Minsk Qrupu Azərbaycanı işğalla barışdırmağa çalışdı! Artıq tarixin arxivinə göndərilməlidir…

Minsk Qrupu Azərbaycanı işğalla barışdırmağa çalışdı! Artıq tarixin arxivinə göndərilməlidir…

Minsk Qrupu Azərbaycanı işğalla barışdırmağa çalışdı! Artıq tarixin arxivinə göndərilməlidir…

BAKI, Azərbaycan

"Cənab Prezident İlham Əliyev beynəlxalq təşkilatların fəaliyyətsizliyini, qüsurlarını açıq şəkildə deyir və onların gələcəyi ilə bağlı səmərəli təklifləri bildirir. Bu baxımdan Bakıda səfərdə olan ATƏT-in fəaliyyədə olan sədri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı ATƏT-in münaqişələrin həllində fəaliyyətsiziliyi diqqətinə çatdırdı.

Belə ki, ATƏT yaranandan Azərbaycan-Ermənistan münaqişəsinin həll olunması bu təsisatın gündəliyində olub".

Bu barədə Milli Məclisin deputatı Azər Badamov bildirib ki, hətta ATƏT-in Minsk Qrupu yaradılaraq BMT -nın 4 qətnaməsinin icra edilməsi və münaqişənin danışıqlar yolu ilə həll olunması ilə bağlı səlahiyyət verilmişdi.

Deputat qeyd edib ki, "Minsk Qrupunun həmsədrləri 28 ildə regiona səfərlər etdi, turistlər kimi "yeyib-içib" getdilər. Amma münaqişənin həll olunması istiqamətində bir addım belə atılmadı.

Əksinə münaqişəni əbədiləşdirməyə və Azərbaycanı işğalla barışdırmağa çalışdı. Azərbaycan dövləti inkişaf etdi, ordusunu gücləndirdi və pozulmuş beynəlxalq hüquq normalarını öz gücü ilə bərpa etdi.

Hətta deyə bilərik ki, güclü olanda "ədalət"in gəlməsini gözləmədən bərpa etmək olur. Gücsüz tərəf, vəziyyətlə barışmalı olur. Azərbaycan öz gücü ilə döyüş meydanında müharibə və siyasi yollarla ədaləti bərpa etdirmək mümkün olduğunu sübut etdi".

-Azər Badamov

Deputat qeyd edib ki, bu gün isə ATƏT-in Minsk Qrupu fəaliyyətsiz bir təsisata çevrilmişdir. Hətta bu təsisatda həmsədrilik edən üç dövlətin öz aralarında münaqişə gedir və fikir ayrılıqları mövcuddur. Ona görə də Minsk Qrupun fəaliyyətdə qalması məqbul olunmazdır və ləğv olunmalıdır.

O cümlədən, Ermənistan üçün də bu təsisat haqqında danışmağın əhəmiyyəti itmişdir. Çünki biz indi ölkələrimiz arası münasibətlərin normallaşdırılması prosesini vastitəçisiz həyata keçirə bilirik.

Müəyyən dövlət qurumlarımız arasında rabitə kanalları bərpa olunmuşdur. Hətta sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar da aparılmaqdadır. Ona görə də, bizə təşəbbüs göstərərək vasitəçilik etməyinə maraqlı tərəflər lazım deyil. Çünki vasitəçilik etmək istəyənlərin məqsədlərinin regionda sülhün təmin olunmasına xidmət etmədiyinə əmin olmuşuq”-deyən Azər Badamov bildirib ki, bu səbəbdən də, ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməli bir təsisatdır.

Bu fəaliyyətsiz "qrup"un ləğvini, həm də ATƏT-in büdcəsinə də qənaət kimi saymaq olar. Minsk Qrupuna xərclənən vəsaitləri səmərəli bir istiqamətə yönəltsələr, daha effektiv nəticə əldə etmək olar”-deyə deputat əlavə edib.

.

İradə Cəlil, dikGAZETE.com

.

...