Avrokuboklardakı rəqiblərimizi tanıyaq
Avrokuboklardakı rəqiblərimizi tanıyaq
- 22-06-2021 08:38
- 930
- 22-06-2021 08:38
- 930
SUMQAYIT, Azərbaycan
Məlum olduğu kimi, ötən həftə İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının və UEFA Konfrans Liqasının püşkatma mərasimi keçirildi.
Püşkatmanın ardından ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin, eləcə də yeni yaradılmış Konfrans liqasındakı təmsilçilərimiz vitse-çempion "Qarabağ", bürünc mükafatçı, "Sumqayıt" və ölkə kubokunun qalibi "Keşlə"nin rəqibləri müəyyənləşdi.
Xatırladaq ki, püşkün nəticəsinə əsasən “Neftçi” Gürcüstanın “Dinamo”, “Qarabağ” İsrailin "Aşdod", "Sumqayıt" Serbiyanın “Çukariçki”, “Keşlə” isə Rusiyanın “Soçi” klubu ilə qarşılaşacaq.
Indi isə gəlin, qitəmiqyaslı yarışlarda ölkəmizi təmsil edəcək klublarımızın rəqiblərini daha yaxından tanıyaq. Hər halda, rəqib düşərgəsinə boylanmaqla sözügedən komandaları ayrı- ayrılıqda dəyərləndirmək maraqlı olar.
"Neftçi" üçün köhnə tanış
Uzun fasilədən sonra ölkə çempionu adına yiyələnən və 8 il sonra yenidən Çempionlar liqasında oynamaq hüququ qazanan "Nefçi"nin rəqibi "Dinamo" Gürcüstanın ən titullu klubudur. Komanda 18 dəfə ölkə çempionatının, 13 dəfə kubokun, 8 dəfə isə Superkubokun qalibi olub.
Tbilisililər 2004-cü ildə “Birlik kuboku”nu başı üzərinə qaldırıblar. Gürcüstan müstəqillik qazanandan sonra “Dinamo”nun avrokuboklardakı ən böyük uğuru 2004/2005 mövsümündə UEFA Kubokunun qrup mərhələsində iştirak etməsidir.
“Neftçi” ilə SSRİ çempionatlarında dəfələrlə qarşılaşmış “Dinamo” (Tbilisi) 1964 və 1978-ci illərdə SSRİ çempionatının, 1976 və 1979-cu illərdə SSRİ kubokunun, 1981-ci ildə isə UEFA Kuboklar Kubokunun qalibi olmuşdu.
Yeri gəlmişkən, SSRİ dönəmində "Neftçi" və "Dinamo"nun dəfələrlə qarşılaşdığını da qeyd etməliyik.
Rəqiblər ilk dəfə 1937-ci ildə üz-üzə gəlib. İyunun 6-da SSRİ kubokunda yolları kəsişən komandalar 1/16 finalda qarşılaşıb.
Tbilisidəki görüşdə meydan sahibləri 3:0 hesabı ilə qələbə qazanıb. Ümumilikdə, “Neftçi” və “Dinamo” 52 dəfə SSRİ çempionatı, 2 dəfə SSRİ kuboku, 5 dəfə SSRİ Futbol Federasiyasının kubokunda qarşılaşıb.
Çempionatda 11 qələbəsi olan Bakı klubu 16 heç-heçə edib və 25 dəfə uduzub. Top fərqi də gürcüstanlıların xeyrinədir – 48-75. Kubokda hər komanda bir qələbə qazanıb.
1937-ci ildə 1/16 finalda uduzan “Neftçi” 30 il sonra rəqibini 1/8 finalda üstələyib – 2:1. Federasiya kubokundakı matçlar 1986-88-ci illərə təsadüf edib. 3 qələbə qazanıb, 1 heç-heçə edən “Neftçi” yalnız bir dəfə uduzub. Lakin top fərqi “Dinamo”nun tərəfindədir – 7-6. İlk dəfə 84 il öncə - 1937-ci ildə qarşılaşan komandaların son dueli 1988-ci ildə baş tutub.
Avqustun 24-də “Dinamo” öz meydanındakı çempionat matçında 2 cavabsız qola sevinib.
Ümumilikdə isə 59 matçda 15 dəfə “Neftçi”, 27 dəfə “Dinamo” qələbə qazanıb, 17 heç-heçə qeydə alınıb. 56 qol vuran təmsilçimiz 86 top buraxıb.
“Neftçi”nin son qələbələri də 1988-ci ilə təsadüf edib.
Çempionatda 1:0, Federasiya kubokunda isə 3:2 hesabı qeydəalınıb.
“Neftçi”nin “Dinamo”ya son qolunu da mayın 29-da Vladislav Lemiş vurub. Tbilisidəki oyunda qələbədə onunla yanaşı, Vidadi Rzayev və Nazim Əliyevin də qolla payı olub.
Çempionlar Liqasının I təsnifat mərhələsində üz-üzə gələcək “Neftçi” və “Dinamo” arasında duellərə qədər iki ölkə təmsilçilərinin yolları 8 dəfə kəsişib.
İlk belə qarşılaşma 2004-cü ilə təsadüf edib. “Şəmkir” “Tbilisi”yə hər iki matçda uduzub. Sonrakı dueldə isə “Sioni” “Bakı”nı mübarizədən kənarlaşdırıb.
Həmin vaxt Gürcüstan klubunu çalışdıran Kaxaber Sxadadze bu dəfə “Dinamo”ya rəhbərlik edir.
Sonrakı illərdə Azərbaycan klubları Gürcüstan təmsilçiləri ilə duellərdə dominantlıq edib.
Qonşu ölkə sindromunu isə məhz “Neftçi” qırıb. “Ağ-qaralar” öncə “Zestafoni”, ardınca “Çixura”nı keçib.
Maraqlıdır ki, Azərbaycan – Gürcüstan duellərindəki hər iki heç-heçə də bakılıların hesabınadır. Hər iki rəqibi bir qələbə və bir heç-heçə ilə üstələyən “Neftçi” uduzmayıb. Sonra növbə “Qəbələ”yə çatıb. Təmsilçimiz iki dəfə Gürcüstan klubunu mübarizədən kənarlaşdırıb.
İlk “qurban” məhz indiki “Dinamo” olubsa, sonra “Samtredia” da eyni aqibəti yaşayıb. Sonuncular “Qarabağ”a da rəqib olub və çempionumuz çətinlik çəkmədən iki qələbə qazanıb.
Təmsilçilərimizin uğurlu seriyaları “Qəbələ” və “Dinamo”nun ikinci duelində qırılıb. Rəqib hər iki matçda qalib gəlib.
Ümumilikdə 5 dəfə təmsilçilərimiz, 3 dəfə rəqibləri mərhələ adlayan tərəf olub.
Qələbə sayında tarazlıq hökm sürür: hərəyə 7 dəfə. 2 dəfə heç-heçə edən Azərbaycan və Gürcüstan klublarının matçlarında 46 qol vurulub. Top fərqi klublarımızın xeyrinədir – 25-21. Həm “Neftçi”, həm “Dinamo” 2 duelin iştirakçısı olub.
Hər iki dueldə tur adlayan təmsilçimizdən fərqli rəqib bir dəfə büdrəyib. Bakılıların 2 qələbə və 2 heç-heçəsi varsa, tbilisililərin 3 qələbə və 1 məğlubiyyət alıb.
Yeri gəlmişkən, Azərbaycan çempionu “Neftçi” ilə Gürcüstanda mövsümü qızıl medallarla tamamlayan Tbilisi “Dinamo”sunda tanış simalar rəqib olacaq.
Məsələ burasındadır ki, uzun illər ölkəmizdə “Standard” və “İnter”in baş məşqçisi kimi fəaliyyət göstərən Kaxaber Sxadadze bu dəfə “Dinamo”nun sükanı arxasında “Neftçi”yə rəqib olacaq.
Maraqlı məqam ondadır ki, 2009/10 mövsümündə Sxadadzenin rəhbərliyi altında çıxış edən Samir Abasov indi keçmiş məşqçisinə həmkar kimi rəqib olacaq.
“Qarabağ”la başlayıb, “Qarabağ”la oynayacaq – yeganə qələbə 22 il öncə
"Qarabağ"ın Konfrans liqasındakı rəqibi "Aşdod" İsrailin eyniadlı şəhərini təmsil edir. 1999-cu ildə yaradılan klub ölkədə ən gənclərdən sayılır. “Delfinlər” ev oyunlarını Aşdodun 7 800 tamaşaçı tutumuna malik “Yud-Alef” stadionunda keçirir. “Liman şəhəri komandası”nı Ran Ben Şimon çalışdırır.
O, keçən ilin yanvarından komandaya rəhbərlik edir. “Aşdod” ötən mövsüm İsrail çempionatında 3-cü yeri tutub. 36 matçda 54 xal toplayan komanda çempion Hayfa “Makkabi”sindən 25, 2-ci yerin sahibi Təl-Əviv “Makkabi”sindən isə 21 xal geri qalıb.
“Aşdod” ən yaxın izləyicisi Beer-Şeva “Hapoel”ini 6 xal qabaqlayaraq, bürünc medallara yiyələnib.
Komanda rəqib qapılarından 48 top keçirib, 39 qol buraxıb.
“Delfinlər”in ən məhsuldar oyunçusu 8 qolla Dean David olub. Ötən mövsüm əldə edilən 3-cülük həm də klub tarixinin ən yaxşı nəticəsinin təkrarı olub.
Klub daha əvvəl 2004/05 mövsümündə bürünc medallara yiyələnib.
Ölkə kubokundakı ən yaxşı nəticə də həmin zaman əldə olunub.
Finala qədər maneəsiz irəliləyən “delfinlər” sonda 2-ci yeri tutub. “Aşdod” 2014/15 mövsümündə İsrail çempionatında sonuncu yeri tutaraq ikinci liqaya düşüb. Ancaq növbəti mövsüm komanda yenidən yüksək liqaya qayıtmağı bacarıb. “Aşdod” avrokuboklarda böyük təcrübəyə malik deyil.
Komanda tarixində ikinci dəfə qitəmiqyaslı yarışda iştirak edəcək.
İlk belə hal 2005/06 mövsümündə baş verib.
UEFA Kubokunda yarışan kollektiv II təsnifat mərhələsində Sloveniyanın “Domjale” klubu ilə üz-üzə gəlib.
“Liman şəhəri komandası” evdə 2:2, səfərdə 1:1 hesablı heç-heçəyə razılaşıb.
Öz meydanında daha çox top buraxdığından “Aşdod” mərhələ keçməyi bacarmayıb. “Transfermarkt” komandaya ümumilikdə 8,8 milyon avro qiymət verir. (Müqayisə üçün qeyd edək ki, “Qarabağ”da bu rəqəm 10,95 milyondu) “Aşdod”un ən dəyərli oyunçuları Dean David və Mohamad Knaandı. Onlar 700 min avro olaraq qiymətləndirilir.
Komandada 6 legioner çıxış edir.
Onların 2-si Uqandanı, 2-si Qananı, 1-i Malini, sonuncusu Serbiyanı təmsil edir.
Komandanın iki futbolçusu ikili vətəndaşlığa malikdi.
Hayford Adcei İsraillə yanaşı Qana Gil Qohen isə həm də Portuqaliya vətəndaşlığı daşıyır.
“Aşdod” olduqca gənc kollektivdi. Komandada yaşı 30-u keçən cəmi 2 futbolçu var.
Yeri gəlmişkən, qeyd edək ki, Avrokuboklarda ilk dəfə mərhələ adlayan klubumuz olan "Qarabağ" məhz İsraildən qələbə ilə qayıtmaqla tarixi uğur əldə etmişdi.
1999/2000-ci illər mövsümündə Hayfa "Makkabi"sinə səfərdə 2:1 hesabı ilə qalib gələn "köhlən atlar" doğma meydanda minimal hesabla məğlub olsa da, mərhələ adlamışdı.
Digər hallarda isə beynəlxalq arenada İsrail təmsilçiləri üstün olmuşdu.
Belə ki, 2009/2010-cu illər mövsümündə "Simurq" "Bney Yehuda"ya (0:1, 0:3), 2011/2012-ci illər mövsümündə "Xəzər Lənkəran" Təl-Əviv "Makkabi"sinə (1:3, 0:0), 2012/2013-cü illər mövsümündə "Neftçi" Çempionlar liqasında "Hapoel"ə (0:4, 2:2), 2013/14 mövsümündə Avroliqada "Xəzər Lənkəran" Hayfa "Makkabi"sinə (0:2, 0:8), həmin turnirin 2019/2020-ci illər mövsümündə "Neftçi" "Bney Yehuda"ya (2:2, 1:2) uduzmaqla mübarizəni dayandırmışdı.
İki ölkə təmsilçiləri arasında hələlik son qarşırdurma isə ötən "futbol ili"ndə yaşanmış və Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a rəqib olan Makkabi (Təl-Əviv) üstün olmuşdu.
İlk oyunda minimal hesabla qalib gələn İsrail klubu ikinci matçda 1:1 hesabı ilə bir xala razı olmuşdu.
"Keşlə"nin 3 yaşlı rəqibi
Ötən mövsümun yekunlarına görə Rusiya premyer-liqasını 5-ci pillədə başa vuraraq tarixində ilk dəfə qitəmiqyaslı turnirlərə qatılmaq hüququ qazanan "Keşlə"nin UEFA Konfrans liqasındakı rəqibi “Soçi” nəinki beynəlxalq arenada ümumiyyətlə bir klub kimi ciddi təcrübəyə malik deyil.
Hər halda komandanın yalnız üç illik tarixinin olması dediklərimizin təsdiqi sayıla bilər.
Ən əsası “Transfermarkt” portalının ümumi dəyərini 33 milyon avro hesabladığı Rusiya klubuna öz vətənində belə münasibət birmənalı deyil.
Rusiya futbol ictimaiyyəti arasında “Soçi”yə “Zenit-2” adı qoyulub ki, bunun da arxasında müəyyən məqamlar var. Belə ki, şimal qonşumuzun idman mətbuatında yazılanlara inansaq, “Soçi” birbaşa Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə yaradılıb və prezidenti ölkə başçısının yaxın çevrəsinə daxil olan, Rusiya və Finlandiya vətəndaşlığını daşıyan Boris Rotenberqdir. Amma hazırda komandanın yaxşı formada olduğunu deyə bilərik.
Hər halda "Soçi"nin mövsümü 4-cü sırada tamamlayan "Rubin"lə eyni xala malik olması, bürünc mükafatçı "Lokomativ"dən 3, vitse-çempion "Spartak"dan cəmi 4 xal geri qalması Vladimir Fedotovun "drujinası"nın heç də zəif olmadığını sübut edir.
Yeri gəlmişkən, qeyd edək ki, "Keşlə"yə qədər "Neftçi" və "Qəbələ" şimal qonşumuzun təmsilçiləri ilə qarşılaşmışdı.
İlk iki dualdə "Neftçi" Moskva MOİK-nə (0:0, 0:2), "Qəbələ" isə "Krasnodar"a (1:2, 0:3) yenilmişdisə, sonuncu dueldə "Neftçi" Tula "Arsenal"ına hər iki oyunda (1:0, 3:0) qalib gəlmişdi.
"Sumqayıt" "Qəbələ"nin udduğu rəqibə qarşı
1926-cı ildə Belqradda yaradılan "Çukariçki" "ev" oyunlarını eyniadlı stadionda keçirir.
4070 nəfər azarkeş tutumu olan "Çukariçki" stadionu 1969-cu ildə inşa olunub, 2012-2013-cü illərdə yenidən qurulub.
Yuqoslaviya dövründə əvvəl Belqrad, sonra Serbiya liqasında çıxış edən “Çukariçki” ilk dəfə avrokuboklara 1996-cı ildə çıхıb.
Həmin ildə UEFA İntertoto Kubokunda çıхış edən "Qəbələ"nin rəqibi 9-cu qrupda yarışıb.
"Karlsruhe" (Almaniya), "Universitatea" (Krayova, Rumıniya), "Spartak" (Slovakiya) və "Dauqava" (Latviya) ilə mübarizə aparan Belqrad təmsilçisi 4 oyunda хal qazana bilməyib və qrup sonuncusu olub.
“Çukariçki” 1997-ci ildə də İntertoto Kubokunda çıхış edib. Bu dəfə 10-cu qrupda mübarizə aparan komanda "Monpelye" (Fransa), "Qroningen" (Hollandiya), "Qloriya" (Rumıniy) "Spartak"la (Bolqarıstan) qarşılaşmalarda 6 хal toplayaraq 3-cü yeri tutub.
Bundan sonra avrokuboklardan kənarda qalan "Sumqayıt"ın rəqibi 2013/2014-cü illər mövsümündə Avropa Liqasında çıхış edib. I təsnifat mərhələsində "Sant Culia"nı (Malta) mübarizədən kənarlaşdıran Serbiya klubu ardınca "Qrodiq"ə (Avstriya) uduzub.
1999/2000 mövsümündə Yuqoslaviya çempionatında 6-cı yeri tutması ilə öyünən “Çukariçki” 2002/03 mövsümündə aşağı dəstəyə yuvarlanıb. Lakin bu, Yuqoslaviyanın son çempionatı olub.
Serbiya və Çernoqoriya ilk birinciliyində aşağı liqada qalib olan komanda elitaya yüksəlib və o vaxtdan bir neçə dəfə Super Liqadan I dəstəyə düşüb-qayıdıb.
2013/14 mövsümündə yenidən güclülər dəstəsində çıxış edən “Çukariçki” ilk cəhddə 5-ci yeri tutub.
Bununla da tarixində ilk dəfə Avropa Liqasında oynamaq hüququ qazanıb.
2014/15 mövsümündə “Çukariçki” tariхinin ilk titullarını qazanıb. Belə ki, komanda Serbiya Super Liqasında "Partizan"la "Srvena Zvezda"dan sonra üçüncü pilləni tutub və bürünc medallara sahib çıхıb.
Serbiya Kubokunun finalında isə "Partizan"ı yenərək qalib adına sahib çıхıb.
Son mövsümdə isə Dusan Djordjevicin rəhbərlik etdiyi komanda Serbiya çempionatını 3-cü sırada bitirməklə Konfrans liqasına vəsiqə qazanıb.
Yeri gəlmişkən, “Çukariçki” klubu ikinci dəfə Azərbaycan təmsilçilərinə rəqib olub.
Konfrans Liqasında “Sumqayıt”la görüşəcək komanda 6 il öncə “Qəbələ” ilə görüşüb.
Təmsilçimiz serbiyalıları mübarizədən kənarlaşdıra bilib.
Ümumilikdə isə iki ölkə təmsilçilərinin yolları 7 dəfə kəsişib. 4 dəfə serbiyalılar, 2 dəfə təmsilçilərimiz – “Qəbələ” və “İnter” mərhələ keçibsə, bir mövsümdə oyunlar qrup çərçivəsində baş tutub.
14 qarşılaşmada üstünlük balkanlıların xeyrinədir. İlk 11 matçda 4 heç-heçəsi və 7 məğlubiyyət alan klublarımız son üç qarşılaşmada qalib gəlib. Top fərqi də rəqiblərin xeyrinədir – 16:15.
.
Tural Məmmədov, dikGAZETE.com