən, onu qısa müddət ərzində də olsa, kontrol altına alan bir sistemdir.
Oruc tutmaq səbr etməkdir, səbrli olmaqdır.
Oruc tutmaq ac olanın vəziyyətindən xəbərdar olmaqdır.
Oruc tutmaq eyni zamanda toxluğun qiymətinin bilinməsidir.
.
İradə Cəlil, dikGAZETE.com