?>

Əlimərdan bəy Topçubaşov, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında müstəsna rol oynayıb...

İradə Cəlil

8 ay önce

-İsmayıl bəy Qaspıralı və Topçubaşov. Sankt-Peterburq, 1914-cü il

Əlimərdan bəy Topçubaşov, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında müstəsna rol oynayıb...

BAKI, Azərbaycan
Azərbaycançılıq özünə məxsus seçmiş Azərbaycan xalqının ideologiyasıdır. Strateji məqsəd, suveren Azərbaycanın müstəqilliyi və sivil quruculuq uğrunda mübarizədir. Bu ideologiyanın əsasını təşkil edir.
Azərbaycan bizim vətənimizdir. Milli dövlət ideologiyası olaraq azərbaycançılıq dəyərlər sistemidir, müstəqilliyə xidmət edən Azərbaycan Respublikasının Konstitusiyasının əsaslarına söykənir. Azərbaycan öz inkişafını və milli təhlükəsizliyini hüquqi və demokratik bir dövlət kimi təmin edir.
Tarixçi Rizvan Hüseynov bildirib ki, Azərbaycançılıq ideyası, 19-cu əsrin sonu 20-ci əsrin əvvəlində formalaşan bir ideyadır.
Azərbaycan mütəfəkkirlərinin arasında yaranan bir ideyadır. Onların beyninin məhsuludur. Bir sıra mütəfəkkirlər toplaşıb, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəlində əsasən Həsən bəy Zərdabidən milli ideyanın formalaşma dönəmi başlayıb və burada Əlimərdan bəy Topçubaşovun da çox böyük rolu olub.

-Rizvan Hüseynov, tarixçi

Əlimərdan bəy Topçubaşov çox tanınmış nəsildəndir. Onun əmisi, babası Rusiyada tanınmış şərqşünaslar olublar. Əslən Gəncədən olublar, sonra Tiflisə köçüblər. Hətta Gəncə xanlığı dönəmindən köçüblər Tiflisə, burada da gürcü çarının yanında xidmət ediblər. Sonra çar Rusiyası dönəmində Rusiya şərqşünaslığının formalaşmasında Əlimərdan bəy Topçubaşovun əmisi və babası böyük rol oynayıb, professor olub”-deyə tarixçi vurğulayıb.
Rizvan Hüseynov əlavə edib ki, milli ideya Azərbaycanda xristian xalqlarına nisbətən müsəlman toplumlarında daha gec formalaşıb. Tarixçinin fikrincə, burada subyektiv-obyektiv səbəblər var. Amma müsəlman toplumlarının içində ən birincisi elə Azərbaycanlılardır.
Müsəlman şərqində bu milli ideya və bunun içində xüsusi olaraq, Azərbaycançılıq yəni Türkçülük ideyasının formalaşması böyük rol oynayıb.
Azərbaycan türkçülüyü aqressiv olmayıb. Daha multikultural olub və başqa xalqları öz himayəsinə alaraq yaranıb. Azərbaycanın milli ideyaları ilə müqayisədə erməni, gürcü və s. milli ideyaları, milli tarixi konsepsiyaları qatı millətçidir. Başqa xalqlara qarşı aqressivdilər. Özləri üçün miflər, yalançı əfsanələr yaradıblar. Amma Azərbaycan millətçiliyində belə bir ifrat davranış yox idi. Bu da bugünə qədər aktualdır.”

Əlimərdan bəy Topçubaşov, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında müstəsna rol oynayıb...

Rizvan Hüseynov qeyd edib ki, Azərbaycançılıq ideyalarını biz sovet vaxtı da qorumağa çalışmışıq. 60-70-ci illərdə yenidən intibah dövrü başlayıb. Və nəticə etibarı ilə 1991-ci ildən müstəqilliyimiz bərpa olunub.
Azərbaycan millətçiliyi ağır sınaqlar, imtahanlar görüb. Qarabağ münaqişəsi, xaricdən bizə olan təzyiqlər... Bütün bu imtahanlardan alnı açıq çıxırıq və indi də tam fəxrlə deyə bilərik ki, o mütəfəkkirlər - istər Əlimərdan bəy Topçubaşov hansı ki, Azərbaycan Xalq Cümhuriyyəti üçün müstəsna rol oynayıb və hətta Azərbaycan Xalq Cümhuriyyətindən sonra da Parisdə olduğu dönəmdə də əlindən gələni edib ki, Azərbaycanın milli maraqlarını qorusun. O dahi şəxslər bilsəydi ki, bu gün hansı nəticələr var, indi bizimlə fəxr edirdilər.
Əlimərdan bəy Topçubaşov ilk Azərbaycan siyasətçilərindəndir ki, Amerika prezidenti Vudro Vilsonla görüşmüşdü. İzah etməyə çalışmışdı ki, Qafqazda hansı proseslər gedir. Eyni zamanda Əlimərdan bəy Topçubaşov hələ 1916-cı ildə ümumi Qafqaz ideyasını, yəni “Qafqaz evi” ideyasını bütün Qafqaz xalqlarının konfederasiyası, federativ dövlət haqqında ideyanı irəli sürmüşdü. Bunu daim dəstəkləyirdi. Bu gün də cənab prezident İlham Əliyev bu ideyanı qaldırır. Gözəl olardı ki, Şimali Qafqazda da bu ideya yayılsın. Ümumi “Qafqaz evi” kimi bir platforma kimi formalaşsın”-deyə Rizvan Hüseynov qeyd edib.
Tarixçi bildirib ki, bu proseslərdə Azərbaycan siyasətçilərinin müstəsna rolu var.
Azərbaycan alimlərinin, şərqşünaslarının, siyasətçilərinin ümumi “Qafqaz evi”-nin formalaşması və çar Rusiyası dönəmində başqa xalqların mütəfəkkirlərinin ortaya çıxmasında, tərbiyəsində, tədrisində xüsusi rolu olduğunu danmaq mümkün deyil.
“İndi biz lider rolu oynayırıq. Həm ideya baxımından, həm milli şüur baxımından yaşadığımız regionda, islam dünyasında, Türk dünyasında... Çox istərdik ki, bu Azərbaycançılıq ideyası daim inkişaf etsin və fayda versin”-deyə Rizvan Hüseynov bildirib.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI