Azərbaycanlı millət vəkili Çilidə işgüzar səfərdədir.. -İrade Celil özel haberi-

Azərbaycanlı millət vəkili Çilidə işgüzar səfərdədir.. -İrade Celil özel haberi-

Azərbaycanlı deputat Azər Badamov Çili səfəri çərçivəsində dikGAZETE.com saytına danışıb... "Türkiyənin Çilidəki səfirliyinin iqamətgahında səfir xanım Gülcan Akoğuzla çox maraqlı görüşümüz oldu"

HABER MERKEZİ

16 yanvar 2023-cü ildə Çilinin paytaxtı Santiyaqo şəhərində yerləşən Türkiyənin Çilidəki səfirliyinin iqamətgahında səfir xanım Gülcan Akoğuzla çox maraqlı görüşümüz oldu. Görüşdə  xalqılarımızın qardaşlığından və ümumimilli dövlət maraqlarının qorunmasında və düşmənlərimizə qarşı informasiya mübarizəsində  diplomatlarımızın və siyasətçilərimizin  birgə fəaliyyətinin vacibliyindən söhbət etdik. Görüşdə Azərbaycanın Argentinadakı səfirliyinin  Çilidəki diplomatik nümayəndəsi cənab Kamran Ağakərimov da iştirak edib”.

Bu barədə dikGAZETE.com saytına Azərbaycanlı millət cəkili Azər Badamov danışıb.

Onun szölərinə görə, ayın 16-da  Santiyaqo şəhərində “Kongres Futuro 2023” beynalxalq kongres öz işinə başlayıb.

Kongresin açılışı mərasimində Çilinin prezidenti  Gabriel Boriç, Senatın sədri senator Alvaro Elizalde, Deputatlar Palatasının sədri  Vlado Miroseviç, elim adamları və siyasətçilər çıxışlar edərək elm və texnologiyaların insan həytaına müsbət və mənfi  təsirlərindən geniş danışılıb.

Süni intelekt bizi keçmişə və gələcəyə necə apara biləcəyi ilə bağlı maraqlı mövzularda çıxışlar edilib.

O cümlədən süni intelekt və texnologiyaların siyasi proseslərə təsirləri, cinayətkarlığın araşdırılmasında istifadəsi, yaşıl enerjinin inkişaf etdirlməsinin vacibliyi, neftin insan həyaının inkişafında rolu və digər mövzularda maraqlı məruzələr edilib.

Millət vəkili bildirib ki, “Congres Futuro-2023” beynalxalq kongresdə dünyanın müxtəlif yerlərindən siyasətçilər, elm adamları iştirak edir və 20 yanvar tarixinə kimi davam edəcəkdir.

Dünən isə, Çilinin Valparaisi şəhərində “Kongres Futuro 2023Beynəlxalq konqresin növbəti blok iclası keçirilib. 

İclasda Çili Senatın sədri, Elimlər Akademiyasının prezidenti və dünyanın beyin mərkəzlərini təmsil edən alimlər müasir və gələcək çağırışları özündə ehtiva edən çox maraqlı mövzularda çıxışlar və təqdimatlar ediblər.

Konqresdə parlamentlərdə gələcəyin komissiyalarının fəaliyyətinin vacibliyi, sosial medianın siyasi proseslərə və insanların psixologiyasına təsirləri, elmin insanlığa verdiy töhfələri, insan və təbiət arasında əlaqə, mineralların kortəbii istehsalının ekologiyaya verdiyi zərərləri və digər mövzular ətrafında maraqlı müzakirələr aparılıb. 

Millət vəkilinin səfəri davam edir.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ
...