İlin sonuna qədər dollar bahalaşacaqmı?..

İlin sonuna qədər dollar bahalaşacaqmı?..

BAKI, Azərbaycan

İlin sonuna yaxın devalvasiya gözlənilirmi?

Dünyada baş verən pul siyasəti dolların bahalaşması, qlobal böhran və müharibələr fonunda Azərbaycanda devalvasiyanın olacağı hələ gözlənilmir.

Bu barədə iqtisadçı Pünhan Musayev danışıb O, qeyd edib ki, hər bir iqtisadiyyatın özünəxas spesifik xüsusiyyətləri olduğuna görə, onların da xüsusi tənzimləmə alətləri mövcuddur.

Yüksək inkişaf etmiş ölkələrdə bu vasitələrə faiz dərəcələrini misal çəkə biliriksə, Çin kimi iqtisadiyyatlarla daha çox iqtisadi artıma önəm verilir.

-Pünhan Musayev-

“Həmçinin də Avropanın bəzi ortagəlirli ölkələrində bu kanallar qismində biz pul kütləsnin hədəflənməsi rejimindən danışa bilərik.

Məhz bu baxımdan qeyd etməliyik ki, Azərbaycan iqtisadiyyatı üçün belə tənzimləyici vasitə, valyuta məzənnəsi - manatın sabit məzənnəsi hesab olunur. 

2015-ci il devalvasiyasından sonra Azərbaycan manatı dollar qarşısında sabitlənməklə, həm də ölkəyə tədarük olunan idxal məhsullarının gətirdiyi inflyasiyanı da sabitləmək üçün nəzərdə tutulmuşdu.

Biz bunu pul siaysəti nəşrləri və pul siyasəti ilə bağlı açıqlamalarda da görə bilərik ki, Azərbaycan manatının sabit məzənnəsi ölkə iqtisadiyyatı üçün hansı əhəmiyyətə malikdir.

Digər bir tərəfdən isə, ictimaiyyət tərəfindən qiymətlərin bahalaşması və yaxud əməkhaqlarının artımı, bəzən hansısa sosial paket artımı zamanı belə əhali arasında müəyyən bir ajiotaj yaranır ki, “görəsən devalvasiya olacaqmı?””- deyən iqtisadçı hesab edir ki, “Bu da onu göstərir ki, digər ölkələrdən fərqli olaraq Azərbaycanda valyuta kursu, valyuta məzənnəsi Azərbaycan üçün necə önəmli rol oynayır.”

İqtisadçı bildirir ki, dünyada baş verən iki əsas tendensiya neftin qiymətlərinin aşağı düşməsi və ABŞ Mərkəzi bankı Federal Ehtiyatlarının sisteminin apardığı uçot siyasəti və faiz dərəcəsi siyasəti manatın məzənnəsinə təsir edir.

Dünya bazarlarında neftin qiymətləri aşağı düşdükdə və FED faiz dərəclərini artırdıqda, Azərbaycan iqtisadiyyatında manatın məzənnəsinə dair qayğılar sürətlənir.

“Həm dünyada baş verən tendensiyaların həm də ölkə daxilində dəyişikliklərin, ölkə iqtisadiyyatındakı spesifiklərin 2015-ci ildən fərqli olması birmənalı şəkildə deməyə əsas verir ki, ilin sonuna qədər devalvasiyanın olması gözlənilmir.

Belə ki, həmin dövrdə devalvasiyanın baş verməsi Mərkəzi Bankın ehtiyyatlarının yarıya qədər azalmasına gətirib çıxarmışdı.

Bundan əlavə həmin dövrdə dövlət büdcəsini gəlirlərinin tərkibində neft fondundan transferlərin çəkisi 60 faiz qədər, ümum neft gəlirlərinin çəkisi isə 80 faizə qədər idisə, artıq bu gün bu göstəricilər 50-55 faiz səviyyəsində qiymətləndirilir.

Bundan əlavə manatın real effektiv məzənnəsi də 130-140 səviyyələrində hərəkət edirdisə, hazırdı dönəmdə bu 100 bənd civarında qiymətləndirilməkdədir.

Ümumilikdə, ölkə iqtisadiyyatının xarici əlaqələri baxımından manatın devalvasiyasına hazırkı dövrdə bir o qədər ehtiyacın olmadığını görə bilərik” - deyə iqtisadçı qeyd edib.

Onun sözlərinə görə, hazırkı ölkə iqtisadiyyatında 14 faizdən yuxarı inflyasiya var.

Azərbaycan höküməti bu inflayasiyanın azaldılmasına qarşı məqsəd qoyub. Ancaq nəzərdə saxlamaq lazımdır ki, devalvasiya baş verəcəyi təqdirdə bu inflyasiyanın daha da sürətlənməsinə gətirib çıxara bilər.

Bundan əlavə 2015-ci ildə şahidi olduğumuz kimi bank sektorunun xeyli zəfələnməsinə, bankların silsilə şəkildə sıradan çıxmasına ümumilikdə maliyyə sektorunun ciddi bir təlatümə uğramasına gətirib çıxara bilər.

Qeyd etmək lazımdır ki, ölkədə dollarlaşmanın səviyyəsi 2015-ci ilə nəzərən 85 faizlə hazırkı 40 faiz səviyyəsinə qədər geriləyib. Bu da onu göstərir ki, ölkə əhalisinin manata inamının artdığı bir vəziyyətdə hökümətin hazırkı durumda devalvasiya getmək istəyi məhdud olacaq.

Əlavə olaraq xarici borcun səviyyəsini qeyd etmək lazımdır ki, ölkənin xarici borcu son bir neçə il ərzində müəyyən nisbətlərdə azalma tendensiyası sərgiləyir.

Bu gün hökümət müəyyən bir devalvasiyaya gedərək, bu borcunun səviyyəsinin artırılmasına yenə də razı olmayacaq”,- deyə Pünhan Musayev əlavə edib.

Onun sözlərinə görə, sabit məzənnə rejiminin özünəməxsus xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, sabit məzənnə rejimində ölkə valyutası sabitləndiyi üçün ölkədən kapital giriş və çıxışlarına məhdudiyyət qoyulur.

2026-cı ilə qədər nəzərdə tutulan korrupsiya ilə mübarizə strategiyası onu deməyə əsas verir ki, hazırkı sabit məzənnə rejimində ölkədən kapital-giriş çıxışına nəzarətin tətbiq olunması da məhz manatın sabit məzənnəsinin saxlanması üçün nəzərdə tutulur.

Bütün bunları nəzərə alaraq, qeyd etmək olar ki, hazırkı dönəmdə Azərbaycan hökümətinin devalvasiya addımı atacağı inandırıcı görünmür.

Bununla belə, ortamüddətli dövrdə manatın məzənnəsinə dair müəyyən dəyişikliklər həyata keçirilə bilər.

“Statistikaya nəzər salsaq görərik ki, 2015-ci il devalvasiya ilinə qədər qeyri-neft bölməsində iqtisadi artımın real templəri 7 faizin üzərində görünürdüsə, son bir neçə il ərzində təqribən 1-2-3 faiz səviyyələrində qeydə alınıb.

2022-2026-cı illəri əhatə edəcək Milli İnkişaf Strategiyasından irəli gələrək, Azərbaycan hökümətinin, xüsusən Mərkəzi Bank üçün formalaşdırdığı yeni əməliyyat çərçivəsində pul siyasətinə yenidən baxışın və Azərbaycan iqtisadiyyatının əsas tənzimləyici vasitəsinin faiz dərəsi kanalı olması valyuta məzənnəsi kanalının artıq ikinci plana keçməsini əsaslandırır” - deyə iqtisadçı əlavə edib.

Onun sözlərinə görə, da məhz manatın dollar qarşısında sabitlənən məzənnəsindən irəli gəlir.

Bu isə, Azərbaycan iqtisadiyyatı üçün vacib məqamlardan biridir.

.

İradə Cəlil, dikGAZETE.com

...