Biz özümüzü kimdən qorumalıyıq? Fransa, İran, yoxs Rusiya?!

Biz özümüzü kimdən qorumalıyıq? Fransa, İran, yoxs Rusiya?!

BAKI, Azərbaycan

44 il əvvəl 1978-ci ilin əvvəllərində  İranın Qum şəhərindəki seminariyada Şah Məhəmməd Rza Pəhləviyə qarşı etirazlar baş qaldırdı və bütün ölkəyə yayıldı.

Eynən bir neçə ay öncə başlayan etirazlar kimi idi, bu etirazlar.

Belə ki, İran şəhərləri aylarla qarışıqlıq və etirazçılarla təhlükəsizlik qüvvələri arasında şiddətli qarşıdurma şəraitində yaşamaq məcburiyyətində qalmışdı.

Bu etirazların liderlərindən biri 1964-cü ildə sürgün edilmiş dini lider Ayətullah Ruhullah Xomeyni idi.

Özü Tehran küçələrində olmasa da, ölkədə qarışıqlıq yarada bilmişdi. Amma gözlənilmədən etirazlara rəhbərlik edə bilmək üçün həmin ilin oktyabr ayında Parisdə üzə çıxır.

Yəni bu gün yaranmış molla rejiminin təməli 44 il öncə, Fransada qoyulur.

Noyabrın 15-də Azərbaycanı işğalçı kimi tanıyan, Ermənistana hərbi yardımın edilməsi ilə bağlı qətnamə  qəbul edilən Fransada...

Parisdə Xomeyninin yanında olan fotoqrafı Mişel Şitbon xatirələrində deyir: “Xomeynini əvvəl heç kim görməmişdi. Biz onu ilk dəfə idi görürdük. Onu İraqda olanlardan başqa heç bir iranlı tanımırdı”...

Xomeyninin Fransada olması birmənalı qarşılanmırdı.

FransaXomeyni...

15 ildən çox İrandan kənarda yaşamış Xomeyni öz tərəfdaşları ilə Fransada şah rejiminin süqutunu qeyd edirdi.

İranı bu dəfə Fransa dəstəkləyirdi...

Azərbaycanın demək olar ki, bir nömrəli düşməni olan, Azərbaycan torpaqlarının illərlə işğal altında qalmasına, qaçqınlarına, tarixi abidələrinin məhv edilməsinə göz yuman və ikili oyun oynayan Fransa...

Deyə bilərsiniz, aradan 44 il keçib. Hakimiyyət dəyişib. Makron 44 il əvvəl hökm sürən bir siyasəti niyə davam etdirsin ki?

İranda vəziyyət elə bu günki kimi idi.

Qəzəbli xalq Rza şah Pəhləvinin siyasəti ilə razılaşmır, etirazlar davam edirdi.

Şah rejimi xalqın istəklərini həyata keçirməyi vəd etsə belə, qəzəbli  kütlə sakitəşmirdi.

Maraqlısı bu idi ki, 15 il ölkədə olmayan Xomeyni hansısa bir yolla qəzəbli “xalqın” liderinə çevrilmişdi.

Qeyd edək ki, Xomeyni uzun illər İraqda qonaq kimi yaşamış, amma sonradan qəbul edilmədiyi Küveytə keçmək istəsə də, ona icazə verilmir.

Sözün əsl mənasında ortalıqda qalan Xomeyni özü üçün sığınacaq axtarırdı.

Sonradan hansısa bir qüvvə onu Parisə çəkir.

Tarixə nəzər salanda Paris seçiminin sirr olaraq qaldığını görürük.

Rza Şah Pəhləvi Xomeynini Qərbə sürgün edərkən əslində  onun səsinin kəsiləcəyinə inanırdı. Amma bu gün tarixə nəzər salanda Şahın yanılgısına şahid oluruq.

Rza Şah Xomeynini Qərbə sürgün etməklə öz hakimiyyətini təhlükə altına almışdı.

Şah düşünürdü ki, Xomeyni getsə, inqilab səngiyəcək və Xomeyninin Avropada olmasının ona beynəlxalq təzyiq göstərəcəyini təsəvvür etmirdi.

Həmin dövrdə iranlılar Fransaya vizasız daxil ola bilirdi.

Xomeyni də sıradan bir vətəndaş kimi Fransaya vizasız daxil olmuşdu.

Xomeyni Parisdə zamanını media ilə davamlı görüşlərdə keçirdi.

O, Fransadan etdiyi çıxışlarla İranı qarışdıra bilirdi. Artıq İran şəhərlərində Xomeyninin şəkilləri, onunla bağlı şüarlar yer alırdı.

Qərb hökümətlərini isə, İranda Şahdan sonrakı hakimiyyətin necə olacağı çox narahat edirdi.
Xomeyni ideal seçim idi.

Həmin dövrdə Fransanın prezidenti Valeri Jiskar Destenq idi.

Xomeyninin fotoqrafı xatirələrində qeyd edir: “Xomeyni mənə dedi ki, "hazırda baş verən hadisələrdə mən ən önəmli şəxs deyiləm”...

Xoemyni cəmi 4 ay Fransada yaşayır. Və bu 4 ay İran inqilabının açarı idi.

Və nəhayət 1979-cu ilin fevralında o İrana qayıdır.

Onun 4 ay müddətində Parisdə qalması və Parisdə baş verənlərin nəticəsi olaraq, Tehranda molla rejimi 44 ildir ki, hakimiyyətdədir.

Bəli, bu gün İran küçələrində 44 il əvvəl olduğu kimi etirazlar var.

Müxtəlif ekspertlər bu etirazların Tehran rejimini  çökdürəcəyini düşünür.

Araşdırmaçı Qalib Dalay köşə yazılarının birində deyir ki, İranın regional siyasətinin elementləri arasında onun milli təhlükəsizlik konsepsiyası ən çətin və qeyri-adidir. İran təkcə dövlət kimi deyil, həm də müəyyən edilə bilən qrup və təhlükəsizlik şəbəkəsi kimi fəaliyyət göstərir...

Düzdür etirazların  gənc qadın Məhsa Əminin  başını düzgün bağlamadığına görə, əxlaq polisi tərəfindən həbs edilərək, ölümündən sonra baş verdiyi düşünülür.

Amma bu etirazların arxasında elə 1978-ci ildə olduğu kimi üçüncü bir əlin olmadığına kim zəmanət verə bilər.

Bəlkə rejimi yaradan, özü çökdürür…

Bəlkə yox, elə vəziyyət deyildiyi kimidir.

Yəni İrandakı etirazlar heç də hamının düşündüyü kimi “xalqınetirazı kimi dəyərləndirilməyə bilər.

Amma bir reallıq var ki, Azərbaycanın düşmənləri İran, Rusiya və Fransadır ki, İranda bu rejimi yaradan məhz Fransa olub.

Fransanın Azərbaycan əleyhinə qərarları, Tehran rejiminin 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycana hədə-qorxu gəlməsi, Ermənistana edilən müxtəlif yardımlar, son olaraq diversiya qruplarının göndərilməsi və s. bu da Fransanın sifarişidir bəlkə…

Hadisələrin gedişatını izlədikcə, vəziyyəti daha açıq şəkildə görmək olur.

Biz özümüzü kimdən qorumalıyıq?

Fransanın əlində masa olan ölkələrdən və Fransadan

Düzdür siyasi arenada yalnız deylik, Türkiyə hər zaman yanımızda olduğunu  sübut edir…

Amma görünən odur ki, bu dəyirman hələ çox su aparacaq…

Ölkə Prezidenti İlham Əliyevin bu istiqamətdə siyasəti çox güclüdür.

Türk dövlətləri Təşkilatının  gücləndirilməsi, dost ölkələrlə əməkdaşlıqların möhkəmləndirilməsi də bu siyasətin bir parçasıdır.

Türk dünyasının özünü Qərbdən qoruması üçün tək yolu var.

Bir olmaq, birlik olmaq…

Türk dünyası ölkələrinin vahid orduya ehtiyacı var.

Nahaq deməyiblər, türkün türkdən başqa dostu yox

Mövzuya qayıdacağam…

.

İradə Cəlil, dikGAZETE.com

...