- 24-06-2023 05:50
- 1434
BAKI, Azərbaycan
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanma səylərində Qərbi qeyri-səmimilikdə ittiham edib.
Lavrov deyir: “Təəssüf ki, ABŞ-ın indi və Avropa İttifaqının gördüyü işlərdə biz artıq danışıqlara kömək etmək arzusunu yox, regiona nüfuz etmək istəyini, Rusiyanın legitim qüvvələrinin maraqlarını boğmaq istəyini görürük”.
Lavrovun dediklərindən belə görünür ki, Qərblə münasibətlərə görə, Ermənistan Rusiya ilə ciddi problemlər yaşaya bilər. Qərbin maraqlarına diqqət yetirməli olsaq, Ermənistanı Ukraynaya çevirmək cəhdlərini hiss etməmək mümkün deyil.
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanla Azərbaycan arasında artıq vasitəçiliklə bağlı, Qərblə Rusiya arasında maraq toqquşmasını görürük.
Rusiya Qərbin vasitəçiliyini konkret olaraq, qəbul etmək istəmir. Artıq Lavrov da bunu rəsmi şəkildə bəyan etdi.
-Məhəmməd Əsədullazadə
Politoloq hesab edir ki, Qərbin vasitəçiliyi regionda sülhü və təhkükəsizliyi təmin edə bilər.
“Rusiya burada legitim qüvvələr dedikdə, rus sülhməramlı qüvvələri, həmçinin Zəngəzur dəhlizində onların öz xüsusi qüvvələrini yerləşdirmək istəyir.
Qərb isə, buna qarşıdır. Zəngəzur dəhlizində dəmir yolunda, məhz ora kimin nəzarət etməsi ilə bağlı Ermənistanla Rusiya arasında siyasi böhran yaşanır. Rusiya Zəngəzur dəhlizində təhlükəsizliyi təmin etməyə çalışır. Amma Ermənistan bunu qəbul etmir. Qərb Rusiyanı Cənubi Qafqazdan çıxarmaqda maraqlıdır”-deyən politoloq hesab edir ki, proseslər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsindən asılı olacaq.
Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya sülh prosesinə zərbə vurğmağa çalışır.
“Ermənistan siyasi iradə ortaya qoyarsa, Rusiyanı Ermənistandan çıxara bilər. Qərbin vasitəçiliyi ilə sülh müqaviləsi bağlana bilər. Çünkü Azərbaycanla Qərbin vasitəçilik missiyasına etimad edir.
Rusiya ilə Ermənistan arasında baş verən proseslər konteksində Qərbin vasitəçiliyi aktiv şəkildə həm Ermənistan tərəfindən, həmçinin Azərbaycan tərəfindən də dəstəklənir”-deyə Məhəmməd Əsədullazadə əlavə edib.
Politoloq hesab edir ki, Qərb artıq prosesi öz əlinə almaqdadır.
Onun fikrincə, Ermənistanla Rusiya arasında bu siyasi böhranın başlanması, Ermənistana da Rusiya tərəfindən təzyiqlərin olması ilə müşahidə olunacaq.
.
İradə Cəlil, dikGAZETE.com