- 09-07-2023 01:12
- 1521
BAKI, Azərbaycan
Azərbaycan prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində artıq Azərbaycan dünyada qalib və güclü bir ölkəyə çevrilib.
Ölkə prezidenti Qoşulmama hərəkatının rəhbəri kimi hərəkatın toplasında bütün üzvləri heyrətə gətirdi.
Digər üzv olan ölkələrdən fərqli olaraq, İlham Əliyev Fransanın müstəmləkəçi siyasətini pisləyir, ölkələrin haqqlarını tələb edir və Fransanın üzr istəməsini tələb edir.
Maraqlıdır ki, öz ölkəsinin daxilində problemləri həll edə bilməyən Makron İlham Əliyevə təzyiq etdiyini dilə gətirir.
Tutarlı siyasəti olmayan Makron, İlham Əliyevə təzyiq edə bilərmi? Absurd bir ifadə!
Rusiya Xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyir:
“Bu cür bəyanatlardan sonra Prezident Makronun təvazökarlığının yalnız kişiliyindən geridə qalması hissi yaranır. Biz, əlbəttə ki, onun Qarabağla bağlı məsələdə şəxsi rolu və xidmətləri barədə pafosla danışmasına təəccüblənməyə bilmirik.
Təəssüf ki, o, belə məhsuldar işin praktiki nəticələri barədə danışmadı. Proses var, amma nəticə yoxdur. Və bəlkə də ona görə demədi ki, bu nəticələri heç kim heç vaxt görməyib.
Yeri gəlmişkən, bu nəticələri təkcə Fransanın Qarabağla bağlı məsələ üzrə vasitəçiliyi ilə deyil, həm də Prezident Makronun dəfələrlə götürdüyü bir çox başqa işlər üzrə heç kim heç vaxt görməyib”....
Mariya Zaxarovanın belə məsxərəyə qoyduğu Makron, İlham Əliyevə təzyiq edə bilərmi?
Əsla!
Bu, sadəcə siyasi masada məğlubiyyətini anlamış Fransa prezidentinin son çırpıntılarıdır...
Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Heydər Əliyevin siyasi davamçısı İlham Əliyev fenomeni dünyanı heyrətə gətirməkdədir.
İlham Əliyevin gücü, qətiyyəti, ağlı dünya siyasətini dərindən bilməsi qarşıda gözlənilən təhdidləri, problemləri preventiv olaraq, görməsi və qarşısının alınması, ölkəmizlə bağlı olan məkrli planları dəf etməsi, güclü Azərbaycan qurulması yolundakı yorulmaz fəaliyyəti dünyanı heyrətə gətirir.
Bütün bu məsələlər, indiyə qədər Azərbaycan üçün hazırlanmış rəngli inqilablar, SOROS senariləri, hətta dünyanın ən güclü super dövləti ABŞ pezidentinin Ermənistanla Türkiyə sərhədlərinin açılması yönündəki cəhdləri, təziqləri İlham Əliyevi yolundan döndərə bilmədi.
O, bütün bu maneələri dəf edərək qarşısına qoyduğu məqsədlərinə çata bildi.
-Vüqar İskəndərov
“Bilirik ki, İlham Əliyev Qoşulmama hərəkatı sədri kimi tək ölkəmizi yox, üzv ölkələrin də mənafelərini, BMT nizamnaməsinə uyğun müdafiəsini güclü şəkildə təşkil edib. Yalnız Bakıda yox, Ərəb liqası ölkələrinin samitində də Fransanın siyasətini, müstəmləkəçiliyini 20 əsrdə də davam etdirməsini, xarici siyasətində və daxildəki ağır problemlərini dünyanın gözü içinə baxaraq söylədi.
Əsasən də həmin siyasətdən əziyyət çəkən ölkələr Qoşulmama hərəkatının üzv ölkələridir. O ölkələr ki, onların özləri də bundan əziyyət çəksələr də, bu problemin içərisində olsalar da cənab İlham Əliyev kimi öz hüquqlarını müdafiə edə bilmirdilər.
Hərəkatın sədri kimi İlham Əliyev dəfələrlə bu yöndə açıqlamalar verir və dünyanın, qlobal aləmin bütün məsələlərə aktiv qoşulmasının vacibliyini deyir” deyə deputat bildirib.
O, qeyd edib ki, ümumiyyətlə bir çox məkrli qüvvələr Azərbaycan prezidentinə müxtəlif təzyiqlər göstərməyə cəhd ediblər.
Bütün bu cəhdlər uğursuzluqla nəticələnib.
Əsas məqsədləri Azərbaycanı zəiflətmək, inkişafının qarşısını almaq, torpaqların işğalda qalmasını və bu siyasəti saxlamaq idi.
Deputatın fikrincə, onlar bilirdilər ki, İlham Əliyev hakimiyyətdə qaldıqca, Azərbaycana rəhbərlik etdikcə öz məqsədlərinə çatacaq.
Belə də oldu.
Azərbaycan prezidenti bütün bu maneələri dəf edərək, həm Azərbaycanı iqtisadi cəhətdən gücləndirdi, hərbi gücünü artırdı və 30 il həsrətində olduğu torpaqlarına qovuşdurdu.
Ali baş komandan kimi şanlı ordusu ilə və müzəffər xalqı ilə birləşərək, böyük tarixi qələbəni qazanmış oldu.
“Son illərdə dünyanın ən qürurlu xalqı adını daşıyırıq. Çünki kifayət qədər hazırda təlatümlü dünyada donmuş münaqişələr var, problemlər və müharibələr mövcuddur.
Və Azərbaycanda həm iqtisadi, həm siyasi stabillik, dinamik inkişaf və ölkəmizin beynəlxalq nüfuzunun artması ölkə prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır.
Biz bu siyasəti dəstəkləməli, hər birimiz bu yolda ölkə prezidentinin yanında olmalıyıq ki, belə təhdidlərə, təzyiqlərə xalq olaraq tab gətirə bilək və öz inkişaf yolumuzu davam etdirə bilək” deyə deputat Vüqar İskəndərov vurğulayıb.