Ərdoğan Fransanı Afrikadan qovmaq istəyir

Ərdoğan Fransanı Afrikadan qovmaq istəyir Ərdoğan Fransanı Afrikadan qovmaq istəyir

Makron Fransa parlamentində nüfuzdan düşüb. O sadəcə, prezident vəzifəsində qalıb, Fransada və beynəlxalq aləmdə etibarını itirir”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan deyib. Cumhurbaşkanı hesab edir ki, Fransa hazırda Afrika ölkələrini istismar edir. 

Mali hazırda Fransadan tam ayrılmaq vəziyyətindədir. Toqo da eyni addımı atacaq.

Biz istəyirik ki, beynəlxalq siyasət dürüstlük üzərində qurulsun. Dürüstlük olmayan yerdə etibar yoxdur. Təbii ki, dünyada belə liderlər çoxdur”,- deyə Türkiyə lideri vurğulayıb.

Politoloq Samir Hümbətov bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan indiki dövrün nadir liderlərindəndir ki, sözü ilə əməli üst-üstə düşür. 

Fransa prezidenti Makronun isə nəinki nüfuzu Fransa parlamentində düşür, hətta Fransa cəmiyyətində belə azalıb.

-Samir Hümbətov

Çünki Makronun birinci dönəm hakimiyyəti, ikinci dönəm hakimiyyəti dövründə də Fransada problemlər artan xətlə davam edib.

2018-ci illərin sonlarına yaxın Fransada başlayan “sarı jiletlilərin hərakatı”, Fransadaiqtisadi-sosial islahatlar” adı altında bir sıra qərarların qəbul edilməsi və bu cəmiyyətin çox ciddi şəkildə həmin qərarlardan təsirlənməsi göz önündə idi. 

İstər pensionerlər, işləyən vətəndaşlar, tələbələr, təhsil, mədəniyyət, incəsənət, ümumiyyətlə bütün sahələrdə Makronun cəmiyyətə qarşı tutduğu mövqe məlumdur. Məhz bunun nəticəsində artıq ölkə daxilində nüfuzunu sürətlə itirib”,- deyən politoloq qeyd edib ki, Fransa Afrika qitəsini uzun illərdir ki, sümürgə siyasəti ilə idarə edir. 

Həmin dövlətlər müstəqil olsa da, Fransa hər il həmin ölkələrdən 500 milyard dollardan çox vəsait alır. Bu Afrika qitəsinin sümürülmə siyasətidir.

İrqi ayrıseçkiliyin olması, Fransanınağdərili-qaradərili” söhbətini ortaya atması, normal inkişaf yolu tutan ölkələrdə belə hərəkətlər, təxribat hadisələrinin artırılması, ölkə daxilində qarışıqlıq salınması, iqtidar-müxalifət davasının salınması Fransanın ənənəvi siyasətinə daxildir. Afrikanı da uzun illər bu siyasətlə idarə edib.

Türkiyə prezidenti Ərdoğanın fikirləri həqiqəti əks etdirir. Makrona da o səbəbdən deyilir ki, “əgər siyasətçisənsə, dürüst olmalısan”. Dürüst olmaq üçün isə addımlarınla, davranışlaırnla danışığını eyniləşdirməlisən.

Ərdoğan demək istəyir ki, yaxın zamanlarda Fransa Afrikadan çıxacaq. Çünki artıq Fransa düşmən dövlət kimi görünməyə başlayıb. Əlcazairdə, Ruandada törətdiyi qətliamlar da unudulmur”.

Politoloq Samir Hümbətov vurğulayıb ki, Ərdoğanın dediyi fikirlər Makronun timsalında Fransanın nə dərəcədə qəddar bir ölkə olduğunu, BMT Təhlükəsizlik Şurasının üzvü olmasına baxmayaraq, demokratiyadan uzaq olduğunu sübut edir.

.

İradə Cəlil, dikGAZETE.com