?>

Düşünürəm ki, bizim seçimimiz çoxdan bəllidir

İradə Cəlil

1 yıl önce

Düşünürəm ki, bizim seçimimiz çoxdan bəllidir

- Azərbaycan prezidenti İlham Əliyev növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin edilməsi haqqında sərəncam imzaladı…

BAKI, Azərbaycan
Bu il Azərbaycan Prezidenti İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 20 ili tamam oldu.
20 il əvvəl 2003-cü ildə oktyabr ayında İlham Əliyev ilk dəfə prezident seçilib.
Etiraf etməliyik ki, Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə hakimiyyətdə olan şəxslər sözün əsl mənasında Azərbaycan güclənməsi, özünü dünyaya tanıda bilməsi üçün heç nə edə bilməmişdi.
Çünki o dövrlərdə sözün əsl mənasında sahibsiz Azərbaycanda "kreslo" davası gedirdi.
Hər kəs öz mənfəəti uğrunda mübarizə aparırdı. Xalqı düşünən demək olar ki, yox idi.
Həmin illəri köhnə video kadrlara baxaraq yenidən xatırlaya bilərsiniz.
Azərbaycanın rəhbərliyində sözün əsl mənasında savadsız, danışığını bilməyən, xalq üçün vahid yol çizə bilməyən müxtəlif şəxslər vardı...
Bir neçə il sonra Heydər Əliyev Azərbaycan prezidenti seçildi.
Azərbaycan sözün əsl mənasında ağ gün görməyə başladı. Biz hamımız Heydər Əliyevi xalqın xilaskarı hesab edirdik.
Hətta uşaq olsam da, yadıma gəlir; atam deyirdi ki, “Heydər Əliyev hakimiyyətə gəlir, ölkədə vəziyyət düzələcək”…

Atam millətçi adam idi.

Dəfələrlə məktəbə “oktyabryat” ulduzuna görə buraxılmasam da, atam o ulduzu mənə almır, vaxt olacaq, öz prezidentimizin rəsmi olan 8 guşəli ay-ulduz taxacaqsan deyirdi.
Demişdi ki, müəllimlərinə də elə mənim dediyim kimi de
Atam bizə Heydər Əliyevə sevgini Heydər Əliyev hakimiyyətə gəlməmişdən öncə aşılamışdı.
Biz onu, “xilaskar”ımızı sevirdik.
Hətta yadıma gəlir ki, 2003-cü ildə o dünyasını dəyişəndə hamı kədərlənmişdi. Mən o vaxtlar fəaliyyət göstərən “Ekspress” qəzetinin əməkdaşı idim.
Prezidentin dəfn mərasimində şəhərdə böyük bir hüzn vardı. Sanki şəhər ağlayırdı...
Heydər Əliyev Azərbaycan üçün əlindən gələni ən yüksək səviyyədə etmişdi.
O dövrlərdə böyük dövlətlərin caynağından yenicə qurtulmuş, param-parça olmuş, dağılmış, ordusu belə olmayan Azərbaycanı güclə dövlətə çevirmək o qədər də asan məsələ deyildi.
Amma o, sadəcə bunun üçün çalışırdı...
Heydər Əliyev böyük siyasətçi idi.
öz varisiniözü kimi güclü yetişdirmişdi.
2003-cü ildə İlham Əliyevin prezident seçilməsinə çox sevinmişdik.
Çünki ölkənin sərvətinə rəhbərlik uğrunda kreslo davası edənlər deyil, xalqı düşünən birisi seçilmişdi.
Torpağının 20 faizindən çoxu düşmən işğalı altında olan bir ölkəyə, hər gün şəhid verən bir ölkəyə, torpağı yağmalanan, vətəndaşları qaçqın və məcburi köçkün vəziyyətinə salınmış bir ölkəyə rəhbərlik etmək asan deyildi.
Bunun üçün böyük iradə, güc və uzaqgörən siyasətə sahib olmaq lazım idi.
İlham Əliyev buna sahib idi...
2020-ci il Azərbaycan tarixində məhz İlham Əliyevin siyasi iradəsinin sayəsində dönüş ili oldu.
30 ilə yaxın işğal altında qalmış Azərbaycan torpaqları geri qaytarıldı.
44 günlük Vətən müharibəsində bütün Azərbaycan xalqı səbrsizliklə İlham Əliyevin mesajlarını gözləyir, izləyirdi.
Və o, bizə bu qələbəni yaşatdı.
30 illik işğal, əzilmişlik sona çatdı.
Biz müharibə dövrünün uşaqları idik.
Biz qarnı ac, yoxluq içində böyümüşdük.
İstəklərimizə valideynlərimiz “olmaz” deyəndə işğal altında olan rayonların, bölgələrin əhalisini də düşünməyimizi tövsiyyə edərdi…
Ötən gün hərbi əsirlərin dəyişdirilməsi xəbərini oxuyanda yenə qürur hissi keçirdim.
Çünki mən əsirlərin başına gətirənlərə baxanda göz yaşlarımı saxlaya bilmirdim.
Hətta bununla bağlı bir neçə dəfə yazılar da hazırlamışdım.
Bəli, gün yetişdi, düşünəndə hamımızın içini parçalayan iki övladımızı nə bahasına olursa olsun, prezident İlham Əliyev geri qaytardı.
Bu xəbəri oxumaq elə bir hiss idi ki...
Düşmənlərin o hərbçilərə necə işgəncələr verdiyini yaxşı bilirdik.

İçimiz, qəlbimiz rahatladı…

Və yenə ötən gün Azərbaycan prezidenti İlham Əliyev növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin edilməsi haqqında sərəncam imzaladı.
Düşünürəm ki, bizim seçimimiz çoxdan bəllidir, seçki gecikir…

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI