Qarabağ Universitetinin yaradılması üçün ordu quruculuğunda olduğu kimi Türkiyənin “təhsil desantı”na ehtiyacımız var!

Qarabağ Universitetinin yaradılması üçün ordu quruculuğunda olduğu kimi Türkiyənin “təhsil desantı”na ehtiyacımız var!

Qarabağ Universitetinin yaradılması üçün ordu quruculuğunda olduğu kimi Türkiyənin “təhsil desantı”na ehtiyacımız var!

BAKI, Azərbaycan

“Məlum olduğu kimi ölkə Prezidenti İlham ƏliyevQarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb.

Bu sərəncam təhsil sistemimiz qarşısında çox ciddi vəzifələr qoyur.

Yeni yaradılacaq Qarabağ Universitetini tam fərqli modeldə qurmaq lazımdır, əks halda, əvvəlki 51 universitetdən heç bir fərqi olmayacaq, yəni qlobal reytinqlərdə mövqeyi zəif olacaq.

Elə universitet qurmalıyıq ki, Qafqazın ən yaxşı universiteti olsun, o cümlədən Ermənistanın universitetlərindən daha güclü olsun.

Sərəncamda qeyd edilir: “...Əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir...

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb.”

Bu ciddi vəzifələri icra etmək üçün yeni yaradılacaq ali təhsil müəssisəsi İnnovativ Universitet olmalıdır. Onun rəqabətqabiliyyətli və İnnovativ olması üçün müəyyən təkliflərimiz var”

Bu barədə təhsil eksperti İlham Əhmədov Qarabağ Universitetinin yaradılması ilə bağlı danışarkən qeyd edib.

-İlham Əhmədov

Ekspert bildirib ki, bu yaxında ölkənin bir sıra universitetlərində - ADA universitetində, UNEC-də, ADPU-da, Azərbaycan Universitetində, Qərbi Kaspi Univrsitetində və s. bu mövzuda təqdimat edilib.

İlham Əhmədovun sözlərinə görə, təqdimat universitetlərin professor-müəllim heyəti tərəfindən maraqla qarşılanıb.

Təhsil eksperti qeyd edib ki, ETN bu işin məsuliyyətini dərk edir və son illər təhsil sahəsində buraxdığı silsilə səhvləri daha təkrar etməyəcək.

O, bildirib ki, beynəlxalq təcrübədə müasir universitetlərin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi innovasiyaların yaradılması, elmi-texniki nailiyyətlərin transferi, onların kommersiyalaşdırılmasıdir.

İlham Əhmədovun fikrincə, ölkədə bu gün 51 universitet olsa da, bunların heç biri nə sahibkar, nə tədqiqat, nə də innovativ universitet statusu qazana bilməyib.

Ekspert hesab edir ki, yeni yaradılan universitet elə əvvəlcədən innovativ universitet kimi layihələnməlidir.

Əgər biz belə bir innovativ universitet yarada bilsək (bu çox çətin, amma mümkün məsələdir) bunun nəticəsində ölkədə innovativ fəaliyyət də inkişaf edə bilər. Qarabağ Universitetinin innovativ xarakterli olması həm də Qarabağ regionunun innovativ inkişafına təkan verə bilər.

Regionda ağıllı texnologiyaların tətbiqi perspektivi burada güclü insan potensialının, innovativ düşüncəli kadrların tərbiyə edilməsini tələb edir.

Əgər bu ideyanı tam reallaşdırıla bilsək, yeni universitet əlavə olaraq yaratdığı innovasiyaların hesabına pul qazana bilər. Burada regional texnoparklar yaratmaq, regional kadrların innovativ fəaliyyətə hazırlanması, inkişafı üçün təlimlərin və təkmilləşdirmə kurslarının təşkili mümkün olar”-deyə ekspert əlavə edib.

İlham Əhmədov vurğulayıb ki, beynəlxalq təcrübədə belə layihələrin hazırlanması üçün ciddi resurslar (vaxt, pul və yüksək səriştəli komandalar v.s.) cəlb edilir, hansı ki, bizim reallıqda bu resurslar məhduddur.

Ekspert ElmTəhsil Nazirliyinin indiki potensialını nəzərə alaraq, deyir ki, bu universitetin qurulması ElmTəhsil Nazirliyi üçün çox çətin olacaq.

Onun fikrincə, Qarabağ Universitetinin yaradılması ilə ElmTəhsil Nazirliyi yox, Türkiyənin Yüksek Öğretim Kurulu adlı qurumu məşğul olsa daha yaxşı nəticəsi olar.

Əks halda daha bir AMİ yaranacaq, hansı ki, təhsilimizə bir ləkə idi. Yaxşı ki, gec də olsa onu bağladılar. Türk qardaşlarımız ordu quruculuğunda bizə yaxından dəstək verdiyi kimi, gərək təhsil quruculuğunda da dəstək olsunlar. Çünki, təhsilin normal qurulması ordudan da vacibdir.

"...sosial inkişafın, tərəqqinin hərəkətverici qüvvəsi, ölkənin ərazi bütövlüyünün və vətənin müdafiəsinin ən təsirli silahı TƏHSİLDİR. Təhsildəki boşluqlar digər sahələrdəki üstünlüklərlə doldurula bilməz. İlk növbədə TƏHSİL problemləri həll edilməlidir". (Professor Əziz Səncər)”

Ümumiyyətlə təhsilimizin indiki ağır durumdan xilas etmək üçün qardaş Türkiyənin “təhsil desantı”na ehtiyacımız var!

Son illərin acı təcrübəsi göstərdi ki, təhsil islahatlarını düz aparmamışıq. Bunun nəticəsidir ki, qəbul imtahanlarında əksər abituriyentlər 200- 250 bal toplayır.

Universitetlərimiz qlobal reytinqlərində, PİSA- şagird nailiyyətlərinin beynəlxaq qiymətləndirilməsində, qlobal insan inkişafı indeksində (2023-cü ildə bu siyahıda 98 -ci yerdə olduq), qlobal innovasiya reytinqlərində v.s. sıralamalarda mövqelərimiz çox zəifdir.

Bu haqda vaxtı ilə bizim xeyli məqalələrimiz də olmuşdu. Təhsili indiki ağır durumdan daha yaxşı vəziyyətə gətirmək üçün bundan sonra ən azı 10 il vaxt lazım ola bilər, əgər bu gün fövqəladə addımlar atılarsa”-deyən ekspert bütün bu çətinliklərə baxmayaraq, Qarabağ Universitetinin gələcəyinə inanır.

O, deyir ki, ən çətin işi-torpaqlarımızı işğaldan tam azad edə bilmişiksə, bu məsələni də həll edəcəyik.

.

İradə Cəlil, dikGAZETE.com

...