Yeniyetməlik dövründə övladınızı niyə tənqid etməməlisiniz?

Yeniyetməlik dövründə övladınızı niyə tənqid etməməlisiniz?

Yeniyetməlik dövründə övladınızı niyə tənqid etməməlisiniz?

BAKI, Azərbaycan

Yeniyetməlik dövrü, insan həyatının həm çətin, həm də mühüm mərhələlərindən biridir. Bu dövrdə uşaqlar yalnız fiziki deyil, eyni zamanda emosionalpsixoloji baxımdan da əhəmiyyətli dəyişikliklər yaşayırlar. Onlar kimlik axtarışında olur, öz yerlərini tapmağa çalışır və daxili dünyalarında dərin çalxalanmalar keçirirlər. Bu səbəbdən, yeniyetməlik dövrü həm valideynlər, həm də uşaqlar üçün bəzən mürəkkəb və anlaşılmaz bir mərhələyə çevrilə bilər.

Yeniyetmələrin özlərində baş verən dəyişiklikləri dərk etməsi və idarə etməsi çox vaxt çətin olur. Fizioloji dəyişikliklər onların bədəninə, emosiyalarına və düşüncələrinə ciddi təsir edir. Bu isə onların kimlik axtarışını gücləndirir və bəzən özlərini itirilmiş və ya qarışıq hiss etmələrinə səbəb olur. Belə hallarda yeniyetmələrdə qeyri-müəyyənlikqəzəb hissi yaranır ki, bu da həm özlərinə, həm də ətrafdakılara qarşı münasibətlərinə təsir göstərir. Məhz bu nöqtədə valideynlərin anlayışlı və dəstəkçi olması, onları tənqidtəzyiqlə deyil, şəfqətdiqqətlə müşayiət etməsi olduqca vacibdir.

Yeniyetmələrin sosial ehtiyacları və dostluq münasibətləri

Bu dövrdə yeniyetmələrin dostlarına olan ehtiyacı ön plana çıxır. Onlar üçün ailəmüəllimlərdən daha çox dostları əhəmiyyətli olur. Bu, onların yeni sosial mühit qurmaq ehtiyacından qaynaqlanır. Dostları ilə daha çox vaxt keçirməyi, onlarla ünsiyyətdə olmağı üstün tuturlar, çünki bu münasibətlərdə daha yaxşı anlaşıldıqlarını hiss edirlər. Valideynlərin nəzarəti və qaydaları isə bəzən onlara məhdudlaşdırıcı gələ bilər. Bunun əksinə olaraq, dostlarının yanında özlərini daha rahatazad hiss edirlər. Bu, onların qəbul olunduqlarını və dəyər verildiklərini hiss etmələrinə kömək edir.

Valideynlərin və dostların yeniyetmə üçün fərqli rolları var. Dostları onlara sərbəstlikanlayış təqdim edərkən, ailə daha çox qaydalarnəzarət tətbiq edir. Bu isə bəzən yeniyetmələrdə ailə ilə ünsiyyətdə çətinliklər yaradır. Əgər valideynlər onların bu sosial ehtiyaclarını nəzərə almasa və münasibətlərinə sərt müdaxilə etsələr, bu, yeniyetmələrin daha da uzaqlaşmasına səbəb ola bilər.

Valideynlərə tövsiyələr

Yeniyetməlik dövründə valideynlərin uşaqlarına doğru yanaşma sərgiləməsi çox vacibdir. Onların dostluq münasibətlərinə həddindən artıq müdaxilə etməmək, seçimlərinə hörmətlə yanaşmaq və anlamağa çalışmaq daha sağlam bir əlaqə qurmağa kömək edər. Əgər valideynlər övladlarının dostlarının onlara mənfi təsir göstərdiyini düşünürlərsə, bu zaman sərt qadağalar qoymaq əvəzinə, daha açıq və səmimi dialoqlar aparmaq daha faydalıdır.

Tənqidqınaqdan çəkinmək, əvəzində uşaqların fikirlərini dinləmək və onlarla ünsiyyəti gücləndirmək, onların özlərini daha yaxşı ifadə etməsinə və ailəsi ilə yaxın münasibətdə olmasına şərait yaradar. Unutmayın ki, yeniyetməlik dövrü duyğusalpsixoloji sınaqlarla doludur. Bu səbəbdən, uşaqlarınızın sizə ehtiyacı olduğu bu mərhələdə onları tənqid etmək əvəzinə, anlayış və dəstək göstərmək daha məqsədəuyğundur.

Övladınızın hisslərinidüşüncələrini qəbul etmək, onunla müsbətgüvənli bir münasibət qurmağa kömək edəcək. Onun dünyasına daxil olmaq, maraqlarınaproblemlərinə diqqətlə yanaşmaq, bu dövrü daha sağlam keçirməsinə və ailə bağlarının güclənməsinə şərait yaradacaqdır.

.

Psixoloq M. Almara Ağaqızı, dikGAZETE.com

-PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru-

-Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşə“PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin almara.melikova.aga qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər-

...