?>

Rusiya və ABŞ-ın nüvə silahları dünyanı dəfələrlə dağıtmağa imkan verər

İradə Cəlil

2 yıl önce

BAKI, Azərbaycan
Bəzən politoloqlar “Üçüncü Dünya Müharibəsi baş verməyəcək” deyirlər. Halbuki, formalaşan və dünyanı bir daha nüvə silahı ilə təhdid edən dünya müharibəsinin içindəyik.
Rusiya prezidenti Vladimir Putin daha əvvəl də nüvə silahından istifadə edəcəyini bildirmişdi. Ancaq istifadə edilən nüvə silahı hansı corafiyaya təsir edəcək, bu da sual altındadır.
Məsələn, bir müddət əvvəl Türkiyəli general Yücel Karauz qeyd edib ki, Rusiya kiçik nüvə silahlarlndan istifadə edəcək ki, bu da məhdud bir coğrafiyaya təsir edəcək.

- Nüvə silahı nədir? Nə zaman istifadə edilib?

- Dünyanı təhlükədə saxlayan nüvə silahından qorunmaq mümkündürmü?

Öncə qeyd edək ki, nüvə silahı nüvə reaksiyasının və nüvə parçalanmasının birgə istifadəsi və ya daha güclü birləşmə nəticəsində əldə edilən yüksək dağıdıcı gücə malik silahdır.
Ümumi partlayıcılardan fərqli olaraq, daha çox ziyan vurmaq üçün istifadə olunur.
Yalnız istifadə edilən silah canlı və ya cansız bütün bir şəhəri və ya ölkəni tamamilə məhv etmək gücünə malikdir.
Müharibə tarixində nüvə silahı İkinci Dünya Müharibəsində ABŞ tərəfindən istifadə edilib.
İkinci Dünya Müharibəsinin son günlərində iki dəfə istifadə edilib.
İlk insident 1945-ci il avqustun 6-da səhər saatlarında, Balaca Oğlan (kiçik oğlan) kod adlı uran tipli silahın Yaponiyanın Xirosima şəhərinə atılması zamanı baş verib.
Üç gün sonra həmin ölkənin Naqasaki şəhərinə Fat Man kod adı ilə plutonium tipli silah atılıb.
İstifadə edilən bu silahlar nəticəsində əksəriyyəti mülki şəxslər olmaqla 132 min insan həyatını itirib.
Nüvə silahlarının iki əsas növü var.
Birincisi, Xirosimaya atılan uran bombasında və ya Naqasakiyə plutonium bombasında olduğu kimi, ağır atom nüvələrini urandan kənara bölməklə enerji əldə edən parçalanma bombalarıdır.
Bu silahlarda uran və plutonium kimi ağır elementlərin parçalana bilən izotopları superkritik kütlə deyilən müəyyən bir çəki limiti üzərində bir araya gətirildikdə zəncirvari reaksiyaya girərək böyük bir güc meydana gətirir.
Hidrogen bombası və ya füzyon bombası adlanan ikinci tipdə, hidrogen nüvələri alovlanan bir parçalanma bombası ilə birləşməyə məcbur edilir və beləliklə, çox yüksək enerji yaranır.
Parçalanma bombalarının nəzəri yuxarı hədləri olsa da, birləşmə bombalarının gücündə yuxarı həddi yoxdur.
Amerika Alimləri Federasiyasının hesablamalarına görə, 2012-ci ilə qədər dünyada 17.000 nüvə başlığı var, onlardan 4.300-ü istifadəyə hazırdır.

“Son günlər Rusiyanın Amerikanı və Avropanı nüvə silahı ilə təhdid etdiyini görürük”

Xəzər” Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli bildirib ki, ilk dəfə nüvə silahında Amerika istifadə edib.

-Ramil Məmmədli- 

Bundan sonra dünyada nüvə silahına sahib ölkələrin sayı artmağa başlayıb. Keçən əsrin ortalarında nüvə silahı ABŞ, Sovet İttifaqında var idisə, sonra digər ölkərlər də nüvə silahına sahib olmağa çalışdılar.
“Dünya çox gərgin bir dövrə qədəm qoyub. Ölkələr bir-biri ilə konflikt vəziyyətinə gəlib, çxıdıqda bir-birini nüvə silahı ilə təhdid edilər.
Son günlər Rusiyanın AmerikanıAvropanı nüvə silahı ilə təhdid etdiyini görürük. Hətta deyərdim ki, indiki gərginlik Karib böhranı kimi tanınan Kubaya nüvə başlıqlı silahların yerləşdirilməsindən də güclüdür.
Faktiki olaraq dünya bu gün iki qütbə bölünərək, döüyş aparır. Amma hələ ki, nüvə silahından istifadə halları qeydə alınmır.
Rusiya isə, yaxın günlərdə Ukrayna sərhəddində, Rusiya ordusunun qərb dairəsi ərazisində nüvə başlıqlı raketləri daşıyan dəmiryolu qoşunlarının təlimlərini keçməyə başlayıb” - deyə ekspert qeyd edib.-
Ramil Məmmədli qeyd edib ki, baş verənlər deməyə əsas verir ki, artıq nüvə silahı dünya üçün ciddi təhlükəyə çevrilib.
Yəni nüvə silahına malik olan ölkələrin istəkləri və tələbləri dünyanı təhlükəyə atır.
Mütəxəssis bildirir ki, Nüvə Silahlarının Yayılmasının qarşısını alınması haqqında beynəlxalq müqavilənin məqsədi nüvə silahının və silah texnologiyasının yayılmasının qarşısını almaq, nüvə enerjisindən dinc məqsədlərlə istifadədə əməkdaşlığı təşviq etmək və nüvə tərksilahı məqsədinə nail olmaqdır.
Müqavilə ilk dəfə 1968-ci ildə imzaya açılmış və 1970-ci ildə qüvvəyə minmişdir.
Müqavilənin müddəti 11 may 1995-ci ildə qeyri-müəyyən müddətə uzadılıb.
“Hətta Sovet İttifaqı ilə Amerika arasında bir anlaşma olmuşdu. Anlaşmaya görə, Rusiya bütün nüvə silahlarını utilizasiya etməli idi. Buna görə, ABŞ Rusiyaya vəsait də ayıracaqdı. Amma anlaşmaya görə, hər iki ölkə bu silahları məhv etməli idi.
Həmin dövrdə Rusiya bəzi silahlarını məhv etdi. Amma Amerika əksinə, silahlarının sayını artırdı. Bu gün RusiyaAmerikanın sahib olduğu nüvə başlıqlı silahlar dünyanı bir neçə dəfə dağıtmağa imkan verər”,- deyə Ramil Məmmədli əlavə edib.
Xatırladaq ki, nüvə silahlarının partlaması zamanı böyük miqdarda enerjinin ayrılması nəticəsində yaranan dağıdıcı təsir elektromaqnit spektri ətrafında yayılır.
Partlayışın sualtı, yerüstü, hava və ya qeyri-atmosfer bölgələrində baş verməsi dağıdıcı gücü və hasil edilən radiasiyanın miqdarını müəyyən edən digər amildir.
Enerji sıxlığı daha yüksək olan bölgələrdə (məsələn, su) baş verən partlayışlarda udulduğu üçün təsir sahəsi azalır, partlayışın intensivliyində böyük artım baş verir.
Adi partlayıcılarla müqayisədə nüvə silahının insanlara əsas təsiri eyni fiziki zərər mexanizmləridir.
Nüvə partlayışından çıxan enerji bir neçə fərqli formada radiasiya buraxır.
1945-ci ildə ilk nüvə silahını hazırlayan alimlərin kifayət qədər böyük nüvə partlayışı ilə Yer atmosferini alovlandıra biləcəyinə dair bəzi fərziyyələr var idi.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI