Naxçıvan hücuma məruz qalarsa, Qars müqaviləsinə görə, Türkiyə müdafiə edə bilər

Naxçıvan hücuma məruz qalarsa, Qars müqaviləsinə görə, Türkiyə müdafiə edə bilər Naxçıvan hücuma məruz qalarsa, Qars müqaviləsinə görə, Türkiyə müdafiə edə bilər

-Naxçıvan-

BAKI, Azərbaycan

Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 2-si saat 12:58-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

"Naxçıvan mütəmadi olaraq, Ermənistan silahlı qüvvələri tərəfindən atəşə və hücuma məruz qalarsa, Azərbaycan Ordusu layiqincə cavab tədbirləri görəcək. Ermənistanın Naxçıvan istiqamətində sərhədin pozması birinci haldır.

Və düşünmürəm ki, Ermənistan burda hücum əməliyatı keçirə bilər. Culfa istiqamətində yerləşən mövqelərimizdə atəşkəsi pozurlar, təxribat həyata keçirirlər".

Bu barədə politoloq Məhəmməd Əsədullazadə danışıb.

O, qeyd edib ki, ümumiyyətlə Naxçıvanda Azərbaycan güclü əlahiddə ordu korpusu var və ordu korpusu Ermənistanın bütün təxribatlarının qarşısını almaq gücündədir.

-Məhəmməd Əsədullazadə

Politoloq hesab edir ki, bu istiqamətdə digər 3-cü ölkələrin köməyinə ehtiyac yoxdur. Çünki ordu kifayət qədər güclüdür. Amma Naxçıvan böyük güclü hücuma məruz qalarsa, Qars müqaviləsinə görə, Türkiyə Naxçıvanın təhlükəsizliyi və müdafiəsinə borcludur, hüquqi əsaslara malikdir və Türkiyə öz qoşunu ilə Naxçıvanı müdafiə edə bilər.

Əgər Ermənistan bu təxribatları davam etdirsə, Azərbaycan Naxçıvan istiqamətində də bufer zona yarada bilər.

Həmçinin Azərbaycanın əsas hissəsi Kəlbəcər Zəngəzur istiqamətində, həm də Naxçıvan istiqamətində Ermənistanın Zəngəzurda yerləşən hərbi hissələrini darmadağın etməsi üçün burada hərbiləşdirmiş bir zona yaradılması üçündə addımlar atmalıdır.

Çünki Ermənistan sülh müqaviləsinə gəlmirsə, Naxçıvan istiqamətində təxribatlar edirsə, Azərbaycan əsas hissəsi Kəlbəcər-Laçın istiqamətində, Zəngilan istiqamətində atəşkəsi pozursa, təxribatları davam edirsə Azərbaycan priventiv addımlar atmalıdır.

Kəlbəcərdən Zəngilana kimi bütün Ermənistan hərbi nöqtələrini məhv etməlidir”-deyən politoloq bildirib ki, burada Ermənistanın hərbi hissə qurmasına icazə verilməməli, Azərbaycan işğalçını sülhə cəlb etmək əməliyyatlarına başlamalıdır.

Azərbaycan bunu həm Naxçıvan istiqamətində, həm də Zəngilan-Kəlbəcər istiqamətində edə bilər.

.

İradə Cəlil, dikGAZETE.com