Rəcəb Tayyib Ərdoğan Bakıya gəlib və bütün Azərbaycan xalqı buna sevinir

Rəcəb Tayyib Ərdoğan Bakıya gəlib və bütün Azərbaycan xalqı buna sevinir Rəcəb Tayyib Ərdoğan Bakıya gəlib və bütün Azərbaycan xalqı buna sevinir

BAKI, Azərbaycan

Azərbaycan-Türkiyə dostluğu əbədidir sarsılmazdır. Çünki bu dostluq, bu qardaşlıq, bu əməkdaşlıq tarixi köklərə, milli mənəvi dəyərlərə söykənir.

Uzun illər bu iki dövlət daimi olaraq, bir-birlərinə dəstək verib, bir-birinə kömək olub.

Bu qardaş dövlətlərin sevinci, qəmi də bir olub. Biz bir azərbaycanlı olaraq, türk xalqının, Türkiyənin dəstəyini həmişə hiss etmişik. Və bu, müharibə dövründə özünü daha qabarıq, daha aydın şəkildə göstərdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldiyi 2003-cü ildən bəri elə bir beynəlxalq səviyyədə tədbir, elə bir görüş, elə bir səfər olmayıb ki, orada Azərbaycan həqiqətlərini, Azərbaycan xalqının problemlərini səsləndirməsin və Azərbaycanın tərəfində olduğunu bildirməmiş olsun.

Müharibə dövründə Türkiyə prezidentinin Azərbaycana dəstək verməsi və “mən həmişə Azərbaycanın yanındayam” deməsi Türk xalqını bir daha Azərbaycanla həmrəyliyə səsləməsi, qələbələrimizin qazanmasında bizə çox böyük mənəvi bir ruh verdi.

Buna görə də bu bəyanatlar, bu dəstək Azərbaycan xalqı tərəfindən heç bir zaman unudulası deyil və Azərbaycanın hər bir vətəndaşı bunu aydın şəkildə bilir, dərk edir və daimi olaraq qiymətləndirir.

Ona görə də müharibədə sonrakı dövr Azərbaycan xalqı Türkiyə ilə daha yaxından münasibətləri qurmağı özünün mənəvi borcu və vəzifəsi hesab edir.

Qələbəmizə, torpaqlarımızın azad olunmasına azərbaycanlı qədər sevinən türk qardaşlarımız Şuşa bəyannaməsinin imzalanmasıyla iki dövlət rəhbərinin bu mühüm sənədə imza atmasıyla bir daha qardaşlığın, birliyin möhkəmlənməyini nümayiş etdirdilər.

Bu günlərdə artıq ayın 15-də Şuşa bəyannaməsinin imzalanmasının ikinci ili tamam olur. Və həmin gün Azərbaycan xalqının taleh yüklü bir məsələsi qurtuluş günü kimi qeyd edilir”.

Bu barədə danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, belə bir vaxtda Rəcəb Tayyib Ərdoğanın yenidən Azərbaycana səfər etməsi, Bakıya gəlməsi və prezident seçildikdən sonra ilk dəfə Azərbaycanı seçməsi bir daha göstərir ki, bizim qardaşlığımız, bizim dostluğumuz daim öz bəhrələrini verəcək və iki qardaş dövlət daimi bir-birlərini dəstəkləyəcəklər.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bu səfərini Azərbaycan xalqı təbii hesab edir. Çünki onun prezident seçilməsinə türk xalqı qədər Azərbaycan xalqı da sevindi və dəstək verdi.

-Tahir Rzayev

Seçkilər günü Azərbaycan xalqının gözü Türkiyədə idi və bizim hər birimiz Türkiyədə keçirilən azad demokratik seçkilərə böyük önəm verirdik. Və seçkilərin çox yüksək səviyyədə demokratik şəraitdə keçməsi türk xalqının müdrikliyini göstərməklə həm də dünyaya bir demokratiya dərsi oldu.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ilk olaraq, Türkiyə prezidentini təbrik etməsi onun səs çoxluğu ilə yenidən prezident seçilməsinə sevinməsi və Azərbaycan xalqının böyük sevincini qururunu ifadə etməsi bizim qardaşlığa, dostluğa olan sədaqətimizin inamımızın və sevincimizin təzahürü idi”- deyə Tahir Rzayev əlavə edib.

Rəcəb Tayyib Ərdoğan Bakıya gəlib və bütün Azərbaycan xalqı buna sevinir. Çünki bu gün Rəcəb Tayyib Ərdoğanla prezidentimiz İlham Əliyevin bəşəri ideyalarının, amallarının, əməllərinin üst-üstə düşməsi nəinki iki ölkə, iki xalq üçün bir örnəkdir, əhəmiyyətlidir və bu iki qardaşın, “bir millət iki dövlət” olan xalqların birliyi bütün türk dünyasına, Türk Dövlətləri Təşkilatının yaranmasına bir zəmindir.

Bu gün Rəcəb Tayyib Ərdoğanın dünyada yürütdüyü sülh siyasəti, azadlığın demokratiyanın dəstəklənməsi, haqqın-ədalətin bərpa olunması üçün verdiyi bəyanatlar, dünyanın ən böyük dövlətləri tərəfindən dəstəklənir və rəğbətlə qarşılanır.

Bu istiqamətdə Azərbaycan prezidenti də daimi olaraq, dünyada əmin-amanlığın, təhlükəsizliyin insanların azadlığının qarantı kimi çıxış edir və iki dövlət rəhbərinin bir məqsəd, bir amal uğrunda birləşməsi, mübarizə aparması bu gün dünyada yeni reallıqlar yaradır.

Türk dünyasının dünyada artan nüfuzunun möhkəmlənməsindən və gələcək uğurlarından xəbər verir.

Deputat hesab edir ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana ilk səfəri bizim əlaqələrimizin, bizim dostluğumuzun möhkəmlənməsinin və genişlənməsinin əyani ifadəsi olacaq.

Buna həm türk qardaşlarımız, həm də hər bir azərbaycanlı ürəkdən sevinir. Bu səfərləri hər iki xalqın milli maraqlarına, dövlətlərin möhkəmliyinə, müstəqilliyinin və azadlığının qorunmasına, gələcək inkişafına fayda verəcəyini bilir və gələcəyə çox böyük ümidlərlə baxırlar”- deyə Tahir Rzayev əlavə edib.

.

İradə Cəlil, dikGAZETE.com