Təyyarə biletləri bahalı: Azərbaycan vətəndaşları səbirsizliklə quru sərhədlərin açılmasını gözləyirlər

Təyyarə biletləri bahalı: Azərbaycan vətəndaşları səbirsizliklə quru sərhədlərin açılmasını gözləyirlər

BAKI, Azərbaycan

-Soyğunun aşkar forması: Quru sərhədləri bağlayıb təyyarə biletlərini bahalaşdırırlar

Türkiyə qardaş ölkədir. Azərbaycan vətəndaşları çox zaman təhsil, səhiyyə, istirahət, iş və s. məqsədlərlə məhz Türkiyəyə üz tuturlar.

Yəni “lorudilində desək, bu gün azərbaycanlıların ən yaxşı bildiyi, ən çox üz tutduğu ölkə məhz Türkiyədir.

2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Türkiyə ilə bağlarımız daha da möhkəmlənib.

Di gəl, "qardaşımız" dediyimiz Türkiyəyə hava yolu gediş-gəliş elə bir qiymətdədir ki, orta statistik azərbaycanlı ildə bir dəfə ancaq “qardaş”ına baş çəkə bilər, ya da heç onu da bacarmaz.

Quru sərhədlərinə gəldikdə isə, bütün dünya sərhədlərini açıb, amma Azərbaycan hələ də koronavirus pandemiyası üçün "yas saxlayıb", sərhəd bağlayır.

Bəziləri deyir sərhədlər İrana görə bağlıdır, bəziləri deyir, yox, səbəb Rusiya-Ukrayna müharibəsidir.

Bəziləri isə iddia edir ki, bu AZAL-ın daha çox əhalini soyub, soğana çevirməsi üçün bir plandır.

Hər nədirsə olan bizə, sıravi vətəndaşa olur. Ayda 5-6 min manat alan deputatın nəyinə lazımdır quru sərhədinin açılması və yaxud məmurların marağındadırmı ki, quru sərhədləri nə zaman açılacaq…

Yaşama kasıb….

Quru sərhədlərin bağlı olması, miqrasiya mübadiləsinə mənfi təsir göstərir. İnsanların mobilliyini zəiflədir, sərhədyanı bölgələrdə ticarətəmiqrasiya mübadiləsinə bir başa təsir edir.

Eyni zamanda ölkənin hüdudlarından kənarında həssas qruplardan, müəyyən kateqoriyadan olan vətəndaşlar var ki, onlar ölkəyə gəlmək istəyirlər, maddi imkanları çox aşağıdır və bu səbəbdən hava yolları ilə ölkə ərazisinə daxil ola bilmirlər.

Səbirsizliklə gözləyirlər ki quru sərhədlər açılsın, quru sərhədlər üzərindən ölkə ərazisinə daxil olsunlar.

Nəticədə bu yol nisbətən ucuz başa gəlir. Maddi vəziyyəti aşağı olan insanlar bu səbəbdən səbirsizliklə quru sərhədlərin açılmasını gözləyirlər”.

Bu barədə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov danışıb.

Onun sözlərinə görə, miqrasiya mübadiləsi özü bir neçə məsələyə təsir göstərir, iqtisadi inkişaf üçün də müəyyən əlverişli bir mühit yaratmış olur.

Miqrasiya mübadiləsi intensiv olmayan ölkələrdə bu inkişafın, miqrasiya ilə bağlı olan aspektlərində müəyyən mənada durğunluq hiss olunmaqda davam edir.

-Azər Allahverənov

RusiyaUkrayna müharibəsi səbəbindən sərhədlərin bağlı qalma məsələsinə gəldikdə isə, Azər Allahverənov bildirib ki, Rusiya-Ukrayna arasında müharibə ümumi miqrasiya mənzərəsinə, Avrasiya qitəsinin miqrasiya mənzərəsinə öz təsirini göstərməkdədir.

Bu gün Ukraynadan olan 7-8 milyon qaçqının mərkəzi və qərbi Avropa ölkələrinə üz tutması buna bariz sübutdur. Hal-hazırda 2 milyon yarım – 3 milyona qədər Ukrayna vətəndaşının Rusiyada məskunlaşdığı bildirilir. Bu vəziyyət daha çox Ukrayna-Moldova, Ukrayan-Rumıniya, Ukrayna-Polşa, Ukrayna-Rusiya arasında olan miqrasiya mübadiləsinə təsir edir.

Azərbaycana bunun təsiri bir o qədər deyil. Yəni quru sərhədlərinin bağlı olması bununla əlaqəli deyil. Çünki hərbi müdaxilələr Azərbaycandan çox çox uzaq ərazilərdə baş verir.

Azərbaycana gələnə qədər Ukrayna vətəndaşları tərəfindən bir neçə ölkənin ərazisində məskunlaşmaya cəhdlər olur.

Ukrayna vətəndaşları Qərb istiqamətinə hərəkət etməyə maarqlıdırlar. Çünki Şərq istiqamətində hərəkət etmək onlara hər hansı bir sosial divident gətirmir.

Yəni maddi cəhətdən onların vəziyyətinin yaxşılaşdırmır, onlar hansısa sosial ihanələr almır. Bu səbəbdən də, bura üz tutmurlar”- deyə ekspert bildirib.

O, hesab edir ki, bu müharibə quru sərhədlərin bağlanmasıyla bağlı qərarın qüvvədə saxlanılmasına təsir etmir.

Azər Allahverənov bildirib ki, quru sərhədlər də zaman-zaman açılır.

Müəyyən kateqoriyadan olan insanlar üçün səhrədlər açılmışdı. Türkiyədə olan bizim həmvətənlər, eləcə də onların ailə üzvləri Naxçıvan istiqamətindən ölkə ərazisinə giriş edə bilirdilər.

Müəyyən yüngülləşdirici hallar olur, karantin rejiminin nisbətən yüngülləşdirilməsilə bağlı hansısa yeni qaydalar tədbiq edilir.

Bütövükdə quru sərhədlərin açılmasına gəldikdə isə, bu yanaşma hələ də ciddi şəkildə dəyişmir.

.

İradə Cəlil, dikGAZETE.com

...