Tarixi Qarabağ qələbəmiz ictimai və dövlət maraqlarının ortaq olduğunu göstərdi

- 17-02-2023 07:02
- 1759
- 17-02-2023 07:02
- 1759
BAKI, Azərbaycan
Azərbaycan müstəqillik əldə etdikdən sonra qarşıda duran ən vacib məsələlərdən biri ciddi şəkildə fərqli ideologiyaların təsiri altında ideoloji parçalanmaya məruz qalmış, Azərbaycan cəmiyyətinin vahid, milli ideologiya ətrafında birləşdirilməsi və ictimai maraqlarla, dövlət maraqlarının uzlaşdırılmasından ibarət idi.
Heydər Əliyevin 1995-ci ildə müstəqil Azərbaycanın ilk konstitusiya aktının qəbul edilməsi prosesində səsləndirdiyi fikirlər, xüsusilə də Azərbaycançılıq ideologiyasının Azərbaycan cəmiyyəti üçün vahid dövlət ideologiyasına çevrilməsi ilə bağlı mövqeyi, Azərbaycan cəmiyyətində əks fikirliliyin və fərdi maraqların ictimai maraqlardan, dövlət maraqlarından üstün tutulması ilə bağlı tendensiyanın ciddi şəkildə qarşısının alınmasına və yeni zəruri meyllərin formalaşmasına gətirib çıxarır.
Məhz həmin dövrdə cəmiyyətdə baş verən deqredasiya, yad ideologiyalar altına düşmə prosesinin qarşısının alınması Azərbaycanda ictimai maraq və dövlət maraqları məsələsini prinsiplərini daha qabarıq şəkildə ortaya qoymuş oldu.
Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev ictimai və dövlət maraqlarının uzlaşmasından söz açıb.
-Anar Əliyev
“İctimai maraqlar fərdin-individiumun maraqlarının fövqündə dayanan və daha çox sosiumun toplumun cəmiyyətin maraqlarına xidmət edən və cəmiyyət maraqlarının həm də bu cəmiyyəti təşkil edən, ayrı-ayrı fərdlərin maraqlarının uzlaşması vəhdəti kimi qəbul edilən məfhumdur.
Hələ 1000 il bundan öncə Azərbaycan mütəfəkkiri Əbülhəsən Bəhmənyar öz əsərlərində individium və sosiumun maraqları arasında çox incə bir kəsişmə nöqtəsinin olduğunu qeyd edir, bildirirdi ki, cəmiyyəti təşkil edən ayrı -ayrı fərdlərin maraqlarının qorunması, təmin edilməsi nəticə etibarı ilə həmin individiumların birləşməsi olan sosiumun, cəmiyyətin maraqlarının təmin olunması ilə yekunlaşacaq.
Bu isə nəticə etibarı ilə cəmiyyətin şüurlu şəkildə yaratdığı və bir çox hüquqlarından imtina etdikləri dövlətin maraqlarının təmin olunmasına gətirib çıxaracaq.
Əslində Bəhmənyarın bu fikrindən çıxış edərək, qeyd edə bilərik ki, o cəmiyyət, o dövlət daha güclü və daha inkişaf etmiş dövlətə çevrilir ki, orada individumun və sosiumun maraqları üst-üstə düşdüyü kimi, sosiumla dövlətin də maraqları zərurət halında üst-üstə düşməli və biri digərini inkar etməməlidir.
Digər tərəfdən dövlət hər zaman müxtəlif alətlərdən istifadə etməklə, ictimai maraqların qorunmasını və müdafiə olunmasını öz üzərinə götürür.
Xüsusilə də inkişaf etmiş cəmiyyətlərdə vətəndaş cəmiyyəti institutları, qeyri hökumət təşkilatları vasitəsi ilə ictimai maraqların təmin olunması və ictimai maraqların bütün proseslərin fövqündə dayanması prosesinin həyata keçirilməsinə xidmət edən davranışlar nümayiş etdirilir.
Unutmayaq ki, tarixin müxtəlif mərhələlərində, daha doğrusu bəşəriyyətin tarixinin müxtəlif mərhələlərində dövlət və ictimai maraqlarla bağlı dövlətin və ya ictimai maraqların daha üstün tutulması ilə bağlı fərqli fikirlər, fərqli mövqelər ortaya qoyulub.
Xüsusilə də dövlət institunun imkanlarından individual maraqları üçün istifadə etməyə çalışan ayrı-ayrı idarəetmə formalarında, məsələn avtoritar rejimlərdə diktatura, monarxiya və s. dövlət institutunun aparatının möhkəmləndirilməsi və cəmiyyətin idarə olunmasına daha çox jandarm rolunda çıxış etməsi təcrübəsi də yaşanıb”-deyə Anar Əliyev izah edib.
Onun sözlərinə görə, müasir dövrümüzdə artıq dövlət mexanizmlərinim, dövlət aparatının mümkün qədər zəiflədilməsi və dövlət aparatının nəzarətinin çıxarıldığı hissələrdə cəmiyyətin idarə olunmasının daha çox cəmiyyət institutları vasitəsilə həyata keçirilməsi yeni bir istiqamət olaraq tətbiq edilməkdədir.
Bu gün bu istiqamətin tətbiq olunduğu Avropa cəmiyyətləri artıq özünün digər alternativləri ilə müqayisədə daha yaxşı idarəetmə olduğunu nümayiş etdirir.
Politoloqun fikrincə, Azərbaycan cəmiyyətində də son dövrlər ictimai maraqlarla dövlət maraqlarının uzlaşdırılması və bir çox hallarda bu maraqların üst-üstə düşməsi istiqamətində zəruri işlər həyata keçirilir.
“Proses davamlı olmalıdır. Cəmiyyət hər zaman ictimai maraq və dövlət maraqlarının hər şeydən üstün tutulması və bu maraqların individual maraqlardan daha üstdə olduğuna əsaslanan bir ideoloji iş həyata keçirilməlidir.
Burada vacib məqamlardan biri cəmiyyətdə milli maraqların və dövlət maraqlarının fərdi maraqlardan üstə keçməsi və ictimai maraqlarla dövlət maraqlarının üst-üstə düşməsinə xidmət edən, vacib məsələlərdən biri cəmiyyətdə siyasi şüurun, siyasi mədəniyyətin səviyyəsinin artırılması ilə bağlıdır.
Məhz o cəmiyyətlər bu istiqamətdə daha uğurlu nəticələr əldə edir ki, orada siyasi şüur və siyasi mədəniyyət daha yüksək səviyyədədir. Bunun formalaşması da təbii ki, hər bir xalqın keçdiyi tarixi yolla, proseslərlə vəhdət təşkil edir.
Bu mənada Azərbaycan dövlətinin müstəqillik əldə etdikdən sonra çox ciddi şəkildə milli şüura xidmət edən ictimai düşüncənin, təfəkkürün formalaşması ən böyük problemlərimizdən biri olan Qarabağ probleminin həll edilməsi prosesində özünü bariz şəkildə də göstərmiş oldu”-deyə politoloq Anar Əliyev əlavə edib.
Politoloq qeyd edib ki, 2020-ci ilin sentyabrında başladılan 44 günlük Vətən müharibəsi dövründə hər bir vətəndaşımızın, ictimai maraqlar və dövlət maraqları uğrunda birləşməyə səsləyən çağırışlar və baş verən proseslər onu göstərdi ki, Azərbaycan xalqı zərurət yarandıqda individual maraqları dövlət maraqlarına dəyişməyi bacaran və onu üstün tutmağı bacaran bir toplumdur.
Qarabağda çox böyük bir tarixi qələbə əldə edildi. Məhz əldə olunan bu qələbə həm də ictimai maraqlarla dövlət maraqlarının üst-üstə düşməsi, dövlət maraqlarının həm də vətəndaşların maraqlarının məcmusu olduğunu cəmiyyətimizin hər bir üzvünün dərk etməsinin nəticəsi idi.
Anar Əliyev hesab edir ki, biz bu davranışları yalnız ekstrimal hallar üçün deyil, gündəlik həyatımızda da nümayiş etdirməyi bacarmalıyıq.
“Azərbaycan prezidenti İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçilərkən “Mən hər bir vətəndaşın prezidenti olacağam” ifadəsi və bu ifadənin reallaşması istiqamətində atılan addımlar onu göstərir ki, Azərbaycanda dövlət maraqları ilə ictimai maraqların üst-üstə düşməsi və bir çox hallar da bərabərləşməsi istiqamətində çox uğurlu addımlar atılır”-deyən politoloq vurğulayıb ki, bundan sonra da bu istiqamətdə inkişaf davamlı olacaq.
.
İradə Cəlil, dikGAZETE.com