Azərbaycan ermənilər tərəfindən dağıdılmış on min kvadratkilometr bir xarabalıqla üz-üzə qaldı

Azərbaycan ermənilər tərəfindən dağıdılmış on min kvadratkilometr bir xarabalıqla üz-üzə qaldı

-Ermənistanın işğalından sonra Ağdam şəhəri...

Azərbaycan ermənilər tərəfindən dağıdılmış on min kvadratkilometr bir xarabalıqla üz-üzə qaldı

BAKI, Azərbaycan

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının işağldan azad etdiyi ərazilərdə tikintilərin aparılması, Azərbaycan tərəfindən yeni işğal olunmuş ərazilərin bərpası “Böyük QayıdışPlanının bir hissəsidir. “Böyük QayıdışPlanına yolların, kommunikasiyaların tikintisi, beynəlxalq hava limanlarının, elektrik stansiyalarının açılması, “ağıllı kəndlər”in tikintisi daxildir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış” I Dövlət Proqramı” çərçivəsində tədbirlər planı, xüsusilə, 2022-2025-ci illərdə MR-in işğaldan azad edilmiş ərazilərində dövlət sərhədində buraxılış məntəqələrinin yaradılmasını və açılmasını nəzərdə tutur.

Sənədə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrində çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisi ilə bağlı mərhələli tədbirlər həyata keçiriləcək.

Plana görə, SOCAR 2025-ci ilə qədər Ağdam-Xankəndi qaz kəmərinin və onun qollarının tikintisini, üzərində qaz tənzimləmə məntəqələrinin quraşdırılmasını təmin etməlidir. Bundan əlavə, 2026-cı ilə qədər işğaldan azad edilmiş ərazilərdə 197 təhsil müəssisəsinin tikiləcəyi vurğulanır.

Mütəxəssislərin fikrincə, işğaldan azad edilən torpaqların bərpası üçün 60 milyard ABŞ dolları məbləğində investitsiyaya ehtiyac ola bilər. Azərbaycan hökuməti qayıdan hər bir ailənin dolanışığına işlə təmin olunacağını vəd edib, sakinlər üçün yeni “ağıllı kəndlər” salınıb, məktəb kimi digər infrastruktur layihələri həyata keçirilib.

Bu, Dağlıq Qarabağın və ətraf rayonların müharibə zamanı zədələnmiş hissələrinin "bərpa edilməsi" üçün Bakının çoxmilyardlıq öhdəliyinin bir hissəsidir ki, bu məqsədlə artıq ötən ilin büdcəsindən 1,3 milyard dollar ayrılıb.

Xatırladaq ki, ən son 15 keçmiş məcburi köçkün ailəsi Şuşaya qayıdıb. Onlara mənzillərin açarları təqdim olunub. Bununla da Şuşada 406 nəfərdən ibarət 105 ailənin daimi yaşaması təmin edilib. Sonuncu mərhələdə göndərilən 15 ailədən 8 ailə (31 nəfər) Bakıda, ikisi (6 nəfər) Abşeron rayonunda, o cümlədən Sumqayıt (4 nəfər), Mingəçevir (4), Bərdə (5), Oğuz (5) və Ağdamda (2) yaşayıb.

Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, 30 il doğma yurdlarına həsrət qalan soydaşlarımız “Böyük Qayıdışı” səbirsizliklə gözləyirdilər.

Deputat qeyd edib ki, QarabağŞərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı quruculuq işləri həm revanşist ermənilərə, həm də ermənipərəst qüvvələrə, yeni münaqişə ocağı qızışdırmaq istəyənlərə açıq və birmənalı mesajdır ki, bu torpaqların əsl sahibi azərbaycanlılardır və onların iradəsindən kənar heç bir yanaşma və müdaxilə mümkün deyil.

-Müşfiq Cəfərov

Müşfiq Cəfərov bildirib ki, tarixi qələbədən sonra Azərbaycan ermənilər tərəfindən dağıdılmış on min kvadratkilometr bir xarabalıqla üz-üzə qaldı. Mənzərə çox qorxunc və dəhşətli idi. Düşmən 30 il ərzində QarabağdaŞərqi Zəngəzurda təbiətə qəsdən və bilərəkdən ziyan vurmuşdu.

44 günlük müharibədən sonra bu torpaqlar öz azadlığına qovuşdu. Çox böyük inam və qətiyyətlə quruculuq işlərinə başlanıldı. Hazırda azad edilən ərazilərdə onlarla yol infrastrukturu qurulur, istifadəyə verilir, körpülər tikilir.

Son 4 il müddətində QarabağdaŞərqi Zəngəzurda 1000 kilometrlərlə yol çəkilib, beynəlxalq aeroportlar inşa edilib, minlərlə ev, yüzlərlə məktəb istifadəyə verilib. İşğaldan azad edilən ərazilər minalardan təmizlənir, bir çox yaşayış massivləri salınır, minlərlə keçmiş məcburi köçkün fərəhlə öz doğma torpaqlarına qayıdır. Qarabağın işğaldan azad edilmiş yüzlərlə kənd və şəhərinə yenidən həyat gəlir, firavanlığı və tərəqqini, əmin-amanlığı, yurd yerlərinə qayıdışı təmin edilir”-deyə deputat vurğulayıb.

Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra dövlətimizin başçısı xalqımızın Ermənistanın təcavüzü nəticəsində yaşadıqları dəhşətli faciələrlə bir daha üzləşməməsi üçün ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində yeni vəzifələr qoyur.

Dövlət başçısının tapşırığı ilə əvvəllər respublikanın müxtəlif bölgələrində yerləşən yataqxanalarda, sanatoriyalarda, keçmiş pioner düşərgələrində, yarımçıq tikililərdə və inzibati binalarda müvəqqəti məskunlaşmış soydaşlarımızın işğaldan azad edilmiş Xocalıya köçürülməsi təşkil edilib. Bu günə kimi 44 ailə, 169 nəfər artıq şəhərə qayıdıb. Elə bu gün, mayın 29-da Bakının Qaradağ rayonundan 24 ailə – 88 nəfər Xocalıya yola düşüb.

P.S. 

İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimizdən biridir. Uğurla həyata keçirilən proqram çərçivəsində hazırda LaçınFüzuli şəhərlərinə, Ağalı, ZabuxTalış kəndlərinə məcburi köçkünlərin qayıtması təmin edilib. Yaxın 3 ildə 100 minə qədər məcburi köçkünün öz doğma yurdlarına qayıtması planlaşdırılır.

.

İradə Cəlil, dikGAZETE.com

...