Tələblər yerinə yetirilməyənə qədər aksiya davam edəcək

Tələblər yerinə yetirilməyənə qədər aksiya davam edəcək

-2020-ci il 10 noyabr bəyantı ilə Azərbaycan ərazilərinə 5 il müddətinə Rusiya sülhməramlı kontingenti göndərildi.

BAKI, Azərbaycan

Bəyantın müxtəlif şərtləri vardı. Belə ki, sülhməramlılar ərazidə sabitlik yaradacaq, ərazilərdən erməni silahlı qruplaşmalarını çıxaracaqdılar. 

Eyni zamanda, həmin ərazilərə yurd-yuvasından qaçqın və məcburi köçkün düşmüş azərbaycanlılar qayıtmalı idi. 

Amma görünən odur ki, Rusiya sülhməramlı kontingenti sadəcə vaxtı uzatmaq, daha doğrusu Ermənistan ordusunun yenilənməsi, güclənməsi üçün çalışır, Azərbaycan ərazilərinin talanması üçün zaman qazanmaq məqsədi ilə siyasət yürüdürlər.

Həmin ərazilər hansıdır?

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, sülhməramlıların kontingentinin yerləşdiyi ərazinin konturları Azərbaycan tərəfi ilə birgə bəyanatın imzalandığı gün üçün təyin olunan mövqelərdən ibarətdir. 

Buraya Xocavənd, ŞuşaXocalının bir hissəsi aiddir.

Bəzi siyasi şərhçilər iddia edir ki, sülhməramlıların xidməti üçün əvvəlcə 16 post nəzərdə tutulsa da, indi onlar 24 postda xidmət aparır.

-Ədalət Verdiyev-

Ədalət Verdiyev isə qeyd edir ki, 16 məntəqədə yerləşmə barədə deyilənlər həqiqətə uyğun deyil.

Daha əvvəl rusların yerləşəcəyi 24 məntəqə razılaşdırılmışdı. Sonrakı dövrdə isə bu məntəqələrin sayı 27-yə qədər artırıldı. Bu Azərbaycanın müvafiq icra orqanları ilə razılaşdırılaraq həyata keçirilir”-deyə hərbi ekspert bildirib.

O qeyd edib ki, Sülhməramlıların fəaliyyəti Azərbaycan tərəfini qane etmir. Baş verən aksiyalar da bununla bağlıdır. 

Birgə bəyanatla üzərlərinə düşən funksiyaları onlar yerinə yetirməyiblər. Bitərəf və neytral davranmalı olduqları halda, müvəqqəti nəzarətlərində olan ərazilərdə erməni silahlılarının intensiv şəkildə silah, texnika və sursatlarla təminatına imkan yaradıblar”,- deyən ekspert bildirir ki, son aksiyalar yəqin ki, nümayişçilərin tələbləri yerinə yetirilənə qədər davam edəcək.

Bu səbəbdən də Volkov azərbaycanlı ekofəalların, jurnalistlərin, könüllülərin önünə çıxmalı, onlara ağlabatan və məntiqli açıqlamalar verməlidir. Çünki rus sülhməramlılarının Azərbaycanın ərazilərində ekoloji terror törədilməsinə indiyə qədər göz yumması, bu fəlakətlərin baş verməsi üçün şərait yaratması qətiyyən qəbul edilən deyil.

Digər tərəfdən isə ekoloqların son tələblərində artıq Azərbaycan ilə Ermənistan arasında Laçın rayonunda gömrük məntəqəsinin, sərhəd keçid məntəqəsinin və Azərbaycan polisinin yerləşdirilməsinə dair haqlı tələblər irəli sürülür. Azərbaycan tərəfi də bu etirazları nəzərə alaraq rus sülhməramlılarının özbaşınalığına son qoymaq üçün həmin ərazilərin nəzarətini gücləndirəcək”,- deyə Ə. Verdiyev bildirib.

O qeyd edib ki, hazırda konkret olaraq ermənilərin istifadəsində olan bir ərazi yoxdur. 

Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilər var ki, Xocalı, XocavəndŞuşa rayonlarının bir hissəsi hələbdə rusların müvəqqəti nəzarətindədir.

Bu ərazi isə ümumilikdə, 3 min - 3 min 5 yüz kvadrat kilometrlik ərazidir.

.

İradə Cəlil, dikGAZETE.com

...