Rüşvət… Bu gün Azərbaycanda bəlaya çevrilir

Rüşvət… Bu gün Azərbaycanda bəlaya çevrilir Rüşvət… Bu gün Azərbaycanda bəlaya çevrilir

BAKI, Azərbaycan

Hamı həyatının müxtəlif dövrlərində onunla qarşılaşır. Ya verməyə məcbur edilirik, ya da bizdən tələb edilir…

Bəziləri də qorxmadan, çəkinmədən alır. Rüşvət

Bu gün Azərbaycanda bəlaya çevrilir. Çoxu bunu bizə “hədiyyə”, “şirinlik”, “əl muzdu” və s. kimi sırımağa çalışsa da, Azərbaycan qanunvericiliyinə görə, müəyyən məbləği keçdikdən sonra bizdən istədikləri “hədiyyə”, “şirinlik” və ya “əl muzdu” olmur, rüşvət olur…

Bir müddət əvvəl təzə gəlin kimi qulağına sırğa, barmağına üzük, qoluna bilərzik taxılan müəllimlərimiz gündəmə gəldi. Görünən odur ki, biz rüşvət verməyi sevdiyimiz kimi, almağı da çox sevirik.

Axı hədiyyənin də bir həddi-hüdudu var.

Məsələn bir sənətçi çıxır efirə, deyir ki, “mənə avtomobil hədiyyə edilib”…

Bəli, rüşvət deyil, “əmək haqqıdır”…

Hansısa bir məmur da eyni fikri səsləndirsə, rüşvətdir. Qısası, bizə verilən dəyərli hər şeyin kimliyimizdən asılı olaraq, adı var…

- Nədir rüşvət, məbləği nə qədərdir?

- Niyə həyatımız rüşvət üzərində qurulub?

Hüquqşünas Ramil Süleymanov bildirib ki, rüşvətlə bağlı Azərbaycan Respublikasında həqiqətən də son dönəmlər rüşvət vermə cinayətlərinin sayı rüşvət alma cinayətlərinin sayından daha çoxdur.

-Ramil Süleymanov

Hüquqşünas qeyd edib ki, Azərbaycan 2003-cü ildə Birləşmiş Millətlər TəşkilatınınKorrupsiyaya qarşı mübarizə ilə bağlı konvensiyası”-nı ratifikasiya edib.

2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında qanun” qüvvəyə minib.

Bu günlərdə isə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311 və 312-ci maddələri “rüşvət alma və rüşvət vermə cinayətləri” ilə bağlı müddəaları sanksiyalaşdırılıb.

Azərbaycan qanunvericiliyinə görə, rüşvətxorluğun iki növü var. Bu rüşvət vermə və passiv rüşvətxorluq, yəni rüşvət alma.

Rüşvət verən şəxs bir çox hallarda vəzifəli şəxs tərəfindən müəyyən təzyiqlərə məruz qalır və eyni zamanda onun səlahiyyəti çərçivəsində olan hər hansı bir addımların atılması, vəzifəli şəxsdən aslı olduğu halda vəzifəli şəxs onu həyata keçirməkdən boyun qaçırır.

Və ya vətəndaşı elə bir vəziyyətə salır ki, faktiki olaraq vətəndaş rüşvət verməyə sövq edilir. Rüşvət cinayəti elə bir cinəyətdir ki, burada yalnız şikayət olunduğunda və fakt üzrə araşdırma başlanıldıqda cinayət işi açıla bilir.

Bizim milli qanunvericiliyə görə məbləğindən və dəyərindən aslı olmayaraq, nəsə tələb edilirsə, bu zaman bu rüşvət alma kimi qiymətləndirilir”-deyə hüquqşünas bildirib.

O, qeyd edib ki, 5-min manatdan artıq rüşvət alma, külli miqdarda rüşvət alma hesab olunur. Ümumiyyətlə isə, 55 manatdan yuxarı tələb edilən məbləğ rüşvət hesab edilir. Yəni 55 manatdan artıq hədiyyə də verilə bilməz.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311-ci maddəsinə görə, yəni rüşvət almağa görə, 3 ilə qədər müəyyən vəzifə tutmaq, müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 4 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Rüşvət vermə cinayətinə görə isə, 5 min manatdan 8 min manata qədər cərimə və ya 3 ildən 5 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Konstitusiya məhkəməsinin 2022-ci il 14 iyul tarixli qərarı var. Qərar görə, əgər şəxs faktiki olaraq, rüşvət verməsi ilə bağlı könüllü şəkildə təqsirini boynuna alarsa və bunula bağlı şikayət edərsə, lazımi sübutları təqdim edərsə, belə olan təqdirdə həmin şəxs dələduzluq cinayətinin qurbanı olduğu üçün bu cinayəti işləmiş şəxslər hərhansı bir sanksiyaya məruz qalmırlar.

Çünkü adam hərhansı bir işinin icra olunması üçün məmura pul verir, rüşvət verir və bilir ki, o, pul verməyəcəyi halda işi görülməyəcək. Bu səbəbdən də Konstitusiya məhkəməsi belə bir qərar verib”-deyən hüquqşünas bildirib ki, rüşvət vermiş şəxslər hüquq-mühafizə orqanlarına bununla bağlı müraciət edərlərsə, belə olan təqdirdə vətəndaşların hüquqları qorunur.

Onlar zərərçəkmiş şəxs qismində istintaqa cəlb olunurlar.

Nəticə etibarilə, onlar hər hansı bir cinayət işləmiş kimi təqdim olunmurlar.

P.S. 

Əvvəllər rüşvət alanlara deyəndə ki, “məni aldadıb, pulumu almısan”, sənə verdiyi cavab bu olurdu ki, “mənim qədər sən də günahkarsan, sən vermisən ki, mən almışam”…

İndi isə, rüşvətxorlara əyan olsun ki, daha bu ifadəni istifadə edə bilməyəcəklər.

Və həbs olunduqları təqdirdə rüşvətxorluqla deyil, yəqin ki, dələduzluqla ittiham ediləcəklər…

Gözünüz aydın!

İradə Cəlil, dikGAZETE.com