Ramazan ayı ilə əlaqəli ibadətlər və deyimlər…

- 31-03-2023 07:02
- 1851
- 31-03-2023 07:02
- 1851
BAKI, Azərbaycan
-Orucluq (Ramazan) ibadətləri və ifadələri
Müsəlmanlar İslam dininin əmri olan ibadətləri vaxtlı-vaxtında yerinə yetirməyə çalışırlar. Hamınızın bildiyi kimi İslamın müqəddəs kitabı Quran-i Kərim ərəb dilindədir. İbadətlərin də, demək olar ki, hamısı bu dildə edilir.
Zəngin Azərbaycan Türkcəsi ərəb dilindəki bəzi sözlərin əvəzinə yeni sözlər meydana gətirmişdir. Bu yazıda Ramazan ayı ilə əlaqəli olan bir çox deyimləri izah etməyə çalışacağıq.
Bu barədə Türkiyə Kırıkkale Universiteti İslami Elmlər Fakültəsinin dosenti, əslən Azərbaycandan olan professor Şahin Əhmədoğlu danışıb.
-Türkiyə Kırıkkale Universitetinin dosenti, professor Şahin Əhmədoğlu
Obaşdanlıq
İlahiyyatçı qeyd edib ki, ərəb dilində oruc ibadətini yerinə yetirmək üçün gecə saatlarında yeyilən yemək vaxtına sahur deyilir. Dilimizdə sahur əvəzinə “Obaşdanlıq” işlədilir. Ədəbiyyatımızda bununla bağlı fikirlər yer alır.
Məsələn, “Orucluqda bir axşamdan, bir də obaşdanlıqdan yeyərdilər ki, bütün günü ac qalmağa imkan olsun.” H. Sarabski.
Oruc açmaq, orucaşdı
Professorun sözlərinə görə, ərəb dilindən dilimizə keçən bir başqa kəlmə iftardır.
İftar, dilimizdə oruc açmaq, orucaşdı kimi ifadə edilir. Orucaşdı, Ramazan ayı boyunca insanların yaxınlarını, oruc tutanları qonaq çağırdığı, kənd yerlərində isə daha çox ağsaqqaların dəvət edildiyi bir mərasimdir.
“Bu ay içərisində mümkünü olanlar (dövlətlilər) iftar açarkən öz süfrələrinə qonaq çağırırlar. Bu qonaq çağırmağa “orucaşdı” deyilir. Ruhanilər isə öz şagirdlərini və ya kasıbları qonaq edirlər.”
Əhya saxlamaq
Şahin Əhmədoğlu bildirib ki, əhya kəlməsi dirilmə, diriltmə, canlanma, canlandırma, oyatma, oyanma mənasında işlədilir.
“Əhya saxlamaq - dindar müsəlmanların gecə sübhə kimi ibadətlə məşğul olmasıdır. “Əhya gecələri. Orucluq ayının (Ramazan) 19, 21, 23-cü günlərinə əhya axşamı və ya sadəcə əhya deyərdilər.” H. Sarabski.
“Əhya gecəsi olduğu üçün əsil möminlər… başlarına Quran qoyub dua oxumaqla səhəri açmaq niyyətində idilər.” B. Talıblı.
Yenə əhya saxlamaq istəyən bunu əvvəlcədən elan edir.
Oruc açılandan sonra obaşdanlığa qədər Quran oxunur, dua edilir, namaz qılınır. Əhya saxlayanlar obaşdanlığa qədər yatmazlar”-deyə professor bildirib.
Xətm oxutmaq
İlahiyyatçı qeyd edib ki, Quran-i Kərimi başdan sona oxumağa və oxutmağa xətm etmək deyilir. Xüsusilə Ramazan ayında yaxınlarını itirənlər onlar üçün müəyyən pul müqabilində xətm oxutdururlar.
Oruc - namazın qəbulolsun
İlahiyyatçının sözlərinə görə, bu deyim də oruc tutanların bayramını təbrik etmək üçün istifadə edilir.
Bayram günü oruc tutan birisi ilə qarşılaşanda ona “oruc namazın qəbul olsun” deyərlər.
Fitr Bayramı, Orucluq Bayramı, “Qara Bayram”, ya da "Əlinin Qara Bayramı”
Şahin Əhmədoğlu bildirib ki, Ramazan ayının sona çatması münasibətilə bayram keçirilir.
Buna həm orucluq, həm də fitr bayramı deyilir. Bununla birlikdə, Ramazan bayramı günlərində bəzi mərasimlər yerinə yetirilir. Belə ki, Ramazan bayramında özəlliklə kənd yerlərində insanlar səhər tezdən kəndin məscidinə toplanırlar.
Molla Quran oxuyur, ardınca bayram namazı qılınır. Sonra kəndin qəbirstanlığına yollanılır. Hər kəs öz yaxınının məzarını ziyarət edir, ya özü dua oxuyur, yaxud da orda olan mollaya yaxınları üçün Quran oxutdurur. Daha sonra keçən Ramazan ayından indiyə qədər vəfat edənlərin ailələrinə başsağlığı vermək üçün onların evlərinə gedilir.
“Bu, xalq arasında eyni zamanda “qara bayramdır”. Kiminsə ölümündən sonra gələn ilk bayram da “qara bayram” adlandırılır. Bayram günlərinin “qara bayram” kimi qeyd edilməsinin digər səbəbi IV xəlifə Həzrəti Əlinin Ramazan ayının son günlərində öldürülməsidir.
Bu səbəbdən xalq arasında “Əlinin qara bayramı” deyimi də istifadə edilir.
Bu bayramın adlarından biri də “orucluq bayramı”dır.
M.Ə.Talıbov, Ramazan ayı ve bayramı ilə əlaqədar belə yazırdı: “Orucluğun axırıncı günü ailədə yaşından asılı olmayaraq, hər adam başına 10 girvənkə (bir girvənkə 400 qramdır) buğda və ya düyü ayırıb səhəri gün fəqirə vermək lazımdır. Əgər düyü və buğda yoxdursa, sözügedən miqdarın pulu hesablanıb fəqirə verilməlidir. Belə fəqir payının ayrılmasına “fitrə” deyilir.” Buna görə orucluğun başa çatdığı gün Fitr bayramı da adlanır”-deyən ilahiyyatçı bildirib ki, bu bayramda kasıblara, ehtiyacı olanlara kömək etmək Ramazanın ən böyük xüsusiyyətlərindən biridir.
.
İradə Cəlil, dikGAZETE.com