Şirin vədlər və acı reallıqlar

Şirin vədlər və acı reallıqlar

Bəlkə də heç kim iyulun sonunda Azərbaycan milli komandasının baş məşqçisi postuna təyinat alan italiyalı Canni De Byazinin Millətlər Liqasının başa çatmasından sonra bu qədər tənqid olunacağını proqnozlaşdırmırdı. 

Ən azı ona görə ki, 64 yaşlı çalışdırıcı əsas millimiz üçün yeni sima idi və ölkə futboluna bələd olmaq üçün ona vaxt verilməliydi. 

Amma Millətlər Liqasındakı qrupda üçüncü olan yığma komandadan uğur gözləyənlərin sayı bir az da azaldı. 

Təsadüfi deyil ki, Millətlər Liqasının əksər matçlarında yığmamız üçün meydanda məzmunlu futbol adına nəsə tapmaq belə müşkül idi. 

Komandamızın sərgilədiyi oyun gələcək üçün heç bir perspektiv vəd etmədiyindən yığmanın gələcək taleyi haqda daha ciddi düşünməyə borcluyuq.

Albaniya kimi ortabab milli komandanı Avropa Çempionatının final mərhələsinə çıxarıbsa, bir neçə il əvvəl İtaliya millisini çalışdırmağa namizəd göstərilibsə, A seriyasında iş təcrübəsi varsa, deməli, bacarıq sahibidir, ancaq Azərbaycanda işləri o qədər də yaxşı getmir.

Düzdür, Canni De Byazinin qarşısına komandamızı final mərhələsinə daşımaq qoyulmayıb, amma ölkənin bir nömrəli komandasının layiqli oyun sərgiləməsini gözləmək hamımızın haqqıdır. 

Əvəzində isə Lüksemburqla oyuna 6 müdafiəçi ilə çıxmış və Bakıda 1:2 hesabı ilə uduzmuşduq. 

Nəticə bir yana, yığmamız bəlkə də tarixinin ən bərbad oyununu sərgiləmişdi. 

Topa sahibolmadakı 33/67 nisbəti dünya futbolunun nəhəngləri ilə görüşlərdə qəbulolunandır, lakin Lüksemburqla "ev" oyunundakı bu statistika fiasko idi. 

Gəl ki, italiyalı mütəxəssis Millətlər Liqasının LüksemburqMonteneqro kimi “dişimizə uyğun”ları ilə oyunlarındakı uğursuzluqların səbəbini izah etməkdənsə, millini final mərhələsinə daşımaq barədə şirin vədlər verməkdə davam edir. 

Azərbaycana gəldiyi ilk günlərdən gülərüz, mehriban, bir o qədər də səmimi təsir bağışlayan Canni De Byazinin komanda daxilində hansı çəki sahibi olduğunu deyə bilmərik. 

Məsələn, Berti Foqts futbolçular üçün arzuolunmaz şəxs sayılırdı. 

Onun üçün futbolçunun kimliyi önəm daşımırdı, hamıya eyni gözlə baxırdı. 

Robert Prosineçkinin isə əksinə, konkret sevimli futbolçuları var idi ki, onlardan vaz keçə bilmirdi. 

Həmin futbolçular da daim arxasında dayanırdı. 

Nikola Yurçeviçdən danışmağa dəyməz. Yumşaq xasiyyətə sahib olması, üstəgəl, baş məşqçi kimi yığma təcrübəsizliyi futbolçuların, xüsusən də təcrübəlilərin ayağına yer vermişdi.

Xarakter həm də məşqçinin psixoloji hazırlıq üzrə pedaqoqluğundan xəbər verir. 

Sərt xarakterə sahib mütəxəssislər komandanı matça daha rahat kökləyə bilir. 

Lakin statistika Canni De Byazinin özünü kollektivə tam tanıda bilmədiyini göstərir. 

Ya da heyət seçimini düzgün edə bilmədiyini. 

Ən pisi isə odur ki, yığmanın hansı üslubda oynadığı, nə etmək istədiyi bəlli olmur. 

Yəni ortada sistem adına heç nə yoxdur, kim hansı tapşırığı yerinə yetirir – bir Allah bilir. 

Bu durumdakı yığmadan və onun məşqçisindən isə Dünya çempionatının seçmə mərhələsində nəsə gözləmək çətindir.

Yadınızdadırsa, Dünya çempionatının seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiyaLüksemburqla qarşılaşacağı bəlli olandan sonra “bu qrupda 5-ci səbətdən gələn komandayıq və bunu vurğulamaqla yeni nəsə demiş olmuruq. Millətlər Liqasında keçirdiyimiz oyunlardan düzgün nəticə çıxara bilsək, orda qazandığımız təcrübədən düzgün yararlana bilsək, hesab edirəm ki, yaxşı oynamaqla qrupda şansımız ola bilər” açıqlaması ilə ilk cümləsindən bizə yerimizi bildirir, kim olduğunuzu unutmayın, qrupun ən zəifi sizsiniz yanaşmasını ortaya qoyurdu. 

Sonuncu cümləsində isə iki dəfə “bilsək” deməklə, şərt qoymuş, sonra da “şansımız ola bilər” söyləmişdi ki, bu da millimizin çalışdırıcısının da ölkəmizdəki fəaliyyətindən uğur gözləmədiyinə işarə idi.

.

Tural Məmmədov, dikGAZETE.com