?>

Ermənistana ya ABŞ, ya Avropa ittifaqından mütləq şəkildə təzyiqlər olmalıdır

İradə Cəlil

1 yıl önce

BAKI, Azərbaycan
“Cənab prezident İlham ƏliyevinEuronews” televiziyasına verdiyi müsahibə Ermənistan-Azərbaycan arasında bir çox məsələlərə aydınlıq gətirir və Azərbaycan mövqeyini prinsipial olaraq təqdim edir.
Ermənistan da açıq şəkildə sülhdən yayındığını detalları ilə vurğuladı. Bu, həm beynəlxalq birliyə Ermənistanın mövqeyinin və Azərbaycanda sülhə maraqlı olduğunun göstəricisidir.
Cənab prezidentin sərhədlər ilə bağlı verdiyi fikirlər obyektiv bir yanaşmadır. Çünki Ermənistan məhz sovet höküməti dağılandan sonra Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirir və Azərbaycan ərazi bütövlüyünü, sərhədlərlə tanımayıb və bundan sonra hansı istiqamətdə olacaqsa, Ermənistan elə onları müəyyən etməyib.
Baxmayaraq ki, şifahi olaraq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğuladı”.
Bu barədə danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, cənab prezident qeyd edib ki, hələ Ermənistanın qeyri- konstuktiv mövqeyi var.
Burada Qarabağda yaşayan ermənilərlə bağlı verdiyi təkliflər, həmçinin dövlət sərhədinin müəyyənləşməsi istiqamətində Ermənistanda destruktiv mövqeyi, həmçinin Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhlizin verilməməsində də hələki Ermənistan israrlı şəkildə mövqeyində durur.
Ona görə də, bu, sülh yanaşması deyil və aparılan danışıqlara da kölgə salır.

-Məhəmməd Əsədullazadə

Politoloq deyir ki, Ermənistan həqiqətən də bu iddialarından geri çəkilsə, sülh müqaviləsi mümkündür.
“Cənab prezident də bunu xüsusi vurğuladı. Amma göründüyü kimi Ermənistan hələ də tələsmir”-deyən politoloq hesab edir ki, Ermənistana növbəti güc tətbiq etmək lazım gələcək. Çünki Ermənistan danışıqlar yolu ilə hələ də real sülhə yanaşmır. Ermənistana mütləq şəkildə təzyiqlər olmalıdır.
“Bu təzyiqlər ya ABŞ, ya Avropa ittifaqından olmalıdır. Ya da Azərbaycan tərəfindən.
Əgər Ermənistana ciddi şəkildə təzyiqlər olmasa, Ermənistan da danışıqlar prosesini tamamilə manipulyasiya edəcək”-deyə politoloq vurğulayıb.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI