?>

Hərbçilərin istifadə edəcəyi telefonlar üzərindən məxfi məlumatlar yayıla bilərmi?

İradə Cəlil

7 ay önce

Hərbçilərin istifadə edəcəyi telefonlar üzərindən məxfi məlumatlar yayıla bilərmi?

BAKI, Azərbaycan
Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin "TikTok" sosial şəbəkə platformasından istifadəsini qadağan edən qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasında qəbul edilib.
Əsgərlər kazarma və əməliyyat bölgələrindən bəzi görüntüləri sosial mediada paylaşaraq, təhlükəsizlik riskini gündəmə gətirib. İş yerlərində mobil telefondan istifadənin ciddi təhlükəsizlik problemləri yaratdığı diqqətə çatdırılıb.
Bu kontekstdə TikTok-un istifadəsi ilə bağlı əhəmiyyətli bir qərar verildi. Qərar Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyası tərəfindən təsdiqlənib. Qəbul edilən təkliflə Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə TikTok-dan istifadə etmək qadağan edilib.
TikTok-un hərbi personala təsiri və təhlükəsizlik riskləri nəzərə alınan bu tənzimləmə Türkiyə Silahlı Qüvvələrinin rəqəmsal təhlükəsizliyini və əməliyyat bütövlüyünü təmin etməyi hədəfləyir. Azərbaycanda da hərbçilər arasında Tiktok səhifələri yaradan, istifadə edənlər var. Biz buna müharibə şəraitində də şahid olmuşuq.
Hərbi ekspert Elxan Şıxəliyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, Azərbaycan da hərbi xidmət keçənlərə "ağıllı" telefonların istifadəsi müdafiə nazirinin müvafiq əmri ilə qadağandır. Yalnız zəng edib, zəng qəbul edə bilən telefonlar istifadə edilə bilər.

-Elxan Şıxəliyev

-Hərbçilərin istifadə edəcəyi telefonlar üzərindən məxfi məlumatlar yayıla bilərmi?

Elxan Şıxəliyv bildirib ki, bunun nümunələri olub.
“Bu, aşkar edildi. Müdafiə Nazirliyi ən ciddi şəkildə bu hərbçilərin cəzalandırılmasını təmin etdi, ordudan uzaqlaşdırılması ilə bağlı addımlar atıldı. Kifayət qədər faktlar var. Müdafiə Nazirliyinin bu istiqamətdə əmrləri kifayət qədərdir”-deyən ekspert bildirib ki, ağıllı telefonlarla hərbi məxfilik daşıyan videoların yayılması, məlumatların ötürülməsi məsuliyyət yaradır.
Bu məsuliyyətin qarşılığında da bu məsələlərin həlli nəzarətli şəkildə həyata keçirilir.
TikTok-un bağlanması məsələsi ilə bağlı Elxan Şıxəliyev qeyd edib ki, bu məsələ yalnız hərbi məlumatların ötürülməsi ilə əlaqəli olmaya da bilər. Çünki sosial şəbəkələr ölkələrin mənəvipsixoloji atmosferinə daha çox dağıdıcı təsir göstərir, nəinki o məlumatların paylaşılması.
“Məlumatların paylaşılması ilə bağlı da nümunələr var. Əslində, bilərəkdən də etmirlər bunu”-deyən ekspert bildirib ki, TikTok üzərindən kirli pulların yuyulması məsələsi də həyata keçirilir. TikTok-un bağlanılmasına səbəblərdən də biri bu ola bilər.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI