Rusiya vətəndaşı olan azərbaycanlılar haqqında sərt qərarlar verilə bilər

Rusiya vətəndaşı olan azərbaycanlılar haqqında sərt qərarlar verilə bilər Rusiya vətəndaşı olan azərbaycanlılar haqqında sərt qərarlar verilə bilər

BAKI, Azərbaycan

Bu günlərdə Rusiya Dövlət Dumasına göndəriləcək qanun layihəsində səfərbərlikdən yayınan miqrantların, eyni zamanda onların ailə üzvlərinin vətəndaşlıqdan çıxarılması və ölkədən deport edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Rusiyada çox sayda azərbaycanlı və onların ailələri yaşayır.

Görünən odur ki, qanunun qəbul edilməsi azərbaycanlılardan da yan keçməyəcək.

"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, Rusiya Federasiyanın prezidenti Vladimir Putin tərəfindən aprelin 28-də Rusiya Federasiyasının vətəndaşlığı haqqında federal qanun təsdiq olunub.

Bu qanundan irəli gələrək, cari ilin oktyabr ayından etibarən “Vətəndaşlıq haqqında” qanunla bağlı çox ciddi kifayət qədər iri miqyaslı dəyişikliklər baş verəcək.

Bu dəyişikliklər istiqamətində də bir çox məsələlər, qanun lahiyəsi şəklində, ayrı-ayrı seqmentlər üzrə qanun lahiyəsi şəklində dövlət dumasına təqdim olunacaqdır.

Bu qanun lahiyəsi ilə bağlı səfərbərlikdən yayınan şəxslərin vətəndaşlıqdan çıxarılması və ölkədən deport edilməsi ilə bağlı buna bənzər elementləri özündə ehtiva edən qanun lahiyəsi dövlət dumasına təqdim olunub.

Bununla bağlı dinləmələr başlıyacaq.

-Azər Allahverənov

Azər Allahverənov qeyd edib ki, Rusiya Federasiyasında vətəndaşlıq əldə eləmək istəyən xarici ölkə vətəndaşlarının sayı kifayət qədər çoxalıb. Çünki bunun müəyyən bir üstünlükləri var idi.

Rəsmi məlumata görə 2022-ci il də təqribən 691 min əcnəbi Rusiya Federasiyasının vətəndaşlığını əldə etməyə müvəffəq olub. Bu şəxslər əsasən Tacikistan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, AzərbaycanTürkmənistandan olub.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyindən əldə etdiyimiz məlumata görə, 2022-ci ildə 23 min 688 nəfər Azərbaycan Respublikası vətəndaşının vətəndaşlığa qəbul olunması ilə bağlı qərar qəbul olunub.

Orada əvvəlcə vətəndaşlığa qəbul olunması haqqında qərar qəbul olunur. Bundan sonra müəyyən prosedurlar başlayır. Vətəndaşın qarşısında müəyyən öhdəliklər qoyulur.

Yeni dəyişikliyə görə, Rusiya Federasiyasının vətəndaşlığını əldə eləmək istəyən Azərbaycan Respublikasının vətəndaşı öz ölkəsinin vətəndaşlığından imtina etməli deyil.

Əvvəllər isə, Rusiya vətəndaşı olmaq istəyənlər öz ölkəsinin vətəndaşlığından imtina etməli idilər”-deyən Azər Allahverənov bildirib ki, 2023-cü ilin yanvar-iyun ayında 7 min 457 nəfər barədə belə bir müsbət qərar verilib.

Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında baş verən müharibə dönəmində Rusiya Federasiyasının vətəndaşlığını əldə etmək istəyən 31 min 145 nəfər Azərbaycan vətəndaşı olub və onlarla bağlı müsbət qərar verilib.

Rusiyanın müvafiq qurumları müəyyən ediblər ki, 60 min 91 nəfər yəni 2022-ci ildə əgər Rusiya Federasiyasının vətəndaşlığını əldə edib, amma onların böyük əksəriyyəti sonrakı mərhələdə hərbi uçota götürməyiblər. Müxtəlif səbəblərə görə, hərbi uçota götürülməkdən imtina ediblər.

60 min 91 əcnəbinin böyük bir hissəsini kişilər təşkil edir. Onlar hərbi uçota mütləq qaydada durmalıdırlar”-deyə sədr əlavə edib.

Azər Allahverənov qeyd edib ki, bu qanun Rusiya vətəndaşlığı əldə etmiş şəxslərlə bağlıdır. Çünki onlar vətəndaşlıq əldə etdikləri zaman müəyyən imtiyazlar əldə edirlər.

Amma hərbi qeydiyyata düşmək istəmirlər. Bu səbəbdən də hərbi uçota durmayan Rusiya vətəndaşı olan əcnəbilər, o cümlədən azərbaycanlılar haqqında sərt qərarlar verilə bilər.

Hərbi uçota düşmüş vətəndaşlar isə, hərbi xidmətə çağrıla bilərlər.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş şəxslər, təkrar Rusiya Federasiyasının silahlı qüvvələrində hərbi xidmətə çağrıla bilərlər.

Əgər səfərbərlik baş verərsə, hərbi xidmət təcrübəsi olmuş, hərbi ixtisas sahibi olan şəxslər əvvəlcə çağrılacaqlar.

.

İradə Cəlil, dikGAZETE.com