‘Sumqayıt'ı üzüaşağı yuvarlayan səbəblər

‘Sumqayıt'ı üzüaşağı yuvarlayan səbəblər ‘Sumqayıt'ı üzüaşağı yuvarlayan səbəblər

SUMQAYIT, Azərbaycan

Futbol üzrə Azərbaycan Premyer Liqasının ötən turunda doğma publika qarşısında "Zirə"yə üç cavabsız qolla yenilən "Sumqayıt" cari mövsüm çempionatda ən çox böyükhesablı məğlubiyyət alan komanda kimi antirekord müəyyənləşdirdi.

Ayxan Abbasovun yetirmələri 3-cü dəfə üç və ya daha çox top fərqi ilə uduzmaqla hamıdan öndədir. 

Digər maraqlı məqam isə ondan ibarətdir ki, həmin üç yenilgidən ikisi Sumqayıtdakı matçlarda qeydə alınan nəticələrdir. 

Cari mövsümdə öz meydanında darmadağın olan yeganə komandanın “Sumqayıt” olması da diqqətçəkən məqamlardandır.

Bəs görəsən, son iki mövsümdə ölkə kubokunda finala qədər irəlləyən və ötən mövsüm ilk dəfə Azərbaycan çempionatının bürünc medallarını qazanan Sumqayıtın eyniadlı komandasının iddialı klub statusunu autsayderliyə dəyişməsinə səbəb nədir?

Heyəti gücləndirməməyin acı nəticəsi

Son iki mövsümdə ardıcıl olaraq avrokuboklarda ölkəmizi təmsil edən "kimyaçılar" üçün bunun özü böyük uğur idi, çünki komandanın keyfiyyətli futbolçu çatışmazlığı həmişə hiss olunur.

Amma Ayxan Abbasovun qurduğu sistem, stabil oyun sayəsində komanda ötən iki mövsümdə uğurlu çıxış etmişdi. Ancaq cari mövsümün əvvəlində Mehdi Cənnətovun "Zirə"yə, Xəyal Nəcəfovun isə "Neftçi"yə transfer olunması onsuz da kasad olan futbolçu seçimini bir az da məhdudlaşdırdı. 

Mövsümlərarası transfer dönəmində yalnız Səid Rzanın komandaya qoşulması isə say artırmağa hesablanmış keçid kimi görünür. 

Ümumiyyətlə, indiki durumdan komandanı Səid Rza yox, heç hər hansı fövqəltəbii güc sahibi olan SEYİD RZA da çıxara bilməz.

Klubdaxili atmosferin pozulması təsirsiz ötüşmədi

Düzdü, mövsümlərarası fasilədə “Sumqayıt” iki futbolçu istisna olmaqla, komandanın “onurğa sütunu”nu qorumağı bacardı. Ancaq necə? 

Baş məşqçinin istəyi ilə əsas heyətin demək olar ki, bütün üzvlərinin məvacibini qaldırmaq şərtiylə. 

Belə olduqda isə komandada maaş balansı pozuldu və bu futbolçular arasında narazılığın yaranmasına və sonda nəticələrə təsir etdi. 

Məvacibi artırılan milli üzvləri Rəhim Sadıxovla Əli Qurbaninin isə Bakının gecə həyatının aludəçisi olması haqda məlumatlar dolaşmaqda davam edir. 

Nəticəsi isə odur ki, "kimyaçılar" 12 oyunda 8 qol vurmaqla özü üçün 8 ilin antirekordunu müəyyənləşdirdi. 

Cari mövsüm ilk iki oyunda 4 qol vuran komanda sonrakı 10 matçda da vur-tut 4 qol vurmaqla çempionata iddialı başlanğıcın klub olaraq iddialarının böyüməsi deyil, bir atımlıq barıt olduğunu göstərdi.

Riad Rəfiyev hara baxır?

AFFA Riad Rəfiyevə geniş səlahiyyətlər verməkdə davam edir.

Klublar Komitəsinin rəhbəri olan Rəfiyev həm də federasiyada bir çox layihəni həyata keçirir. Üstəlik, hər nə qədər təqzib olunsa da, onun menecerlik şirkəti də fəaliyyətini davam etdirir.

Nə də olsa, klub prezidenti ola-ola, onlarla futbolçuya menecerlik etməsi, milliyə məşqçi və oyunçu seçməsi hamıya əyan olan işdir. 

Yəqin indi yarımbaşlıqdakı "Riad Rəfiyev hara baxır?" sualının cavabı aydındır. 

Bəlkə də Rəfiyev hərdən hara baxdığını unudur. 

Hərdən AFFA-ya yollanmaq lazımdır ki, layihələr icra olunsun, arabir Klublar Komitəsinin varlığını xatırlatmaq lazımdır və ən əsası gəlir mənbəyi olan 3R adlanan menecer şirkətini nəzarətsiz qoymaq olmaz. 

Bu işlərin fonunda "Sumqayıt"a baxmağa vaxt qalar?!

Sumqayıt'ın saxta strategiyasına niyə göz yumulur?

 “Sumqayıt” milli komandalara ehtiyat qüvvə hazırlanması məqsədi ilə yaradılmışdı. 

Məhz bu səbəbdən komandaya əcnəbi futbolçu dəvət olunmurdu. Daha doğrusu, olunmamalıydı. Ancaq komandaya Rusiya, Türkiyə, İran, İsrail və s. kimi ölkələrdən legionerlər dəvət olundu. 

Elə təkcə bu mövsüm “kimyaçılar”ın heyətində 7 əcnəbi meydana çıxıb. 

Bəli, nə Dmitri Nağıyev, nə Əli Qurbani, nə Höccət Haqverdi, nə Murad Xaçayev, nə də Rəhim Sadıxov əslən azərbaycanlıdır. 

Çox maraqlıdır ki, “biz əcnəbisiz oynayırıq” deyirlər, ancaq Camaləddin Xocaniyazovu Rusiya, Səid Rzanı isə İran vətəndaşı kimi qeydiyyatdan keçirərkən legioner qadağası unudulur. 

"Sumqayıt"a gətirilən əcnəbilər bir müddət sonra yerli oyunçu statusu ilə milli komandaya cəlb olunur. 

Belə vəziyyətdə həm CV-nə "milli futbolçu" yazılan yararsız legionerlər qazanır. Həm də Riad Rəfiyev 3R menecerlik şirkəti vasitəsi ilə gəlir əldə edir. 

Yerli futbol camiəsi isə 3S-lə (“Sumqayıt”ın saxta strategiyası) ilə köks ötürməkdə davam edir. 

Sumqayıt”ın saxta strategiyası demişkən, “Sumqayıt”ın dərdi yalnız əsas komanda deyil. 

Son 4 ildə aşağı yaş qruplarından əsas komandaya yüksələn, orda daim oynayan gənc yoxdur. 

Daim futbolda öz dəst-xətti olan, yetirmələri milli komandaların əsas zərbə qüvvəsini təşkil edən “Gənclik şəhəri” indi asılı vəziyyətə salınıb. 

Hətta SSRİ-nin müxtəlif yaş qrupundan olan yığmalarına futbolçu verən, Arif Əsədov kimi Avropa, dünya çempionu yetişdirən Sumqayıt futbol məktəbi indi nəinki ölkənin bir nömrəli komandasına, heç "Sumqayıt" üçün oyunçu yetişdirə bilmir.

Hazırda ölkənin nə U-19, nə də U-17 yığmasına akademiyanın bir yetirməsi belə dəvət almır. 

U-21-də çıxış edən RüfətSəbuhi Abdullazadələr isə UGİM-in yetirmələridi. 

Bu üzdən akademiyanın rəhbəri Hakan Sünalın onları akademiyanın yetirməsi kimi təqdim etməsi absurd teatrından başqa bir şey deyil. 

Qısası, mövsümlərarası fasilədə, komandanın təlim-məşq toplanışı keçdiyi zaman istirahət üçün İspaniyaya yollanan türk mənşəli almaniyalı məşqçinin əsas fikri “Sumqayıt”a futbolçu yetişdirmək yox, pulunu qazanıb, kateqoriya almaqdır ki, bu durumda da ildə 500 min manat xərclənən akademiyanın gələcəyi dumanlı görünür.

.

Tural Məmmədov, dikGAZETE.com