- 06-05-2024 18:08
- 1117
İrəvan şəhəri
Ermənistanda radikal müxalifət etiraz dalğasını genişləndirilməsinə hədəfləyib
Bu gün Cənubi Qafqazda sülh və əməkdaşlıq vacibdir
BAKI, Azərbaycan
Ermənistanda şəhərləri göstərən lövhələrə Azərbaycan toponimləri olan plakatlar vurulub. Bu barədə sosial şəbəkələrdə fotolar yayılıb. Bu addımı atan etirazçılar hesab edir ki, Nikol Paşinyan hakimiyyətdə qalarsa, Ermənistanı gözləyən gələcək belə olacaq.
Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Ermənistanda sərhədlərin delimitasiyası ilə bağlı davam etdirilən aksiyalar, Paşinyan hakimiyyətini devirmək üçün radikal müxalifətlə kilsənin həyata keçirdiyi birgə planın tərkib hissəsidir.
-Azər Badamov
"Radikal müxalifət öz tərəfinə daha çox kütləni cəlb etmək üçün müxtəlif yollardan istifadə edir. Onlardan biri də yol kənarında olan və yaşayış məntəqələrinin adları yazımış lövhələrin altında Azərbaycan dilində o ərazilərin əsl adları olan Azərbaycan topnimlərini yazıb yapışdırmaqdır"- deyən deputatın fikrincə, bir tərəfdən bu yaxşıdır ki, onlar o ərazilərin azərbaycanlılara məxsus olduğunu unutmayıblar.
"Radikal müxalifət bu yolla hakimiyyətə qarşı etiraz dalğasını genişləndirilməsinə hədəfləyib"-deyən Azər Badamov qeyd edib ki, radikal müxalifətin və kilsənin bütün cəhdlərinə baxmayaraq, başladılan bu etiraz kütləvi hal almır.
"Erməni əhali aksiyalara qoşulmur və Azərbaycanla sərhədlərini müəyyənləşdirilib, sülh sazişinin imzalanmasını istədiyini bildirir. Bu baxımdan kilsə və radikal müxalifət cütlüyünün birgə çalışmaları bir nəticə vermir və onlar hakimiyyət çevrilişinə nail ola bilməyəcəklər. Paşinyan hakimiyyəti seçkiyə qədər davam edəcək və ermənilər öz sözünü seçki vaxtı deyəcəklər"-deyə Azər Badamov qeyd edib.
Deputat vurğulayıb ki, Ermənistanda baş verən etirazlara baxmayaraq, sərhədlər də delimitasiya olunacaq, sərhəd xətti də müəyyənləşəcək və sülh sazişi də imzalanacaq: "Bu gün Cənubi Qafqazda sülh və əməkdaşlıq vacibdir".